İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 

BAKI - İSLAM MƏDƏNİYYƏTİNİN PAYTAXTI” DEVİZİ ALTINDA TƏDBİRİN TƏNTƏNƏLİ AÇILIŞINA START VERİLDİ
[18 fevral 2009]
Bu gün Heydər Əliyev adına sarayda “Bakı - islam mədəniyyətinin paytaxtı” devizi altinda tədbirin təntənəli açılış mərasimi keçirilir.
Bir il müddətinə İslam mədəniyyətinin paytaxtı missiyasını yerinə yetirəcək Bakı svilizasiyaların qovuşması baxımından mühüm əhəmiyyətə malikdir. «Bakı-İslam Mədəniyyətinin Paytaxtı» adlı mədəniyyət tədbirinin təntənəli açılış mərasimində iştirak edən İSESKO-nun baş katibi Məhəmməd Əl-Tüveyci Azərbaycan paytaxtının islam svilizasiyası və tarixi üçün də önəmli şəhər olduğunu deyib:
“Bakı çox önəmli bir tədbirə ev sahibliyi edir. Bu bizim üçün sevindirici haldır. İslam svilizasiyası və tarixi baxımından yanaşdıqda bu şəhərin nə dərəcədə zəngin oluduğunu görürük. Bakı bu gün həmçinin müxtəlif svilizasiyaların qoşuması işinədə töhvə verir. Bu isə o deməkdir ki, Bakı keçmişlə bu günün bu gün ilə isə gələcəyin qovuşma mərkəzidir. Dünyanın bu ölkəyə onun liderinə böyük hörməti var. İslam Konfransı Təşkilatı və İSESKO Bakının İslam mədəniyyətinin paytaxtı olması ilə fəxr edir.”
İslam Konfransı Təşkilatının baş katibinin müavini Atta El-Manane Bakhit isə vurğulayıb ki,Azərbaycanın qədim islam tarixinə malik olması belə bir tədbirin burda keçirilməsini şərtləndirən əsas amildir. Bakıda islam svilizasıyasının zənginləşdirilməsi istiqamətində çox işlər görülüb. Azərbaycan dövləti eyni zamanda islam həmrəylinin qorunub saxlanılmasını da dəstəkləyir. Əminəm ki, Bakı İslam dünyasının birləşdirilməsində mühüm rol oynacayaq və təşkilatımızın mədəniyət sahəsində işlərinə tövhə verəcək.
Türkiyənin Mədəniyyət və Türizm nazirliyinin təmsilçisi İsmət Yıldız təbirlə bağlı düşüncələrini belə paylaşıb:”Bakı İslam mədəniyyəti paytaxtı kimi laiq olduğu bir mövqedədir. Türk nümayyəndə heyəti olaraq buradə iştirakdan məmnunuq. Həm Azərbaycana, həm də Azərbaycan xalqına xoşbəxtlik arzulayırıq. İnşallah gələcəkdə Azərbaycan bu gündən daha işıqlı və böyük olacaq. “ /İctimai TV/

 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi