İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 

KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[20 fevral 2009]
Bu gecə saat 4 radələrində Yasamal rayonunun İnşaatçılar prospektində, 21 yaşlı Aydın Quliyev «VAZ-2107» markalı avtomaşını ağaca vurub. Nəticədə, sürücü yerində ölüb, onun sərnişini 27 yaşlı Qulam Əliyevin isə vəziyyəti ağırdır.
Bakının Şüvəlan qəsəbəsində isə 31 yaşlı Ramil Qubadlı «VAZ-21093» markalı avtomaşını idrə edərkən, qəsəbə sakini, 56 yaşlı Dilarə Qafarovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.
**
Xətai rayonunda 32 yaşlı Fuad Şabanov «Mersedes» maşını ilə Keşlə qəsəbə sakini, 50 yaşlı Mahmud Tahirovu vurub. xəstəxanaya aparılan piyada orada keçinib.
**
Ötən gün axşam saatlarında Qarasu-Udulu yolunun 18-ci km-də, Salyan rayon sakini, 41 yaşlı İlqar Seyfullayev «ZİL-133» markalı yük maşınını aşırıb.Nəticədə, sürücü hadisə yerində keçinib.
**
Ümumilikdə ötən gün ərzində 4 nəfərin ölümü, 1-nin yaralanması ilə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
**
Yasamalda Murad Qafarova qarşı quldurluq edən şəxs yaxalanıb. Şərifzadə küçəsində, 13 yaşlı Murad Qafarovu bıçaqla hədələyərək mobil telefonunu ondan alanın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, 34 yaşlı Zöhrab Əmirhüseynov olduğu müəyyənləşib.
**
Nizami rayonunda Q.Qarayev prospektində Səxavət Quliyevin cibindən mobil telefonunu oğurlayan Sumqayıt sakini, 42 yaşlı Aslan Bəylərov tutulub.
**
Taksi sürücüsünə qarşı quldurluq edən Xırdalan sakini 38 yaşlı Elşad İslamov yaxalanıb. Elşad İslamov bir nəfər yoldaşı ilə yanvarın 31-də saat 23.30 radələrində 32 yaşlı Seymur Cəfərovun idarə etdiyi «Mersedes» avtomaşına sərnişin qismində oturaraq Xırdalana sürdürüb. Xırdalan ərazisində, onlar, sürücünü bıçaqla hədələyərək gödəkçəsini, mobil telefonunu və 3 bankomat kartını ondan alıblar.
**
Biləsuvar rayonunda 18 yaşlı Əkrəm Ağayev kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilib. Araşdırma zamanı Əkrəmin qohumu, 37 yaşlı Cəmşid Ağayev tərəfindən döyülməsi müəyyən edilib. Cəmşidə qarşı CM-nin 126-cı - qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb.
**
Ümumilikdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün narkotik və güclü təsiredici maddələrlə əlaqədar 15 cinayət hadisəsi müəyyən edilib, silah, döyüş sürsatı və partlayıcı maddələrlə bağlı 9 fakt aşkarlanıb.
**
Ötən gün ərzində 2 qəsdən sağlamlığa ağır zərər vurma, 1 soyğunçuluq, 3 xuliqanlıq kimi ağır inayət hadisəsi də daxil olmaqla, ümumilikdə 45 cinayət faktı qeydə alınıb. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində onlardan 30-u «isti izlərlə» açılıb. Ötən günlərdən bağlı qalan 1 cinayət faktıda açılıb. Cinayət törətdiklərinə görə 42 nəfər, o cümlədən 6 nəfərdən ibarət 2 qrup tutulub. Bu və ya digər cinayətlərlə bağlı axtarışda olan 9 nəfər də yaxalanaraq istintaq orqanına verilib. Ölkədə kriminogen durum nəzarətdə saxlanılmaqla, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini istiqamətində tədbirlər davam edir. Xatırladım ki, Daxili İşlər Nazirliyinin «102» xidməti gün ərzində müraciətlərinizi qəbul etməyə hazırdı.

Unutmayaq ki, qanun qorumaq və ona riayət etmək hər birmizin borcudur. /İctimai TV/


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi