İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 

KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[3 mart 2008]
Bakının Bakıxanov qəsəbəsində nənəsini qətlə yetirən nəvə yaxalanıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, Mariya İvanovnanın meyiti evində tapılıb. Əməliyyat-istintaq tədbirləri nəticəsində mərhumun nəvəsi Oleq Valeryeviç tərəfindən döyülərək qətlə yetirilməsi müəyyən edilib.
Bakının Nəsimi rayonunda taksi sürücüsünə qarşı soyğunçuluq edən şəxs yaxalanıb. Vüqar Qurbanovun idarə etdiyi «VAZ-21-06» markalı avtomobilə sərnişin qismində oturub, Hərbi Hospitala gedəcəyini bildirən Bakı saini, əvvəllər məhkum olunmuş Araz Xudatzadə sürücünü bıçaqla hədələyərək 20 manat pulunu ondan alıb. Hadisəni törədən şəxs tutulub.
**
Metronun «20 Yanvar» stansiyasının işçisi 29 yaşlı Vəfa Rzayevaya qarşı zor tətbiq edərək ondan 220 dollar pulunu alan Cəlilabad sakini, əvvəllər məhkum olunmuş Hikmət Quliyev də yaxalanıb.
**
Paytaxtın Nizami rayonunda Əjdər Qəhrəmanovun evindən qızıl əşyaları oğurlayan 21 yaşlı Sadiq Əhmədov tutulub. Bakının Binəqədi rayonunda isə Nisə Eyvazovanın evindən pul oğurlayan 25 yaşlı Mübariz Cəfərov saxlanılıb.
**Xudat rayonunda Məhərrəməli Abdullayevin mağazasından 100 manat pul və tütün məmulatları oğurlayan 18 yaşlı Seymur Qafarzadə və onun həmyaşıdı Nuru Nuriyev saxlanılıb.
**
Biləsuvarda narktotik vasitə satan şəxslər yaxalanıb. 5 kiloqramdan çox heroini satanın Zaur və Əvəz Məmmədovlar olduğu müəyyənləşdirilib. Ötən gün ərzində, 1 qəsdən Adam öldürmə, 1 quldurluq, 4 sayğunçuluq kimi ağır cinayət hadisəsi də daxil olmaqla, ümumilikdə 45 cinayət faktı qeydə alınıb. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində onlardan 27-si «isti izlərlə» açılıb. Ötən günlərdən bağlı qalan 5 cinayət faktıda açılıb. Cinayət törətdiklərinə görə 35 nəfər, o cümlədən 7 nəfərdən ibarət 3 qrup tutulub. Bu və ya digər cinayətlərlə bağlı axtarışda olan 4 nəfər də yaxalanaraq istintaq orqanına verilib. Ölkədə kriminogen durum nəzarətdə saxlanılmaqla, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini istiqamətində tədbirlər davam edir. Xatırladım ki, Daxili İşlər Nazirliyinin «102» xidməti gün ərzində müraciətlərinizi qəbul etməyə hazırdı.

Unutmayaq ki, qanun qorumaq və ona riayət etmək hər birmizin borcudur. /İctimai TV/

 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi