İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 

HƏMSƏDRLƏR AZƏRBAYCANIN BMT BAŞ KATİBİNƏ ÜNVANLADIĞI SƏNƏDLƏRƏ GÖRƏ NARAHATDIRLAR
[20 fevral 2009]
Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın BMT baş katibinə ünvanladığı hesabatlarla bağlı bəyanatla çıxış ediblər. Bəyanatda Minsk Qrupunun həmsədrləri Azərbaycanını BMT-dəki daimi nümayəndəsinin təşkilatın baş katibinə ünvanladığı sənədlərdən narahtlığını ifadə edib.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı qrumun rəsmi İnternet saytında yerləşdirlib. Beynəlxalq vasitəçilər qeyd edirlər ki, 2008-ci il dekabrın 24-də və 29-da Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin sorğusu əsasında yayılan 2 məruzəyə baxmayaraq, Dağlıq Qarabağ probleminin hərbi yolla həlli yoxdur. Həmsədrlər güc tətbiq etməməyi istənilən münaqişənin ədalətli və möhkəm həllinin əsas elementi hesab edirlər. Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 28-də Sürixdə keçirdikləri sonuncu görüşü faydalı və konstruktiv qiymətləndirdiklərini xatırladan həmsədrlər dövlət başçılarının Minsk Qrupu çərçivəsində gedən sülh prosesinə sadiqliklərini təsdiqlədiklərini və diplomatlardan baza prinsiplərinə dair fikir ayrılıqlarının aradan qaldırılması üçün tərəflərin mövqelərini yaxınlaşdırmasını xahiş etdiklərini vurğulayıb. Həmsədrlər bildirir ki, sornrakı açıq bəyanatlarında da prezidentlər Minsk Qrupunun vasitəçilik səylərinə bağlılıqlarını vurğulayıb. Bu səbəblə həmsədrlər fevralın sonuna qədər əsas prinsiplərin razılaşdırılması cəhdlərini sürətləndirməkdə tərəflərə yardımçı olmaq üçün bölgəyə səfər edəcəklər. Minsk Qrupunun həmsədrləri sülh prosesinin pozulmasına yol verməyəcəklər. Həmsədrlər hesab edirlər ki, yuxarıda bəhs olunan hesabatlar Minsk Qrupu çərçivəsində aparılan danışıqlara və prezidentlərin 2 noyabr 2008-ci il tarixli Moskva Bəyannaməsində əksini tapan öhdəliyə uyğun olaraq münaqişənin dinc və siyasi yolla həllinə təsir göstərməyəcək. Bəyanatda belə deyilir. Qeyd edək ki, söhbət Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevin təşkilatın baş katibinə göndərdiyi məktublardan gedir. 24 dekabr 2008-ci il tarixli məktub Ermənistanın Azərbaycana qarşı təcavüzünün hüquqi nəticələri barədə hesabat və ona əlavədən ibarətdir. Aqşin Mehdiyev hesabat və əlavənin BMT Baş Assambleyasının sessiyasının gündəmindəki GUAM məkanında həlli uzanan münaqişələr, onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri və Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair maddələr üzrə assambleyanın və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasını istəyib. Səfir hesabata əlavəsində BMT-yə Azərbaycan dövləti adından iki sual ünvanlayıb.

-Ermənistan Dağlıq Qarabağ bölgəsində və ətrafında Azərbaycan Respublikasına silahlı hücum edibmi?

- Azərbaycan Respublikası hazırda BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Ermənistan Respublikasından müdafiə olunmaq üçün özünümüdafiə hüququndan istifadə edə bilərmi?

2008-ci il 29 dekabr tarixli məktubda isə Ermənistanın revizionist iddiaları fonunda dövlətlərin ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə hüququna dair təməl normalar haqqında məruzə və ona əlavə əksini tapıb.
Qeyd edək ki, sənədlər BMT-nin rəsmi saytında yerləşdirilib. /İctimai TV/


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi