İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 

KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[18 fevral 2009]
Gəncədə dələduzluqda məşğul olan şəxsin kimliyi müəyyənləşdirilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Gəncə sakinləri - Ayaz Quliyev və Abil Qəmbərovun etimadını qazanaraq 20 min manatdan çox pulunu alan Kəlbəcər sakini Əli İbrahimov tutulub. Onun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Əli İbrahimov ötən il isə Gəncə sakini Şamil Əhmədovun 2800 manat pulunu alıb.
**
Bu gecə Bakıda oğurluq etdiyinə görə, tutulan şəxs polisə bıçaqla müqavimət göstərib. Mərdəkan qəsəbəsindəki mağazalardan birindən oğurluq edən Biləsuvar sakini, əvvəllər məhkum olunmuş ƏDALƏT Quliyevin bu hərəktindən sonra polis əməkdaşı havaya xəbərdarlıq atəşi açıb. Görülən tədbirlər nəticəsində ƏDALƏT QULİYEV yaxalanıb. Ondan 1 bıçaq götürülüb.
**
Bakının Şüvəlan qəsəbəsində məskunlaşan Xocavənd sakini MƏMMƏD MƏMMƏDOVUN evindən 4000 manat pul oğurlanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluğun onun həmyerliləri ASİM və AŞON MƏMMƏDOV qardaşları tərəfindən törədilməsi müəyyən edilib.
**
Bakının Sabunçu rayonunda ev sahibi öz evindən oğurluq edib. 31 yaşlı RÜSTƏM SÜLEYMANOV həyat yoldaşının işdə olmasından istifadə edərək görəcəyi işi pərdələmək məqsədi ilə qapının qıfılını sındıraraq evə daxil olub və evdəki videomaqnitafonu və DVD-ni götürərək özündən 12 yaş böyük olan qeyri-qanuni yaşadığı qadının evinə aparıb. Həmin qadından 58 manat pul alan Rüstəm gətirdiyi əşyaları satıb, onun pulunu qaytaracağını bildirib. Törətdiyi əməli etiraf edən Rüstəm əldə etdiyi pulla icarəyə götürdüyü avtomaşının aylıq borcunu ödədiyini bildirib.
**
Sumqayıtda 3 naməlum şəxs Xırdalan sakini SƏRDAR ƏLİYEVİ döyüb. Görülən tədbirlər nəticəsində xuliqanlıq edən Sumqayıt sakinləri - Zaur Mirzəyev, Əfqan Məmmədov və Andrey Musin yaxalanıb.
**
Ümumilikdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün narkotik və güclü təsiredici maddələrlə əlaqədar 6 cinayət hadisəsi müəyyən edilib, silah, döyüş sürsatı və partlayıcı maddələrlə bağlı 5 fakt aşkarlanıb.
**
Ötən gün ərzində 2 qəsdən sağlamlığa ağır zərər vurma, 1 soyğunçuluq, 1 xuliqanlıq kimi ağır cinayət hadisəsi də daxil olmaqla, ümumilikdə 35 cinayət faktı qeydə alınıb. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində onlardan 22-si «isti izlərlə» açılıb. Cinayət törətdiklərinə görə 28 nəfər, o cümlədən 11 nəfərdən ibarət 4 qrup tutulub. Bu və ya digər cinayətlərlə bağlı axtarışda olan 4 nəfər də yaxalanaraq istintaq orqanına verilib. Ölkədə kriminogen durum nəzarətdə saxlanılmaqla, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini istiqamətində tədbirlər davam edir. Xatırladım ki, Daxili İşlər Nazirliyinin «102» xidməti gün ərzində müraciətlərinizi qəbul etməyə hazırdı.

Unutmayaq ki, qanun qorumaq və ona riayət etmək hər birmizin borcudur. /İctimai TV/

 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi