İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 

KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[4 mart 2009]
Ötən gün saat 17 radələrində, Ağsu rayonunun Ərəbuşağı kənd sakini 61 yaşlı Tofiq İsayev ailə münaqişəsi zəminində ov tüfəngindən atəş açaraq, həyat yoldaşı 51 yaşlı Güllünü yaralayıb. Polis tərəfindən saxlanılan Tofiq İsayevdən 1 ədəd ov tüfəngi götürülüb.

Bu gecə Masallının Türkoba kənd sakini 29 yaşlı Cəsarət Abdullayev bıçaq yarası ilə xəstəxanaya gətirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində, ona xəsarət yetirən həmkəndlisi, 32 yaşlı Seymur Xəmiyev saxlanılıb. İlkin istintaq araşdırmaları zamanı məlum olub ki, İki bacanaq kafedə yeyib-içəndən sonra onlar arasında mübahisə yaranıb. Zərərçəkən Seymur Xəmiyevin yaxın qohumlarının ünvanına nalayiq ifadələr işlətməsi isə sonuncunun bıçağa əl ataraq ona iki zərbə endirməsi ilə nəticələnib.
**
Sabirabadda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 40 yaşlı Muxtar Orucov Nizamikənd kəndinin ərazisində idarə etd «Mersedes» markalı avtomobili aşırıb. Nəticədə, Muxtar Orucov hadisə yerindəcə vəfat edib.
**
Ümumilikdə ötən gün ərzində 3 nəfərin ölümü, 1-nin yaralanması ilə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
**
Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı və Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirdəri nəticəsində Bayıl qəsəbəsi ərazisində Elxan Tağıyevə məxsus mağazadan oğurluğa cəhdin qarşısı alınıb. Məlum olub Ki, özgənin əmlakının gizli yolla talamağa cəhd göstərən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı İntiqam Əliməmmədovdur.
**
Sabunçu körpüsü yaxınlığında, Sabunçu qəsəbə sakini, 17 yaşlı Vüsal Cabbarova qarşı soyğunçuluq edərək onun Mobil telefonunu alan Masallı rayon sakini, 20 yaşlı Emin Zeynalov yaxalanaraq istintaqa cəlb olunub.
**
Yasamal rayonu Vidadi küçəsi ev 15-də yaşayan Heydər Qədirovun evinə pəncərədən daxil olaraq qızıl əşyaları oğurlayan 26 yaşlı İslam Rəhimov tutulub.
**
Quba rayonunun Aşağı Atuc kəndinin ərazisində, Quba şəhər sakini, Zakir Rəcəbova məxsus dəyirmandan 6 ədəd mühərrik oğurlayanlar yaxalanıb. Məlum olub Ki, kənd sakinləri 23 yaşlı Orxan Babayev, onun qardaşı, 21 yaşlı Elxan, 21 yaşlı Bəxtiyar Hüseynov, onun qardaşı 29 yaşlı Əzim və 35 yaşlı Kamil Babayev əlbir olaraq Zakir Rəcəbova məxsus dəyirmandan oğurluq etmək qərarına gəliblər. Onlar planlarını həyata keçirsələr də, cinayət məsuliyyətindən yayına bilməyiblər.
**
Bakı şəhər sakinləri 30 yaşlı Elşad Bayramov, 29 yaşlı Sİyavuş Qulamov və əvvəllər məhkum olunmuş 22 yaşlı Asif Ağayevdən narkotik maddə olan heroin götürülüb. Onlara narkotik vasitəni satan, Bakı şəhər sakinləri, 35 yaşlı Anar Həsənov və əvvəllər məhkum olunmuş 45 yaşlı İntiqam Zeynalabdinov da saxlanılıb. Həmin şəxslər saxlanılan zaman onlarında üstündən heroin aşkar edilib. İntiqam Zeynalabdinovun evinə baxış zamanı isə oradan da əlavə olaraq 103,373 qr heroinin gizlədildiyi müəyyən edilib.
**
Ümumilikdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün narkotik və güclü təsiredici maddələrlə əlaqədar 9 cinayət hadisəsi müəyyən edilib, silah, döyüş sürsatı və partlayıcı maddələrlə bağlı 8 fakt aşkarlanıb.
**
Ötən gün ərzində, 1 adam öldürməyə cəhd, 1 qəsdən sağlamlığa ağır zərər vurma, 2 soyğunçuluq kimi ağır cinayət hadisəsi də daxil olmaqla, ümumilikdə 39 cinayət faktı qeydə alınıb. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində onlardan 19-u «isti izlərlə» açılıb. Ötən günlərdən bağlı qalan 3 cinayət faktıda açılıb. Cinayət törətdiklərinə görə 37 nəfər, o cümlədən 10 nəfərdən ibarət 2 qrup tutulub. Bu və ya digər cinayətlərlə bağlı axtarışda olan 12 nəfər də yaxalanaraq istintaq orqanına verilib. Ölkədə kriminogen durum nəzarətdə saxlanılmaqla, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini istiqamətində tədbirlər davam edir. Xatırladım ki, Daxili İşlər Nazirliyinin «102» xidməti gün ərzində müraciətlərinizi qəbul etməyə hazırdı.
Unutmayaq ki, qanun qorumaq və ona riayət etmək hər birmizin borcudur. /İctimai TV/





 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi