İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
ƏSAS SƏHİFƏ / İqtisadiyyat

AVROPADA MİQRANTLARA QARŞI MÜHARİBƏ BAŞLAYIB
[11 fevral 2009]
Avropada əmək miqrantlarına qarşı əsl müharibə elan edilib. İqtisadi böhran və işsizliyin artması Avropa ölkələrini öz vətəndaşları üçün iş yerləri axtarmağa vadar edib. Və onlar xaricilər tərəfindən tutulan iş yerlərini yerlilər üçün boşaltmağa başlayıblar.
Qalan miqrantların cinayətkarlıqla məşğul olmasından ehtiyatlanan Avropa ölkələri az qala eyni vaxtda əmək miqrantlarına qarşı mübarizəyə başlayıblar. Fransada ölkəyə xaricilərin qanunsuz gəlməsinin qarşısını almaq üçün maraqlı üsula əl atıblar. Burda ölkəyə qanunsuz gələn miqrantlara hətta vətəndaşlıq verməyə də hazırdılar, bir şərtlə ki, həmin şəxs ölkəyə hansı yolla gəldiyini açıb desin. Ölkənin miqrasiya nazirinin əmrinə görə, bu informasiyanı verən şəxslərə Fransada müvəqqəti yaşamaq hüququ veriləcək. Fransızlar ümid edir ki, bu yolla miqrantların qanunsuz yollarının qarşısını kəsmək mümkün olacaq. Amma ekspertlərin fikrincə, miqrantların bu sxemi açacaqları inandırıcı deyil, çünki onlar bu işlə məşğul olan kriminal strukturlardan çəkinirlər. Çexiyada isə hökumət miqrantların evə yol pulunu və üstündə 500 avro yardım da ödəməyə hazırdır, təki onlar ölkəni tərk eləsinlər. Hökumət bunun üçün ümumilikdə 2 milyon avro pul ayırıb. Kiminsə, «yumşaq deportasiya» adlandırdığı bu üsulla ölkədən çıxarılanların siyahısında birinci yeri Monqolustan və Vyetnam vətəndaşları tutur. Amma xarici işçilərə ən böyük zərbəni Avropa Parlamenti vurub. Parlamentin qəbul etdiyi yeni qanuna görə, qanunsuz miqrantı işlə təmin edənləri cərimələrlə yanaşı, həbs cəzası da gözləyir.


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi