İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 

KRİMİN AL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[2 mart 2009]
Bakının Mərdəkan qəsəbəsində ağır yol qəzası baş verib. Bakı sakini 24 yaşlı Elşad Vəliyev idarə etdiyi «Nissan» markalı avtomobili qaz borusuna vurub. Boru çatladığından yanğın baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, nəticədə avtomaşındakı sərnişin hadisə yerində keçinib. Sürücü isə xəstəxanaya yerləşdirilib.
Bərdə də ağır yol qəzası olub. Rayon sakini Zaur Qurbanov idarə etdiyi «QAZ-31-10» markalı avtomobillə həmyerlisi Mehman Təhməzovu vurub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Beyləqanda bədbəxt hadisə baş verib. Rayonun 2-ci Aşıqlar kənd sakini 20 yaşlı İlhami Əlizadə hasardan tullanarkən asılqanın ipi boğazına dolanması nəticəsində boğulub. Faktla əlaqədar cinayət işi başlanıb.

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi olub. Münaqişə zəminində Ağdaş sakini 27 yaşlı Tərlan Nəsirova bıçaqla xəsarət yetirən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən, əvvəllər məhkum olunmuş 50 yaşlı Bədəl Kazımov tutulub.

Paytaxtın Binəqədi rayonunda isə oğurluq edən şəxs yaxalanıb. Bakı sakini Əjdər Vəliyevin avtomobilindən oğurluq edən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Vüsal Hüseynovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində, onun daha 2 ayrı-ayrı avtomobildən oğurluq etməsi müəyyən edilib. Təqsirləndirilən şəxs saxlanılıb.
**
Bakının Əzizbəyov rayonunda yanğın olub. Hilal Süleymanovun evində baş verən yanğın nəticəsində 150 kvadratmetr sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.

Bu gecə Göyçay rayonunda isə Uşaq Poliklinikasının xidməti otaqlarından birində yanğın baş verib. Nəticədə 12 kvadratmetr sahətə yanar konstruksiyalar yanıb.

Sumqayıt dələduzluqla məşğul olan şəxs yaxalanıb. Hacı Zeynalabdin Tağıyev qəsəbə sakini Mirzəbala Məlikovun etimadını qazanaraq 5.500 dollar pul aldığına görə tutulan Köhnə Katec qəsəbə sakini Rafiq Cəlilovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun Qubadlı sakini Əlövsət Əliyevdən də 5.900 dollar pul alması müəyyən edilib.

Ötən gün ərzində, 1 qəsdən sağlamlığa ağır zərər vurma, 1 sayğunçuluq kimi ağır cinayət hadisəsi də daxil olmaqla, ümumilikdə 21 cinayət faktı qeydə alınıb. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində onlardan 7-si «isti izlərlə» açılıb. Ötən günlərdən bağlı qalan 2 cinayət faktıda açılıb. Cinayət törətdiklərinə görə 9 nəfər, o cümlədən 2 nəfərdən ibarət 1 qrup tutulub. Bu və ya digər cinayətlərlə bağlı axtarışda olan 2 nəfər də yaxalanaraq istintaq orqanına verilib. Ölkədə kriminogen durum nəzarətdə saxlanılmaqla, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini istiqamətində tədbirlər davam edir. Xatırladım ki, Daxili İşlər Nazirliyinin «102» xidməti gün ərzində müraciətlərinizi qəbul etməyə hazırdı.
Unutmuyaq ki, qanun qorumaq və ona riayət etmək hər birmizin borcudur. /İctimai TV/





 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi