İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 

2009-CU İL AVROVİZİYA RƏQS MÜSABİQƏSİNİN AZƏRBAYCANDA KEÇRİLMƏSİ XALQIMIZIN MƏDƏNİYYƏTİNİN TƏBLİĞİ BAXIMINDAN BÖYÜK UĞURDUR
[11 fevral 2009]
Bu fikirlər Bakıda keçriləcək Avroviziya rəqs müsabiqəsinə həsr olunan mətbuat konfransında səslənib. Qeyd olunub ki, müsabiqədə Azərbaycanın uğurunu təmin etəmək üçün əsaslı işlər görüləcək. Ictimai Teleradio Yayımları Şirkətinin baş direktoru Ismayıl Ömərov konfrans iştirakçılarının nəzərinə çatdırdı ki, Avrovizya müsabiqəsində Azərbaycan özünü kifayət qədər müsbət mənada tanıdıb. 2009-cu ildə Avroviziya rəqs müsabiqəsinin Bakıda keçrilməsi Azərbaycanın ciddi iştirakçı kimi qəbul edilməsinin nəticəsidir. Təsadüfi deyl ki, 2008-ci ildə Azərbaycanda mahnı müsabiqəinin seçim turunun möhtəşəm təşkili Avroviziya rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. Bütün bunlar rəqs müsabiqəsinin tenderində Azərbaycanın qalib gəlməsi üçün zəmin yaradıb. Baş Direktor vurğuladı ki, müsabiqə 26 sentyabr 2009-cü ildə Bakı şəhərində keçriləcək. Bu çox böyük uğurdu. Uğurdu ona görə ki, ilk dəfə Qafqazda və Şərqdə Avroviziya Azərbaycanda keçrilcək. Bu tenderi udmağımız təkcə Itv-nin uğuru deyil. Bu böyük tədbirdi və bu böyük tədbiri dövlət idarələri ilə birlikdə udmuşuq. Gənclər və idman nazirliyi, həmçinin Rəqs idman konfederasiyası ilə birlikdə udmuşuq.
Itv-nin baş direktoru bildirdi ki, tenderin ciddi şərtləri olub. Və seçim qapalı şəkildə keçirilib. Aroviziya rəqs müsabiqəsini keçirməyə 5 ölkə iddialı olsa da, üstünlük Azərbaycana verilib. Tenderin şərtləri arasında müsabiqənin keçiriləcəyi ölkənin sabit və təhlükəsiz olması, iştirakçıların yüksək səviyədə təhlükəsizliyinə təminat da daxil olub.
Ismayıl Ömərov 2009-cu il Avroviziya rəqs müsabiqəsinin Azərbaycanda keçrilməsini ölkəmizin hərtərəfli təbliği baxımından da böyük əhəmiyyət kəsb etdiyini önə çəkdi:
“ Əldə etdiyimiz bu uğuru sentyabrın 26-da keçirəcəyimiz tədbirlə daha da şöhrətli edəcəyik. Dünya bir daha azərbaycanın müsiqisi, azərbaycanın inkişafı və tərəqqisi,azərbacan xalqının müsuqi mədəniyəti haqqında daha geniş məlumat alacaq. Respublikanın millətin, onun mədəniyyətinin bundan böyük təbliği ola bilməz. “
O ki, qaldı rəqs müsabiqəsində Azərbaycanı kimin təmsil edəcəyinə,- qeyd olundu ki, əvvəliki müsabiqələr kimi bu dəfə də iştirakçıların seçimi qapalı olacaq. Və onlar müəyyən edildikdən sonra ictimayyətə məlumat veriləcək. Gənclər və idman nazirliyinin əməkdaşı Fərhad Hacıyev bildirdi ki, Azərbaycanda keçriləcək rəqs müsabiqəsini yayımlamaq istəyən ölkələrin sayı 25-ə çatıb. Bu son rəqəm olmasa da, ötən rəqs müsabiqələrini yayımlayan dövlətlərin sayından daha çoxdu. O da bildirildi ki, Avroviziya 2009-rəqs müsabiqəsinin təşkilatı məsələlərində Azərbaycana “Euromediya luxen” şirkəti də kömək edəcək. Həmin şirkətin Avroviziya müsabiqələrində artıq bir neçə dəfə uğurlu nəticə əldə etdiyi bildirilidi. /İctimai TV/





 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi