İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 

KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[5 mart 2009]
Bu gecə saat 1 radələrində Sumqayıtın Təzə Corat qəsəbəsində Seyidxanım Mustafayevaya məxsus evdə təbii qaz sızmasından ani partlayış baş verib. Nəticədə, yanıq xəsarəti alan Səidə və qızı 22 yaşlı Könül xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır.
**
Bakının Nərimanov rayonunda əvvəllər məhkum olunmuş, 44 yaşlı Ayəddin Babayevdən heroin, qapı açmaq üçün xüsusi qarmaqlar və 76 müxtəlif açar götürülüb. Onun evinə baxış zamanı 22 min 800 dollar pul və qızıl əşyaları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
**
Neftçala rayonunda atanın oğulu cəzalandırması ölümlə nəticələnib. Belə ki, Bankə qəsəbə sakini, 42 yaşlı Əli Fərəcov oğlu 12 yaşlı Hacıağanı döyüb. Xəsarətlə xəstəxanaya yerləşdirilən Hacıağa bir gün sonra həyatını dəyişib. Ata polisə verdiyi ifadəsində hadisənin oğlunu evə gec gəldiyinə, tüfeyli həyat tərzi keçirməyə meyl göstərdiyinə görə tənbeh edərkən yaranan mübahisə nəticəsində baş verdiyini bildirib.
**
Salyanın Arbatan kəndində isə 46 yaşlı İlham Allahverdiyevlə 49 yaşlı Şahin Qasımov münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər.
**
Ötən axşam Yevlaxda İsmayılabad kənd sakini, 28 yaşlı Azər Qəhrəmanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Həkimlər yaralının həyatını xilas edə bilməyiblər. Valildeynləri Azərin evin damından yıxıldığını bildiriblər.
**
Ötən gün Bakının Azadlıq prospektində 50 yaşlı Rəfayel Qurbanov «Mersedes» markalı avtomaşını idarə edərkən, 61 yaşlı Nailə Həsənovanı vurub. Yaşlı qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
**
Yaşlı qadının ölümünə səbəb olan digər bir yol nəqliyyat hadisəsi Şəmkirdə baş verib. 28 yaşlı Babək Cəbişov «VAZ-2107» maşını ilə 71 yaşlı Simuzər Nadirovanı vurub. Xəstəxanaya aparılan qadın orada keçinib.
**
Ümumilikdə ötən gün ərzində 3 nəfərin ölümü, 5-nin yaralanması ilə nəticələnən 6 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
**
Bakının Nizami rayonunun ərazisindən Göyçay rayon sakini, 29 yaşlı Vüsal Salahov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Vüsala xəsarətin Gəncə şəhər sakini, 21 yaşlı Yeganə Mustafayeva tərəfindən yetirildiyi müəyyən edilib.
**
Ötən gün Bakının Heydər Əliyev prospektində Taleh Abbasova məxsus «AzSamand» markalı avtomaşını qaçıran əvvəllər məhkum olunmuş, 38 yaşlı Rəhman Quliyev tutulub.
**
Bakıda digər bir avtomaşın qaçırma cəhdi isə uğursuz nəticələnib. Bu gecə saat 1 radələrində 2 naməlum şəxs Cəbrayıl rayon sakini, Çingiz Mahmudova qarşı zor tətbiq edərək, onun «VAZ-2106» maşınını almağa cəhd göstəriblər. Abşeron rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisənin, Kəlbəcər rayon sakinləri 30 yaşlı Bəhmən Hüseynovla həmyaşıdı Afiq Alıquluyev tərəfindən törədilməsi müəyyən edilib.
**
Ümumilikdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün narkotik və güclü təsiredici maddələrlə əlaqədar 10 cinayət hadisəsi müəyyən edilib, silah, döyüş sürsatı və partlayıcı maddələrlə bağlı 9 fakt aşkarlanıb.
Ötən gün ərzində, 3 qəsdən sağlamlığa ağır zərər vurma, 4 soyğunçuluq, 3 xuliqanlıq kimi ağır cinayət hadisəsi də daxil olmaqla, ümumilikdə 43 cinayət faktı qeydə alınıb. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində onlardan 25-i «isti izlərlə» açılıb. Ötən günlərdən bağlı qalan 6 cinayət faktıda açılıb. Cinayət törətdiklərinə görə 36 nəfər, o cümlədən, 4 nəfərdən ibarət 2 qrup tutulub. Bu və ya digər cinayətlərlə bağlı axtarışda olan 7 nəfər də yaxalanaraq istintaq orqanına verilib. Ölkədə kriminogen durum nəzarətdə saxlanılmaqla, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini istiqamətində tədbirlər davam edir. Xatırladaq ki, Daxili İşlər Nazirliyinin «102» xidməti gün ərzində müraciətlərinizi qəbul etməyə hazırdı.
Unutmayaq ki, qanun qorumaq və ona riayət etmək hər birmizin borcudur. /İctimai TV/











 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi