İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 

KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[4 fevral 2009]
Gəncə şəhəri Nizami rayonu sakini 32 yaşlı Əli Rəhimov bıçaqlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, ona xəsarət yetirən şəxsin Göygöl rayon sakini, əvvəllər məhkum olunan 21 yaşlı Arif Əliyev oğlu tutulub. İlkin məlumata əsasən hadisə xuliqanlıq zəminində törədilib. Belə ki, küçədə gənclər arasında başlayan mübahisəyə Arif Əliyev bıçaqdan istifadə etməklə son qoyub.
**
Ötən gün Ağcabədi rayonunda da bıçaqlanma hadisəsi baş verib. Rayonun Aran kənd sakini, 39 yaşlı Arif Əzizov qısqançlıq zəminində, həyat yoldaşı 32 yaşlı Ruhiyyəyə bıçaqla xəsarət yetirib. Daxili İşlər nazirliyinin məlumatına görə Arif Əzizov tutulub. Faktla əlaqədar cinayət məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanmışdır.
**
Bakının Nəsimi rayonu Bakıxanov küçəsində isə naməlum avtomobil Cəlilabad rayon sakini, 36 yaşlı Cəmil Dövlətovu vurub. Hadisə axşam saat 23:50 radələrində baş verib. Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilən Cəmil Dövlətov ölüb. Piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücünün tapılıb məsuliyyətə cəlb olunması istiqəmətində zəruri tədbirlər görülür.
**
Ümumilikdə ötən gün ərzində 1 nəfərin ölümü, 3-nün yaralanması ilə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
**
5 №-li xətt avtobusunda, Lökbatan qəsəbə sakini, 29 yaşlı Şəbnəm Cənnətovaya qarşı zor tətbiq edərək 280 manat pulunu alan, Sahil qəsəbə sakini, 26 yaşlı Zahir Qarayev tutulub.
**
Oxşar cinayət faktı Nəsimi rayonunda da qeydə alınıb. Rayonun Əbilov küçəsində, naməlum şəxs, Bakı şəhər sakini, 24 yaşlı Elgün Qədirova qarşı zor tətbiq edərək mobil telefonunu ondan alıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Elgün Qədirova qarşı soyğunçuluq edib hadisə yerindən qaçan Ceyhun Məmmədov tutulub.
**
Masallı rayonunda isə Ziya Vəliyevin mənzilindən açar seçmək yolu ilə oğurluq edən Masallı şəhər sakinləri, 22 yaşlı Ramil Cəfərov, 20 yaşlı Yaşar Əliyev və Qasımlı kənd sakini, 18 yaşlı Fariq Əkbərov tutulub. Hər üç şəxs ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində, onların, şəhər sakinləri Şövlət İsayev və Sahib Həşimovun mənzillərindən də qapını sındırmaq yolu ilə məşiət cihazları oğurlamaları müəyyən edilib.
**
Suraxanı rayon polis idarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Yevlax rayon sakini, 31 yaşlı Tofiq Məmmədov dan 1 kq 200 qr marixuana götürülüb.
**
Əzizbəyov rayonunda Rövşən Əliyevə narkotik vasitəni satan Zabrat qəsəbə sakini, əvvəllər məhkum olunan 53 yaşlı Rəhim Şirinov tutulub. Ondan narkotik vasitə olan heroin götürülüb. Bundan başqa Rövşən Əliyevin qeyri rəsmi nigah münasibətlərində olduğu 42 yaşlı Dürdanə Qəndimovanın yaşadığı «Kəşfiyyatçı» düşərgəsinə baxış keçirilən zaman oradan da heroin aşkar edilərək götürülüb.
**
Ümumilikdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün narkotik və güclü təsiredici maddələrlə əlaqədar 15 cinayət hadisəsi müəyyən edilib, silah, döyüş sürsatı və partlayıcı maddələrlə bağlı 5 fakt aşkarlanıb.
**
Ötən gün ərzində 3 qəsdən sağlamlığa ağır zərər vurma, 1 soyğunçuluq kimi ağır cinayət hadisəsi də daxil olmaqla, ümumilikdə 44 cinayət faktı qeydə alınıb. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində onlardan 27-si «isti izlərlə» açılıb. Ötən günlərdən bağlı qalan 2 cinayət faktı da açılıb. Cinayət törətdiklərinə görə 34 nəfər, o cümlədən 5 nəfərdən ibarət 2 qrup tutulub. Bu və ya digər cinayətlərlə bağlı axtarışda olan 6 nəfər də yaxalanaraq istintaq orqanına verilib. Ölkədə kriminogen durum nəzarətdə saxlanılmaqla, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini istiqamətində tədbirlər davam edir. Xatırladım ki, Daxili İşlər Nazirliyinin «102» xidməti gün ərzində müraciətlərinizi qəbul etməyə hazırdı.
Unutmayaq ki, qanun qorumaq və ona riayət etmək hər birmizin borcudur. /İctimai TV/




 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi