7 oktyabr 2009
“Azərbaycan səhəri”- 06.00
Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən
şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.
2. “Yeni gün”-07.00.
Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin
birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri
çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci
saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu
müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər
dinləyəcəklər.
3. “Nahara qədər” – 10.10
2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı
məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi,
“İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz?
” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə
intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.
4. “Qorqud ata” – 12.00
TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası
ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının
“Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində
Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla
müzakirə ediləcək.
5.“Əyləncə saatı”- 13.10
Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki
saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri,
musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat
veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru)
keçiriləcək.
6. “İşgüzar zaman” – 15.10
Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri,
hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin
Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında
“Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?”
mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə
müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması
təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.
7. “Yol boyu” – 18.10- 20.00
Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli
veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin
birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq.
Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə
dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.
8. “Günün sonu”- 20.20 - 24.00
3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar
çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar
mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun
təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində
dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları
dinləyəcəklər.
Aparıcı: Dilqəm.