İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 

KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[6 fevral 2009]
Bərdədə bədbəxt hadisə baş verib. Rayonun Qaratəpə kəndində məskunlaşan Laçın sakini 13 yaşlı Anar Fərzəliyev kəndin ərazisindən keçən su kanalına düşərək boğulub. Daxili İşlər Nazirliyinin məlumatına görə, onun meyitinin tapılması üçün tədbirlər görülür.
Bakının Əzizbəyov rayonunda yanğın olub. Rayonun Albalılıq qəsəbəsində Bakı sakini Nazimə Məmmədovanın ümumi sahəsi 70 kvadratmetr olan mağazasında baş verən yanğın nəticəsində mağazanın yanar konstruksiyaları və oradakı mallar sıradan çıxıb. Faktla bağlı araşdırma aparılır.
**
Bakının Səbail rayonunda baş verən yol qəzası ana bətnində olan körpənin ölümü ilə nəticələnib. Türkiyə vətəndaşı SÜLEYMAN KAYIKÇIOĞLU ilarə etdiyi «Mersedes» markalı avtomobillə Bakı sakinləri, TEYMUR QURBANOV və onun həyat yoldaşı RUMİYYƏNİ vurub. Xəsarət alan şəxslər xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılsa da, Rumiyyə Qurbanovanın bətnindəki uşağı xilas etmək mümkün olmayıb.
**
Bakının Nəsimi rayonunda CƏMİL DÖVLƏTOVUN ölümü ilə nəticələnən yol qəzasını törədən «Mersedes» markalı avtomaşının sürücüsü, Bakı sakini 32 yaşlı ROMAN HƏSƏNOV tutulub.
**
Sumqayıt şəhərində, Bakı-Quba yolunun 50-ci kilometrliyində BƏHRUZ MƏMMƏDOVUN meyidinin tapılması faktı ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, onun, «KamAZ» markalı avtomaşının sürücüsü, Rusiya vətəndaşı, əvvəllər məhkum olunmuş, RUBİL ASLANOV tərəfindən vurulması müəyyən edilib. Hadisəni törədən şəxs yaxalanıb.
**
Bakı Metropoliteninin 20 Yanvar stansiyasında Balaxanı qəsəbə sakini MƏMMƏD MƏMMƏDOVUN mobil telefonunu oğurlayıb qaçmağa cəhd edən Bakı sakini 37 yaşlı ELDAR MƏMMƏDOV yaxalanıb.
**
Metronun Qara Qarayev stansiyasının ərazisində isə Pakistan vətəndaşı MÜHƏMMƏD ZÜBAİRİNƏ 1 ədəd saxta 50 manatlıq əskinas verərək ondan geyim əşyası alan Xaçmaz sakini, əvvəllər məhkum olunmuş RASİM RAMAZANOV tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü saxta pul və ya qiymətli kağızlar hazırlama və satma maddəsi ilə cinayət işi başlanıb.
**
Ümumilikdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün narkotik və güclü təsiredici maddələrlə əlaqədar 10 cinayət hadisəsi müəyyən edilib, silah, döyüş sürsatı və partlayıcı maddələrlə bağlı 8 fakt aşkarlanıb.
**
Ötən gün ərzində 1 soyğunçuluq, 1 xuliqanlıq kimi ağır cinayət hadisəsi də daxil olmaqla, ümumilikdə 41 cinayət faktı qeydə alınıb. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində onlardan 27-si «isti izlərlə» açılıb. Ötən günlərdən bağlı qalan 4 cinayət faktı da açılıb. Cinayət törətdiklərinə görə 25 nəfər, o cümlədən 3 nəfərdən ibarət 1 qrup tutulub. Bu və ya digər cinayətlərlə bağlı axtarışda olan 8 nəfər də yaxalanaraq istintaq orqanına verilib. Ölkədə kriminogen durum nəzarətdə saxlanılmaqla, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini istiqamətində tədbirlər davam edir. Xatırladım ki, Daxili İşlər Nazirliyinin «102» xidməti gün ərzində müraciətlərinizi qəbul etməyə hazırdı.
Unutmayaq ki, qanun qorumaq və ona riayət etmək hər birmizin borcudur. / İctimai TV /


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi