İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 

«KORRUPSİYA ƏLEYHİNƏ CƏNUBİ QAFQAZ PARLAMENTAR ŞƏBƏKƏSİ» ADLANAN YENİ QURUM TƏSİS EDİLİB
[5 fevral 2009]
Regionda korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədi ilə yeni yaradılan «Korrupsiya əleyhinə Cənubi Qafqaz Parlamentar Şəbəkəsi» adlı qurum Azərbaycan və Gürcüstan ali qanunverici orqanlarının bir qrup deputatı tərəfindən təsis edilib. Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının sədri Əli Hüseynov yeni qurumun dövlət qeydiyyatına alınması istiqamətində iş aparıldığını deyib və vurğulayıb ki, məqsədimiz, məramımız korrupsiya qarşı mübarizə sahəsində parlamentlərin təcrübə mübadiləsini apamraq, qanunvericilik sistemini təkminləşdirmək, bu sahədə dövlətin həyata keçirdiyi işlərə dəstək verməkdir.
Korrupsiya əleyhinə Cənubi Qafqaz Parlamentar Şəbəkəsinin Gürcüstan tərəfdən həmtəsisçisi, bu ölkə parlamentinin hüquq komissiyasının sədri Pable Qluaşvili isə bildirib ki, yeni qurum sözugedən sahə üzrə əməkdaşlığın genişləndirilməsinə imkan verəcək.Gürcüstanlı parlamentar qurumun təsis edilməsini Gürcüstan və Azərbaycan parlamentarilərinə korrupsiyaya qarşı mübarizədə səyləri birləşdirmək baxımından əhəmiyyətli olduğunu deyib. Və əlavə edib ki, bu hədəfə nail olmağımız və daha səmərəli nəticələr əldə etməyimiz üçün gözəl şansdır.
Yalnız Azərbaycan və Gürcüstanın daxil olduğu Korrupsiya əleyhinə Cənubi Qafqaz Parlamentar Şəbəkəsinə digər dövlətlərin də dəvət edilməsi nəzərdə tutulub. Azərbaycan Milli Məclisinin üzvü Fuad Muradov bu sahədə təşkilatın Şərqi Avropa ölkələri ilə də əməkdaşlıq edəcəyini deyib. Cənubi Qafqaz regionun digər bir dövlətinin- Ermənistanın təşkilata qoşulmasına gəlincə isə, istər Azərbaycan, istərsə də Gürcüstan parlamentinin üzvləri bunun səmərəsiz olacağını vurğuladı. / İctimai TV /










 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi