İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
ƏSAS SƏHİFƏ / İqtisadiyyat

PENSIYALARIN SIĞORTA HISSƏSI ARTIRILIB
[11 fevral 2009]
Minimum pensyanın artması isə qiymətlərdən asılı olacaq
Pensiyaların sığorta hisəsinin artırılmasıyla bağlı prezidentin sərəncamından sonra ölkədə pensipyaların orta məbləği 99 manata çatacaq. O ki, qaldı pensiyaların baza hisəsinin, yəni minimum pensiyanın nə vaxt artacağına, Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi bildirir ki, bu ölkədə qiymətlərin artıb-azalacağından asılı olacaq.
Məlum olduğu kimi, Azərbaycanda verilən pensiyaların iki hisədən baza və sığorta hissəsindən ibarətdir. Pensiyaların baza hissəsi, yəni minimum pensiya 75 manatdır, qalan məbləğ isə sığorta hisəsi sayılır. Prezdent İlham Əliyevin sərəncamı ilə pensiyaların sığorta hissəsi ötənilki inflyasiya qədər yəni 20,8 faiz artırılacaq. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov: «təqribən 547 min nəfər əmək pensiyaçısına onların pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi tətbiq ediləcək və bu şəxslərin hər birinin orta hesabla pensiyalarının artımı 6 manat təqribən təşkil edəcək».
Təbii ki, hamıda artım eyni olmayacaq. Pensiyasında sığorta hissəsi böyük olanların alacağı pul daha çox artmalıdır. Yəni kimsə məsələn 100 manat pensiya alırsa, onun 75 manatı baza hissəsi, 25 manat isə sığorta hissəsidir, artım da sığorta hissəsinə, yəni 25 manata aid olacaq. Kobud desək, pensyası 100 manat olanlarda artım 5 manat təşkil edəcək və s. Ümumildikdə artımdan sonra ölkə üzrə orta pensiya 99 manata çatacaq. Sərəncam ümumilikdə 597 min nəfərə aid olsa da, pensiyaçıların bir qrupuna şamil edilməyəcək. Onlar 50370 nəfərdir: «bunlar hərbi qulluqçular, dövlət qulluqçuları, ombudsman aparatı,hesablama palatası aparatı, millət vəkilləri, ədliyyə işçiləri, prokurorluq orqanları işçiləri və sair şəkildə güzəştli şərtlərlə pensiya alanlardır».
Bu dəfəki artım üçün ayda 3,2 milyon, il ərzində isə 38,5 milyon manat əlavə vəsait xərclənəcək. Pul məsələsində problem olmasa da texniki problemlər üzündən artımların verilməsində gecikmələr ola bilər. Pensiyüaların baza hissəsinin yəni, indi 75 manat olan minimum pensiyanın nə vaxt artacağı isə hələlik4 məlum deyil. Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov bildirir ki, əslində baza hisəsnini artması qiymət artımını kompensasiya etmək üçündür. Amma dünyadakı proseslərlə əlaqədar olaraq qiymətlərin artması yox, azalması baş verir və bu hal hələ davam edəcək: «Ona görə də hazırda bu günkü şəraitdə istehlak qiymətlərinin artımı baş vermir, yəni infilyasiya prosesləri yoxdur. Ona görə də baza hissəsinin artımı üçün mövcujd baza hələ yaranmayıb.əgər belə bir baza yaranrasa yenə qanunda nəzərdə tutulduğuna uyğun olaraq cənab prezidentin müvafiq sərəncamı əsasında bu proses həyata keçiriləcək».
Səlim müslümovun sözlərinə görə, əgər il ərzində qiymətlər bahalaşmasa, yəni deflyasiya baş versə, minimum pensiyanın artımını ilin sonunadək gözləmək lazım gələcək.


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi