İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 

KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[10 fevral 2009]
Bakının Binəqədi rayonu ərazisində, 19 yaşlı Tərlan Həsənov sürücü işlədiyi «İveko» markalı avtomaşında, Quba rayon sakini, 37 yaşlı Nəzihə Bayramovanı bıçaqla hədələyərək 170 manat pulunu alıb və qadını zorlamağa cəhd göstərib. Tərlan Həsənov tutulub.

Bakının Nizami rayonu 235 №-li xətt avtobusunda isə oğurluq hadisəsinin qarşısı alınıb. Neftçala rayon sakini, 32 yaşlı Samirə Quliyevaya qarşı zor tətbiq edərək mobil telefonunu ondan alıb qaçmağa cəhd göstərən Sumqayıt şəhər sakini, 27 yaşlı Faiq Süleymanov Çevik Polis Alayının əməkdaşları tərəfindən tutulub.

Bu gücə saat 01.00 radələrində Bakının Xətai rayonu Nobel prospektində bədbəxt hadisə baş verib. Bakı sakini 74 yaşlı Mikayıl İsayev körpüdən yıxılaraq həlak olub.

Fevralın 9-da saat 16.00 radələrində, Xaçmaz şəhər sakini, Nəzakət İsmayılovaya məxsus ümumi sahəsi 32 kvm olan evdə yanğın baş verib. Yanğın söndürüldükdən sonra ərazidə kirayədə yaşayan Xaçmaz rayon sakini, 1954-cü il təvəllüdlü Olqa Koçnevanın yanmış meyiti tapılıb. Araşdırma aparılır.

Gəncə şəhərində ağır yol-qəza hadisəsi baş verib. Dədə Qorqud küçəsi ilə hərəkət edən “VAZ-21099” markalı avtomobil Tağı Arani küçəsindən çıxan “VAZ 2106” markalı avtomobillə toqquşub. Sürət məhdudiyyətinə əməl edilməməsi nəticəsində baş verən hadisə zamanı hər iki avtomobilin sürücüsü İlqar Məmmədov və İlham Ismayılov , sərnişin Nuriyyə Həsənzadə ağır bədən xəsarəti alıb. Hadisənin baş verdiyi ərazinin yaxınlıqdakı parkda işləyən Əli Adıgözəlov da xəsarət aldığından onlar şəhər təcili tibbi yardım xəstxanasına yerləşdirilib.

Rövşən Abdullayev adlı şəxsin «VAZ-2107» markalı avtomaşınla birgə oğurlanması barədə verilən məlumatla əlaqədar, Rövşən Abdullayev polis tərəfindən Bakı-Quba yolunun 22-ci-də saxlanılıb. Araşdırmalar zamanı adı çəkilən şəxsin ayrı-ayrı vətəndaşlara pul borcu olduğundan yalan məlumat verməsi müəyyən edilib.

Yardımlı rayon sakini, 29 yaşlı Vasif Əliyev 4 kq 850 qr heroini qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirib satarkən tutulub. Üzərində aparılan yoxlanış nəticəsində ondan 1 ədəd xəncər də götürülüb. Vasif Əliyevin evinə baxış zamanı isə əlavə 44 qramdan çox tiryək aşkar edilərək götürülüb.

Əzizbəyov Rayon Polis İidarəsinin əməkdaşları isə Füzuli rayon sakini, 41 yaşlı RasimAtakişiyevdən 1 kq həşiş müsadirə edib.

Ümumilikdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün narkotik və güclü təsiredici maddələrlə əlaqədar 11 cinayət hadisəsi müəyyən edilib, silah, döyüş sürsatı və partlayıcı maddələrlə bağlı 12 fakt aşkarlanıb.

Ötən gün ərzində 2 quldurluq, 1 soyğunçuluq, 3 xuliqanlıq kimi ağır cinayət hadisəsi də daxil olmaqla, ümumilikdə 34 cinayət faktı qeydə alınıb. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində onlardan 26-sı «isti izlərlə» açılıb. Ötən günlərdən bağlı qalan 4 cinayət faktı da açılıb. Cinayət törətdiklərinə görə 28 nəfər, o cümlədən 3 nəfərdən ibarət 1 qrup tutulub. Bu və ya digər cinayətlərlə bağlı axtarışda olan 6 nəfər də yaxalanaraq istintaq orqanına verilib. Ölkədə kriminogen durum nəzarətdə saxlanılmaqla, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini istiqamətində tədbirlər davam edir. Xatırladaq ki, Daxili İşlər Nazirliyinin «102» xidməti gün ərzində müraciətlərinizi qəbul etməyə hazırdı.
Unutmayaq ki, qanun qorumaq və ona riayət etmək hər birmizin borcudur. /İctimai TV/







 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi