İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 

AZƏRBAYCAN ƏRAZİLƏRİNDƏKİ ABİDƏLƏR KÜTLƏVİ ŞƏKİLDƏ ERMƏNİLƏŞDİRİLİR
[5 mart 2009]
Erməni millətçiləri işğal etikləri Azərbaycan ərazilərindəki abidələri kütləvi şəkildə erməniləşdirir. Artıq həmin ərazilərdə onların dəsti-xətti olmayan abidələr barmaqla sayılacaq qədərdir. Erməniləşdirilməsi mümkün olmayan abidələr isə məhv edilir.
Gəncəsər məbədi alban Kinyazı Həsən Cəlal tərəfindən 1216-cı ildə tikdirilib. O, öləndən sonra elə orada da dəfn edilib. Adından da göründüyü kimi Həsən Cəlalın ermənilərə heç bir aidiyyatı yoxdu. Buna baxmayaraq ermənilər bu məbədin divarlarındakı yazıları silərək öz dəsti-xətləri ilə erməni dilində dırnaqarası bəzəyiblər. Hətta mərhumun sinə daşını parçalayaraq dəyişiylik ediblər. Bu tikilinin üzərinə isə erməni xaçının sonradan zorla bərkidildiyini bilmək üçün xüsusi istedad lazım deyl. Üzərində 1700 yazılan bu tikilini isə ermənilər 2004-cü ildə Xankəndi yaxınlığında inşa ediblər. Onun 1700-cü ildə tikildiyini iddia etməklə türistləri cəlb etmək istəyirlər. Abidələri müdafiə təşkilatının sədri Faiq İsmayılov deyir ki, işğal altındakı ərazilərimizdə erməniləşdirilən abidələrin sayı 1700-ü ötüb.
İşğal altındakı ərazilərdə xaçlar basdıran ermənilər buraların onlara məxus olduğu haqqında fikir yaratmaq istəyindədir. Xaçların sayını artırmaq üçün həttda ən yaxşı xaç müsabiqəsi elan olunub. Düzəldilən xaçların hamısı Qarabağın müxtəlif ərazilərində basdırılıb.
Abidələrin üzərindəki yazılar dəyişdirilərək erməni dilindəki sözlərlə əvəz edilib. Fərqinə varılmadan edilən dəyişiylik bir çox hallarda abidənin mahiyyəti ilə zidiyyət təşkil edir.
Faiq İsmayılov bildirib ki, bu və digər faktlar beynəlxalq təşkilatlara, xarici ölkələrin səfirliklərinə təqdim edilir. Dəyişikliyə məruz qalan abidələr barədə 5 dilə tərcümə olunan kitabın yayılması istiqamətində tədbirlər görülür. /İctimai TV/



 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi