İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 

BU GÜN BAKIDA AZƏRBAYCANIN KORRUPSİYAYA QARŞI MÜBARİZƏ STRATEGİYASINA DƏSTƏK LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ KONFRANS KEÇİRİLİB
[11 fevral 2009]
Azərbaycanın Milli Məclisi, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası, Avropa Şurası, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və İnkişaf Alternativləri təşkilatının əməkdaşlığı çərçivəsində «Qanunvericilik prosesində səmərəliliyin və şəffaflığın artırılması» mövzusunda konfrans keçirilib. Tədbirdə Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi və perspektivdə nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparılıb.
Tədbirin məqsədi Azərbaycanda qanunvericilik prosesini və yüksək səviyyəli qanunvericilik aktlarının səmərəli qəbul edilməsi və bu prosesin korrupsiyaya qarşı müqavimətinin artırılması üçün təkmilləşmə imkanlarının müzakirəsi idi. Milli Məclis sədrinin 1-ci müavini, Korrupsiyaya Qarşı mübarizə üzrə Komissiyanın üzvü Ziyafət Əsgərov Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verərək bildirdi ki, bu istiqamətdə müvafiq qanunvericilik bazası beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Azərbaycan Avropa Şurasının «Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti və mülki hüquqi məsuliyyət haqqında» Konvensiyasını qəbul edib və Korrupsiyaya qarşı Dövlətlər Qrupuna qoşulub. Ölkədə Korrupsiyaya qarşı mübarizəyə dair dövlət başçısının sərəncamları ilə müvafiq Dövlət proqramları təsdiq edilib və həyata keçirilir. Məqsəd beynəlxalq standartlara uyğun olaraq, korrupsiyanın qarşısının alınması və nəzarət vasitəsilə demokratiyaya və qanunun aliliyinə töhfə verməkdir. Avropa Şurasının Əməkdaşlıq Direktorluğunun rəhbəri Marqaret Killerbi Azərbaycanın korrupsiyaya qarşı mübarizə çərçivəsində həyata keçirdiyi tədbirləri, bu sahədə qanunvericiliyin formalaşdırılmasını müsbət qiymətləndirdiyini bildirdi. Bu yaxınlarda Azərbaycan parlamentində «Cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» qanunun qəbul edilməsini bu sahədə görülən işlərə töhvə olacağını deyən Avropa Şurasının nümayəndəsi vurğuladı ki, təmsil etdiyi qurum korrupsiyaya qarşı mübarizədə Azərbaycanla əməkdaşlıqda maraqlıdır. ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi isə bildirdi ki, Azərbaycanın qanunvericilik prosesində səmərəliliyin və şəffaflığın təkmilləşdirilməsi istiqamətində Milli Məclisin həyata keçirdiyi işlər ölkənin demokratik gələcəyi üçün çox önəmlidir. Birləşmiş Ştatlar bu təşəbbüslərə və səylərə güclü dəstək vermək niyyətini yenidən təsdiqləyir. «Azərbaycan parlamentinin ölkədə qanunvericilik prosesinin səmərəliliyi və şəffaflığına dair mövqeyi haqqında çıxış edən Milli Məclisin Hüquq Siyasəti və Dövlət quruculuğu məsələləri üzrə Daimi Komissiyasının sədri Əli Hüseynov bu sahədə demorkratik prinsiplərin, qabaqcıl beynəlxalq təcrübənin əsas götürüldüyünü bildirdi. Qeyd edək ki, bu sahədə təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyəti qeyd olunan konfrans Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Strategiyasına dəstək layihəsi çərçivəsində keçirildi. /İctimai TV/




 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi