KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI
[9
fevral 2009]
Xocavənd rayon sakini, 39 yaşlı
Dayandur Abdullayev bıçaq yarası
ilə Beyləqan şəhər ərazisindən
xəstəxanaya gətirilib. Keçirilən
əməliyyat-axtarış tədbirləri
nəticəsində, hadisəni qrup şəklində
törədən şəxslər -Şərq qəsəbə
sakinləri, 40 yaşlı Nəsrullah
Nöhəlov, 23 yaşlı Yasin Mehdiyev,
35 yaşlı Əyyub Mehdiyev və onun
qardaşı, 30 yaşlı İbadət müəyyən
olunub.
Balakən
rayonunda da oxşar hadisə baş
verib. Gərəkli kənd sakini,
25 yaşlı YUSİF MUQUMOV bıçaq
yarası ilə xəstəxanaya gətirilib.
Axtarış tədbirləri nəticəsində
Yusif Müqümova məişət zəminində
bıçaqla xəsarət yetirən Tülü
kənd sakini, əvvəllər məhkum
olunmuş, 27 yaşlı Ceyhun Xəlilov
yaxalanıb.
Ağcabədi
rayonunun Ağbulaq ərazisində
də münaqişə zəminində bıçaqlanma
hadisəsi qeydə alınıb. Göygöl
rayon sakini, Ramiz Yusifov
Daşkəsən rayon sakini İmamverdi
Allahverdiyevə bıçaqla xəsarət
yetirib. Hadisəni törədən şəxs
tutulub.
Daha
bir Ağcəbədi rayon sakini, Adil
Hacıyev isə Mingəçevir şəhər
xəstəxanasının ərazisində naməlum
şəxs tərəfindən bıçaqlanıb.
Keçirilən əməliyyat-axtarış
tədbirləri nəticəsində Adil
Hacıyevə qısqanclıq zəminində
bıçaqla xəsarət yetirən şəxsin
kimliyi müəyyən olunub. Ağcabədi
rayon sakini, Niyaz Nəcəfov
tutulub.
Bakının
1-ci Zabrat qəsəbəsində Ağdam
rayon sakini 51 yaşlı Şəhla
Rzayevanı bıçaqla hədələyərək
200 manat pul və qızıl əşyalarını
ondan alan Biləsuvar rayon sakini,
əvvəllər məhkum olunmuş, 32
yaşlı Hikmət Ağayev tutulub.
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla
mübarizə İdarəsinin Əməkdaşları
narkotik maddə olan heroin və
tiryək satan şəxsi yaxalayıb.
Keçirilən əməliyyat-axtarış
tədbirləri nəticəsində Ceyhun
Abışov narkotik vasitəni satan
Salyan rayon sakini, 1977-ci
il təv. Elnur Nəzərov tutulub.
Onun evinə baxış zamanı 40 qram
heroin və 970 qram həşiş aşkar
edilərək götürülüb.
Fevralın
8-də saat 14.00 radələrində,
Qaradağ rayonu Korgöz qəsəbəsindəki
daş karxanasında işləyən, Gürcüstan
vətəndaşı, 1963-cü il təvəllüdlü
Kamal Sarıməmmədov elektrik
cərəyanı vurması nəticəsində
həlak olub. Araşdırmalar aparılır.
Ötən
gün səhər saatlarında Binəqədi
rayonu Məmməd Əmin Rəsulzadə
qəsəbə sakini, Mübariz Məmmədovun
evində təbii qazın sızması nəticəsində
partlayış baş verib. Hadisə
nəticəsində yanıq xəsarəti alan
Mübariz Məmmədov və qonağı,
Seyhunə Zeynalova xəstəxanaya
yerləşdirilib. Zərərçəkənlərin
vəziyyəti qənaətbəxşdir. Araşdırmalar
aparılır.
Fevraldın
8-də saat 17.00 radələrində,
Zaqatala rayonu Axaxdərə kənd
sakini, Həbibulla Qurbanova
məxsus ümumi sahəsi 60 kvm olan
1 mərtəbəli 2 otaqlı evdə yanğın
baş verib. Nəticədə, bütövlükdə
evin yanar konstruksiyaları
və oradakı əşyalar yanıb.
Ümumilikdə həyata keçirilən
əməliyyat-axtarış tədbirləri
nəticəsində ötən gün narkotik
və güclü təsiredici maddələrlə
əlaqədar 14 cinayət hadisəsi
müəyyən edilib, silah, döyüş
sürsatı və partlayıcı maddələrlə
bağlı 2 fakt aşkarlanıb.
Ötən gün ərzində 2 qəsdən sağlamlığa
ağır zərər vurma, 2 quldurluq,
1 soyğunçuluq kimi ağır cinayət
hadisəsi də daxil olmaqla, ümumilikdə
28 cinayət faktı qeydə alınıb.
Həyata keçirilən təxirəsalınmaz
tədbirlər nəticəsində onlardan
22-si «isti izlərlə» açılıb.
Cinayət törətdiklərinə görə
29 nəfər, o cümlədən 2 nəfərdən
ibarət 1 qrup tutulub. Bu və
ya digər cinayətlərlə bağlı
axtarışda olan 9 nəfər də yaxalanaraq
istintaq orqanına verilib. Ölkədə
kriminogen durum nəzarətdə saxlanılmaqla,
ictimai asayişin qorunması və
ictimai təhlükəsizliyin təmini
istiqamətində tədbirlər davam
edir. Xatırladaq ki, Daxili
İşlər Nazirliyinin «102» xidməti
gün ərzində müraciətlərinizi
qəbul etməyə hazırdı.
Unutmayaq ki, qanun qorumaq
və ona riayət etmək hər birmizin
borcudur. /İctimai TV/