İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
ƏSAS SƏHİFƏ / İqtisadiyyat

İNTERNETİN QİYMƏTİ KƏSKİN UCUZLAŞACAQ
[3 fevral 2009]
Bu gün ən maraqlı hadisələr Azərbaycanın internet bazarında baş verir. İntirnet xidməti göstərən dövlət şirkətlərinin ardınca, özəl prorvayderlər də qiymətləri aşağı salmağa başlayıblar. Bir neçə şirkət qiymətlərin müxtəlif formada azaldıldığını elan ediblər. Amma mütəxəsislər ucuzlaşmanın hələ başa çatmadığını bildirirlər.
Bir qədər əvvəl internet xidmətlərini ucuzlaşdıran dövlət şirkətlərinin ardınca özəl internet şirkətləri də qiymətləri aşağıv salmağa başlayıblar. Son bir neçə gün ərzində internet şirkətlərinin bir qrupu bu və ya digər formada qiymətlərinə dəyişikliklər ediblər. Ucuzlaşma ölkədəki 30-a yaxın provayderin əksəriyyətini əhatə edib. Ayrı-ayrı şirkətlərdə xidməğlərin 2 dəfə ucuzlaşması qeydə alınıb. Ucuzlaşma nəticəsində 128 kilobaytlıq internet xəttinin aylıq abunə haqqı 25-30 manata, 1 meqabytlıq xəttin abunə haqqı isə 320-350 manata enib. Azərbaycan İnternet Cəmiyyətinin rəhbəri Qalib Qurbanovun sözlərinə görə, ölkənin əsas internet provayderlərinin əksəriyyəti qiymətlərinə yenidən baxıb. Bununla yanaşı, qeyd edək ki, ucuzlaşma daha çox geniş zolaqlı internet xəttinin qiymətinə təsir edib. Burda enmə 2 dəfəyə çatır. İnternetə kart və telefon xətti vasitəsilə daxil olanlar üçün isə ucuzlaşma cüzidir. Qalib Qurbanovun sözlərinə görə, burda məqsəd əhalini geniş zolaqlı internet xidmətinə cəlb etməkdir. Amma ucuzlaşma heç də bütün şirkətlərə aid deyil. Bəziləri qiymətləri aşağı saldıqlarını elan etsələr də qiymətlərlə tanış olandan sonra məlum olur ki, əslindlə qiymətlər dəyişməyib, sadəcə internetin sürəti və keyfiyyəti artıb. Qiymətlərin dəyişməsi internet bazarında rəqabəti artırıb. Və indiyədək qiyməti dəyişməyən şirkətlər də öz tariıflərinə yenidən baxmağa məcbur olublar. Bəzi şirkətlər yaxın günlərdə yeni qiymətlər elan edəcəklər. Bununla yanaşı, bəzi mütəxəsislər qiymətlərin lazımi səviyədə ucuzlaşmadığını bildirirlər. Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzunün sözləorinə görə, ucxuzlaşma proçsesi hələ başa çatmayıb və qiymətlər bundan da artıq enməliydi.
Amma internet bazarında ən giddi dəyişikliklər və ucuzlaşma hələ qabaqdadır. Bir neçə saat əvvəl ölkəyə internet xidmətlərinin əsas təqdimatçısı «Delta Telekom» şirkəti ölkənin internet şirkətlərinə verdiyi internet xətti üzrə qiymətləri iki dəfə aşağı saldığını açıqlayıb. Şirkətdən İctimai Televiziyaya bildiriblər ki, indiyədək özəl şrkətlərə 550 manata satılan1 meqabitlik internet xəttinin qiyməti sürəti 2 dəfə artırmaqla 275 manata endirilib. Bu qiymətləri nəzərə alanda provayderlər 1 meqabitlik internet tutumunun aylıq abunə haqqını 80 manatadək, hətta ondan aşağı da endirə bilərlər. Bu isə hətta endirimdən sonrakı qiymətlərdən də 2 dəfə aşağıdır. Ölkənin internet cəmiyyəti bu dəyişikliyə dərhal reaksiya verib. Mütəxəssilərin sözlərinə görə, artıq bazarda zəncirvari proseslər başlanıb və bu qərardan sonra özəl şirkətlər öz qiymətlərini ikinci dəfə aşağı salmalıdırlar.


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi