İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 

KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[19 fevral 2009]
Gəncə şəhər sakini, 52 yaşlı İlyas Abdullayev Tülalılar kəndində yaşayan qardaşı, 40 yaşlı Rasimin evində olarkən ailə münaqişəsi zəminində ov tüfəngindən atəş açaraq onu yaralayıb.

Xızı rayonu Yeni Yaşma kəndinin ərazisində, Sabirabad rayon sakini, İsmayıl Şirinov «MAZ» markalı avtomaşını idarə edərkən, onu aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, xəsarət alan sərnişin Bakı şəhər sakini, Rövşən Həsənov isə xəstəxanaya yerləşdirilib.
**
Ümumilikdə ötən gün ərzində 1 nəfərin ölümü, 4-nün yaralanması ilə nəticələnən 2 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
**
Şirvan şəhəri Xaqani küçəsi ev 274-də yaşayan, Zabil Əliyevə məxsus ümumi sahəsi 230 kvm olan 1 mərtəbəli 5 otaqlı evdə yanğın baş verib.. 130 kvm sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Xəsarət alan Zabil Əliyevin oğlu, 1966-cı il təv. İlham isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Araşdırmalar aparılır.
**
Bakının Səbail rayonunda oğurluq etdikləri üçün tutulan Orxan Babayevin, Valeh Əliyevin, Ramil Qurbanovun və Ruslan Məmmədovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində, onların, fevralın 2-nə keçən gecə, Bakı şəhər sakini, Abbas Əliyevə məxsus mağazadan 3100 manat pul oğurlamaları müəyyən edilib.
**
Əzizbəyov rayon polis idarəsi əməkdaşlarının yaxaladıqları cinayətkar qrup isə hətta məsciddəndə oğurluq etməkdən çəkimnməyib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Binə qəsəbə sindəki məscidin nəzir qutusundan qıfılı sındırmaq yolu ilə pul oğurlayan Bakı şəhər sakinləri 32 yaşlı Pərviz Əzimov, 33 yaşlı Mikayıl İsmayılov və 27 yaşlı Kamil Əzimov tutulub. Onlardan narkotik maddə olan heroin də aşkar edilərək kötürülüb.
**
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, 1965-ci il təv. Əbülfəz Kərimovun görüşünə gələn Bakı şəhər sakini, 31 yaşlı Tofiq Mehdizadə özü ilə gətirdiyi heroini məhbusa verərkən tutulub.
**
Abşeron rayonu - Saray qəsəbəsində Köhnə Corat kənd sakini, 24 yaşlı Fuad Pənahov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Keçirilən axtarış tədbirləri nəticəsində Fuad Pənahova bıçaqla xəsarət yetirən Saray qəsəbə sakini, 21 yaşlı Cavid Məmmədov tutulub.
**
Ümumilikdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün narkotik və güclü təsiredici maddələrlə əlaqədar 17 cinayət hadisəsi müəyyən edilib, silah, döyüş sürsatı və partlayıcı maddələrlə bağlı 15 fakt aşkarlanıb.
**
Ötən gün ərzində 1 qəsdən adam öldürmə, 1 adam öldürməyə cəhd, 2 quldurluq kimi ağır inayət hadisəsi də daxil olmaqla, ümumilikdə 48 cinayət faktı qeydə alınıb. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində onlardan 38-i «isti izlərlə» açılıb. Ötən günlərdən bağlı qalan 7 cinayət faktıda açılıb. Cinayət törətdiklərinə görə 48 nəfər, o cümlədən 9 nəfərdən ibarət 4 qrup tutulub. Bu və ya digər cinayətlərlə bağlı axtarışda olan 6 nəfər də yaxalanaraq istintaq orqanına verilib. Ölkədə kriminogen durum nəzarətdə saxlanılmaqla, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini istiqamətində tədbirlər davam edir. Xatırladım ki, Daxili İşlər Nazirliyinin «102» xidməti gün ərzində müraciətlərinizi qəbul etməyə hazırdı.

Unutmayaq ki, qanun qorumaq və ona riayət etmək hər birmizin borcudur. /İctimai TV/




 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi