İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 

AZƏRBAYCAN «AVROVİZİON-2008» BEYNƏLXALQ MAHNI MÜSABİQƏSİNİN FİNALINA VƏSİQƏ QAZANDI
[21 May, 2008]
Serbiyanın paytaxtı Belqradda «Avrovizion-2008» Beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilib. Elnur Hüseynov və Samir Cavadzadə ilk dəfə olaraq Avropanın ən nüfuzlu musiqi yarışmasında iştirak edən Azərbaycanın adını final mərhələsinə yazdırıb. Bu möhtəşəm musiqi bayramını Azərbaycan məkanında ekskuliziv olaraq İctimai Televiziya yayımlayıb.
Serbiyanın paytaxtındakı «Belqrad Arenada» keçirilən «Avrovizion 2008» Beynəlxalq mahnı müsabiqəsinin açılış mərasimi uşaq xorunun ifasında «Avroviziya» himninin oxunması ilə başlanıb.
Daha sonra Serbiyanın milli geyimində gənc rəqqasslar Balkan musiqisinin sədaları altında rəqs nümunələri ifa edib.
Klassik geyimdə səhnəyə çıxan Serbiyanın ən məhşur aparıcıları nəhayət ki, «Avrovizion 2008» Beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinal iştrirakçılarının təqdim edib. Yarımfinalçılardan səhnəyə birinci olaraq Çernoqoriyalı Stefan Filipoviç çıxıb. Sonra növbə ilə İsrail, Moldova, Estoniya, San-Marino, Belçika nümayəndələri musiqilərini təqdim edib. Bu il müsabiqədə ilk dəfə iştirak edən ölkələr isə Azərbaycan və San-Marinodu. Nəhayət ki, Azərbaycan tamaşaçıları üçün ən həyacanlı an - Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdiyi «Day after day» mahnısı təqdim olunub.
Elnur Hüseynov və Samir Cavadzadənin səhnələşdirdikləri «Day after day» musiqisi «Belqrad Arenada» böyük alqışlarla qarşılanıb.
Beləliklə, Avropanın 19 fərqli mədəniyətləri arasında Azərbaycan təmsilçiləri yarışın final mərhələsinə vəsiqə qazanıb. Xatırladaq ki, yarşın qaydalarına əsasən, müsabiqədə iştirak edən ölkə öz nümayəndəsinə deyil, digər ölkənin təmsilçilərinə səs verə bilər. Azərbaycandan sonra Sloveniya, Norveç, Polşa, İrlandiya, Andorra, Bosniya və Herseqovina, Ermənistan, Niderland, Finlandiya, Rumıniya, Rusiya və Yunanıstan nümayəndələrinin çıxışları dinlənilib. Azərbaycanla yanaşı İsrail, Norveç, Polşa, Bosniya və Herseqovina, Ermənistan, Finlandiya, Rumıniya, Rusiya və Yunanıstan təmsilçiləri də final məhrələsinə adını yazdırıb.
52 ildir keçirilən Avrovizion Beynəlxalq mahnı müsabiqəsi Avropanın 40 dan çox ölkəsinə yayımlanıb. Azərbaycanda isə bu musiqi həyacanını milyonlarla tamaşaçıya canlı olaraq İctimai Televiziya yaşadıb. Qeyd edək ki , müsabiqənin İkinci yarımfinal mərhələsi mayın 22-də, final isə mayın 24-də Bakı vaxtıyla gecə saat 12-də keçiriləcək. Final mərhələsinin püşkatmasına əsasən Azərbaycan 25 iştirakçı arasında 20 yerdə çıxış edəcək. Yarımfinalda odluğu kimi Azərbaycan təsmilçilərinin finalda da uğurla çıxış edəcəyinə inanırıq. /İctimai TV/

 

 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi