İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
ƏSAS SƏHİFƏ / İqtisadiyyat

BÖHRANIN SƏBBƏKARI TAPILIB
[11 fevral 2009]
Bütün dünyanın maliyyə sistemini sarsıdan ipoteka böhranının səbəbkarı tapılıb. Hər şeyi araşqdırmağı sevən amerikalılar bankdan götürdüyü krediti qaytarmayan, bununla da ümummilli təşvişə və son nəticədə böhrana səbəb olan şəxsi tapıblar. Maliyyə epidemiyasına səbəb olan müştəri Kaliforniyada yaşayırmış.
Söhbət ilk dəfə kreditində problem yaranan, və bunun da nətijəsində Amerikanın, sonra da bütün dünyanın maliyyə sistemini çökdürən şəxsdən gedir. Araşdırmaqı aparan «Taym» jurnalı yazır ki, tibb-də «sıfıvrıncı pasiyent» anlayışı var. Yəni epidemiyanın başladığı adam. Araşdırmalara görə, ipoteka böhranında «sıfırıncı pasiyent» «Kontrivayd» şirkətinin müştərisi olub. Həmin şəxs 2003-cü ildə Kaliforniyanın Stokton şəhərində ev almaq üçün 250 min dollar ipoteka krediti götürüb. Müqaviləyə görə, müştəri bu pulu 10 ilə qaytarmalıydı, amma 3 ldən sonra işini itirdiyinə görə, özünü müflis elan edib. Bu zaman onun evi olan ərazidə evlərin qiyməti bir qədər aşağı düşüb. Tezliklə həmin zonada ikinci müştəri də evin pulunu ödəməkdən imtina edib və qiymətlər bir qədər də düşüb. Nəticədə imkanları düzgün qiymətləndirilməyən müştərilərin müflisləşməsi epidemiyaya çevrilib. Məsələnin belə ciddi şəkil almasına bəzi amillər də təsir edib. Məsələ ondadır ki, 2003-cü ildən etibarən Amerika bankları etibarsız müştərilərə də kredit verməyə başlamışdılar. Banklar belə müştərilərdən ilkin ödəniş və gəlrləri haqqında sənəd tələb etmirdilər. Ən əsası belə müştərilər krediti qaytarmağa 3 ildən sonra başlamalıydılar. 2006-cı ildə yəni kredit qaytarmaq vaxtı çatanda isə bu Amerikada işsizlərin sayının artmasıyla üst-üstə düşdü. İqşini itirənlər isə məlum məsələdir ki, kredit qaytarmaq barədə düşünmürlər. «Taym» curnalının versiyasına görə, haqqında söhbət gedən şəxs də bu proseslər nəticəsində müflis olub. Nəticəsi də göz qabağındadır. Yeri gəlmişkən, həmin şəxsin adı açıqlanmır, amma curnal əmindir ki, onun adını rieltor şirkətinin siyahısında tapmaq olar. Amma «böhranı yaradan adam» ideyası nə qədər maraqlı olsa da, hətta ABŞ-ın öz bankirləri məsələnin belə sadə olmadığını bildirirlər. Azərbaycan bankirləri də bildirir ki, dünyanın maliyyə sisteminin çökməsi adicə bir müştəridən başlaya bilməz və onun subyektiv olsa da, çox böyük və ciddi səbəbləri vardı. Əsas səbəb bank işçilərinin məsuliyətsizliyi və etibarsız müştərilərə risqli kreditlərin verilməsidir.


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi