İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
ƏSAS SƏHİFƏ / İqtisadiyyat

ÖLKƏYƏ UCUZ QİYMƏTƏ İRAN SEMENTİ GƏTİRİLƏCƏK
[11 fevral 2009]
İran sahibkarları Azərbaycanın tikinti materialları bazarına daxil olmaq niyyətindədirlər – özü də ucuz qiymətlə. Bakıda keçirilən İran sərgisinin iştirakçıları əmin edir ki, onlar ölkəyə ucuz sement gətirəcəklər. Amma Azərbaycana təklif olunan İran mallarının siyahısı bununla bitmir. Yeri gəlmişkən, maliyyə böhranının təsirini İran sahibkarları da hiss edib.
Azərbaycanda İran sementinin satışına başlanıb
Bakıda keçirilən 3-cü İran sərgisində iştirak edən Ərdəbil sahibkarlarının sözlərinə görə, İran sementi Avropanın ən yüksək standartlarına uyğun gəlir. Sementin keyfiyyəti barədə sertifikatı Almaniya şirkətlərindən alan Ərdəbil zavodunda gündə 3500 ton sement buraxılır. Azərbaycana ildə 300 min ton sement göndərmək niyyəti olan iranlılar sement bazarına nisbətən ucuz qiymətlərlə daxil olmağa ümid edirlər. Onların sözlərinə görə, iran sementi başqa sementlərdən 30-40 faiz ucuz olacaq. Ümumiyyətlə iran malları həddən artıq ucuzluğu ilə diqqəti cəlb edir. Sərgidə bəzək əşyalarından tutmuş, ərzaq malları, təbii güllər və dəri məmulatlarına qədər ən müxitəlif mallara rast gəlmək olar - hamısı da çox münasib qiymətlərə. Bakıda ərzaq mallarını nümayiş etdirən İranlı sahibkar Behruz Azadi bildirir ki, burda mağazalarda 4 manata satılan balı İranda 2 manata tapmaq olar.
Ərdəbildəki dəri zavodu isə Azərbaycana ucuz və keyfiyyətli dəri təklif edir. Burda hətta dəvəquşu dərisinə də rast gəlmək olur. Avropada bundan qadın ayaqqabıları və kostyumlar tikirlər.
İranlılar burda təkcə müştəri yox, həm də partnyor axtarırlar. Bəzi sahibkarlar burda yerli iş adamlarıyla iş qurmaq istəyir. Pambıq parçadan tikilən məhsullarını ucuz qiymətə təklif edən «Gülbaf» firması Azərbaycanda həmişəlik fəaliyyət göstərmək niyyətindədir.
Artıq bəzi yerli iş adamları iranlılarla əməkdaşlığa maraq göstərib və mallar sifariş veriblər. Amma dünyadakı böhran burda da özünü göstərir əməkdaşlıq etmək istəyənlərinsayı azalıb.
İranlı tacirlər böhranın onlara ciddi təsir etdiyini bildirirlər. Böhran nəticəsində onlar iranda onsuz da aşağı olan qiymətləri daha da ucuzlaşdılomağa məcbur olublar. Və çətinliklərlə üzləşməmək üçün çıxış yolları axtarırlar. İndi iranda ticarət sektorunda daha çox ciddi böhran yaranıb. Şirkət nümayəndələri bildirdilər ki, bu hətta bir sıra iri müəssisələrin müflisləşməsinə də gətirib çıxara bilər.


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi