İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
ƏSAS SƏHİFƏ / İqtisadiyyat

PLASTİK KART İSTİFADƏÇİLƏRİ ÜÇÜN LOTEREYA KEÇİRİLƏCƏK
[11 fevral 2009]
Azərbaycan hökuməti ölkədə plastik kartlardan istifadəni həvəsləndirmək üçün yeni kampaniyaya hazırlaşır. Hələlik layihə şəklində olan təkliflərə görə, bundan sonra kartdlan istifadə edənlər arasında lotereya keçiriləcək. Ticarət məntəqələrinin kartlara maraq göstərməməsinin səbəbini yaxşı bilən dövlət qurumları, bu məsələdə alıcıları həvəsləndrmək niyyətindədirlər.
«Qazanmaq istəyirsənsə, pulunu kartla ödə».
Azərbaycanda plastik kartlardan istifadəni həvəsləndirmək üçün keçiriləcək kampaniyanı belə də adlandırmaq olar. Milli Bank və Vergilər Nazirliyi ölkədə kartlardan istifadəni artırmaq, daha dəqiqi kart sahiblərini buna həvəsləndirmək üçün yeni tədbirlərə hazırlaşırlar.
Bu tədbirlər xüsusilə ticarət obyüektlərində kartdan istifadəni artırmaq məqsədi daşıyır. İndi həmin təkliflər baxılmaq və lazım gələrsə, hansısa əlavələr edilmək üçün ölkənin kommersiya banklarına göndərilib.
Qeyd edək ki, qanuna görə, ölkənin bütün ticarət və xidmət obyektlərində kartlardan istifadəyə imkan yaradan pos-terminallar quraşdırılmalıdır. Amma hələlik bunlardan istifadə edən azdır. Yeni kampaniya da vəziyyəti düzəltmək üçün keçirilir. Beləliklə, məsələnin məğzi ondan ibarətdir ki, kartdan istifadə edənlər arasında lotereya keçiriləcək. Lotereyaya qoşulmaq üçün ticarət və ya xidmət məntəqələrində plastik kartla 10 manatdan artıq məbləğdə ödəniş aparmaq lazımdır. Bunu edənlər lotereyanın iştirakçısı olurlar. Ayda bir dəfə keçiriləcək lotereyanın uduş fondu 5000 manatdır. Burda hər ay 20 nəfərin qalib gələcəyi nəzərdə tutulub ki, onlar da hərəyə 250 manat uda biləcəklər. Xatırladaq ki, vaxtilə belə lotereyanı Vergilər Nazirliyi təşkil eləmişdi, o vaxt oyunda iştirak etmək üçün kassa çekləri toplamaq lazım idi. İndi isə bunun üçün kartı işlətmək kifayətdir. Kommersiya banklarında bu kampaniyanın uğuru barədə ehtiyatla danışsalar da, etiraf edirlər ki, kartdan istifadəni gücləndirmək üçün nəsə edilməlidir. Məsələ bundadır ki, bütün inzibati tədbirlərə və ölkədə 8 mindən artıq posterminal qurulmasına baxmayaraq ticarət və xidmət məntəqələrində ödənişin kartla aparılması yenə də aşağı səviyyədədir. Bəzən obyektdə postermnal olmur, bəzən posterminal işləmir, bəzən isə müştəri buna maraq göstərmir. Yeri gəlmişkən, müşahidələr göstərir ki, satıcılar kartdlan istifadədə qətiyyən maraqlı deyillər. Çükni pul kartla ödənəndə vergidən yayınmaq olmur, üstəlik krtdan istifadə üzrə xidmət haqqı da satıcıdan tutulur. Ona görə də posterminaldan istifadə ticarət obyektləri üçün sərfəli deyil. Deməli, bunu ikinci tərəf – yəni alıcılar üçün sərfəli etmək lazhımdır. Buna görə də çıxış yolu kimi lotereya seçilib.
Yeri gəlmişkən artıq kommersiya bankları belə aksiyalara başlayıblar. Məsələn bəzi bankların kartlarına sahib olanlar paytaxtın bəzi ticarət və iaşə məntəqələrində il boyu endirimlərdən istifadə edə bilərlər. Bu ticarət obyektlərindən alınan malların pulunu kartla ödəyəndə qiymətlərdə 15 %-ə qədər güzəşt edilir.

 


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi