İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN KÜVEYTƏ RƏSMİ SƏFƏRİ BAŞA ÇATIB
[11 fevral 2009]
Dövlət başçısı bu gün Bakıya qayıdıb. Qeyd edək ki, prezident İlham Əliyev Küveytə rəsmi səfəri çərçivəsində ötən gün bir sıra görüşlər keçirib, iki ölkə arasında əməkdaşlığa dair 5 sənəd imzalanıb.
Azərbaycan prezidenti İlham Əliyevin Küveytə rəsmi səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair Birgə komissiyanın yaradılması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında sazişlər, Azərbaycan və Küveyt hökumətləri arasında ticarət sazişi və turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Qeyd edək ki, prezident İlham Əliyev Küveytdə bu ölkənin əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahla görüşüb. İki ölkə arasında münasibətlərin inkişaf etdiyi, siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilən görüşdə Azərbaycanla Küveyt arasında iqtisadiyyat, ticarət, turizm, sərmayə sahələrində əlaqələrin inkişaf etdirilməsindən danışılıb. Azərbaycanın dövlət başçısı Küveytin baş naziri şeyx Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabahla da görüşdü. Ölkələr arasında əlaqələrin uğurlu inkişafı vurğulanan görüşdə iqtisadi əlaqələrin genişlənməsi üçün yaxşı potensialın olduğu bildirildi. Prezident İlham Əliyevin Küveyt Milli Məclisinin sədri Casim Məhəmməd əl-Xərafi ilə görüşündə də müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olundu, Azərbaycan prezidentinin Küveytə rəsmi səfərinin qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyi vurğulandı. Azərbaycanın dövlət başçısının Küveyt Ticarət və Sənaye Palatası idarə heyətinin sədri Əli Məhəmməd Sünayən əl-Ğənim ilə görüşündə isə ölkələr arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndiyi məmnunluqla vurğulandı. Qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin mövcud potensiala cavab vermədiyi qeyd olunan görüşdə bu əlaqələrin genişləndirilməsi üçün konkret tədbirlərin görülməsinin zəruriliyi bildirildi. Küveytdə prezident İlham Əliyevin və Küveyt Dövləti əmirinin yüksək dövlət ordenləri ilə qarşılıqlı təltif edilməsi mərasimi də oldu. Səfər zamanı Küveyt Dövlətinin əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın adından Azərbaycan prezidentinin şərəfinə rəsmi ziyafət verildi. /İctimai TV/








 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi