KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI [23
fevral 2009]
Bu gün səhər Sumqayıt şəhəri
9-cu mikrarayon ev 12 mənzil
71-də qaz sızmasından partlayış
baş verib. Səhər saatlarında
baş verən qəza nəticəsində adı
çəkilən mənzilin sakini 22 yaşlı
Rəna Cəfərova yanıq xəsarətləri
alıb. O, Sumqayıt şəhər travmatoloji
xəstxanasına yerləşdirilib.
«Carçı»-nın hadisə yerində olan
əməkdaşı Vüqar Nəzərovun verdiyi
məlumatına görə partlayış mənzilin
mətbəxində olub. Hazırda hadisə
yerində Fövqəladə Hallar Nazirliyinin
əməkdaşları araşdırma aparır.
*****************
Bakının Bülbülə qəsəbəsi, 1-ci
Mədən yaşayış sahəsində,16 aşlı
Şöhrət Həsənov münaqişə zəminində
qonşususu, 27 yaşlı Kamal İsmayılovu
bıçaqla qətlə yetirib. Şöhrət
Həsənov Suraxanı rayon 31-ci
polis bölməsinin əməkdaşları
tərəfindən həbs olunub
*****************
Binəqədi rayonunda da bıçaqlanma
hadisəsi qeydə alınıb. Ziya
Bünyadov prospektində, Astara
rayon sakini, 22 yaşlı Tusif
Talıbov münaqişə zəminində,
həmyerlisi, 23 yaşlı Rahim Babayevə
bıçaqla xəsarət yetirib. İlkin
araşdırma zamanı məlum olub
ki, hər iki şəxs qohumdur. Az
miqdarda pul mübahisəsi qohumlar
arasında mübahisəyə, sonradan
isə qeyd olunan cinayət hadisəsinin
törədilməsinə səbəb olub.
*****************
Yasamal rayonu Şərifzadə küçəsində
də oxşar hadisə baş verib. Bakı
şəhər sakini, 29 yaşlı Vüqar
Ələkbərov münaqişə zəminində,
qohumu, Sumqayıt şəhər sakini,
30 yaşlı Rza Muxtarova bıçaqla
xəsarət yetirib. Vüqar Ələkbərov
tutulub.
*****************
Fevralın 22-də axşam saatlarında
Xızı rayonunu ərazisində, Giləzi-Sitalçay
dəmiryol xəttinin qorunan keçidində,
610 saylı Yalama-Keşlə elektrik
qatarıı, Şəmkir rayon sakini,
Nizami Quliyevin idarə etdiyi
«Akkord» şirkətlər qrupuna məxsus
«KamAZ» markalı avtomaşınla
toqquşub. Nəticədə kamazın sürücüsü
hadisə yerində keçinib. Qatarın
1-ci vaqonu isə zərbədən relsdən
çıxıb. Görülmüş tədbirlər nəticəsində,
qatarların hərəkəti bir müddət
sonra bərpa olunub.
*****************
Bərdə rayonunda yol qəzası baş
verib. Ağcabədi-Yevlax yolunda
Zərdab rayon Çallı kənd sakini
32 yaşlı Şəhriyar Muradovun
idarə etdiyi VAZ 21-06 markalı
avtomobil yoldan çıxaraq əks
istiqamətdə hərəkət edən Bərdə
rayon Türkmən kənd sakini 35
yaşlı Xaliq Ləliyevin idarə
etdiyi VAZ 21- 011 markalı maşınla
toqquşub. Nəticədə hər iki sürücü
və VAZ 21011 markalı avtobildə
olan sərnişin- Bərdə rayon Türkmən
kənd sakini 29 yaşlı Elman Məmmədov
yaralanıb. Xəsarət alanlar Bərdə
rayon Mərkəzi xəstəxanasına
yerləşdirilib.
*****************
Bakının Səbail rayonu
Neftçilər prospektində də bir
nəfərin ölmü ilə nəticələnən
yol nəqliyat hadisəsi baş verib.
Bakı şəhər sakini, 19 yaşlı
Elxan Bəkirzadə idarə etdiyi
«Mersedes» markalı avtomobilə
71 yaşlı Səlim Orucovu vurub.
*****************
Paytaxtın Nizami rayonu Qara
Qarayev prospektində, Ağsu rayon
sakini, Sərxan Hacıyev «VAZ-2107»
markalı avtomobili idarə edərkən,
Bakı şəhər sakinləri, Minarə
Məmmədova və onun qızı Təhminəni
vurub. Hadisə nəticəsində Minarə
Məmmədova hadisə yerində ölüb,
xəsarət alan Təhminə isə xəstəxanaya
yerləşdirilib.
*****************
Ümumilikdə ötən gün ərzində
4 nəfərin ölümü, 4-nün yaralanması
ilə nəticələnən 5 yol-nəqliyyat
hadisəsi qeydə alınıb.
*****************
Sabunçu rayonu Bilkəh qəsəbəsi,
Üzeir Hacıbəyov küçəsi döngə
1 ev 20-də yaşayan, 72 yaşlı
Rəfiqə Salahzadənin həyətindəki
hamamda təbii qazın sızmasından
partlayış baş verib. Partlayış
nəticəsində Rəfiqə Salahzadənin
qohumu, Bülbülə qəsəbə sakini,
43 yaşlı Yaşar Babayev həlak
olub.
*****************
Bakı şəhər sakini, İslam Musayevdən
1 ədəd 5 və 1 ədəd 20 manatlıq
saxta əsginazlar aşkar edilərək
götürülüb. Keçirilən əməliyyat-axtarış
tədbirləri nəticəsində, İslam
Musayevin saxta pul hazırladığı
printer, 1000 ədəd kağız aşkar
edilərək götürülüb. Araşdırmalar
zamanı məlum olub Ki, İslam
Musayev qeyd edilən əşiyaları
qohumu Elnur Orucoğlunun həyətində
gizlədib.
*****************
Ümumilikdə həyata keçirilən
əməliyyat-axtarış tədbirləri
nəticəsində ötən gün narkotik
və güclü təsiredici maddələrlə
əlaqədar 3 cinayət hadisəsi
müəyyən edilib.
*****************
Ötən gün ərzində, 1 qəsdən adam
öldürmə, 3 qəsdən sağlamlığa
ağır zərər vurma, 1 soyğunçuluq
kimi ağır inayət hadisəsi də
daxil olmaqla, ümumilikdə 24
cinayət faktı qeydə alınıb.
Həyata keçirilən təxirəsalınmaz
tədbirlər nəticəsində onlardan
13-ü «isti izlərlə» açılıb.
Cinayət törətdiklərinə görə
17 nəfər, o cümlədən 2 nəfərdən
ibarət 1 qrup tutulub. Bu və
ya digər cinayətlərlə bağlı
axtarışda olan 4 nəfər də yaxalanaraq
istintaq orqanına verilib. Ölkədə
kriminogen durum nəzarətdə saxlanılmaqla,
ictimai asayişin qorunması və
ictimai təhlükəsizliyin təmini
istiqamətində tədbirlər davam
edir. Xatırladım ki, Daxili
İşlər Nazirliyinin «102» xidməti
gün ərzində müraciətlərinizi
qəbul etməyə hazırdı. Unutmuyaq
ki, qanun qorumaq və ona riayət
etmək hər birmizin borcudur.
/İctimai TV/
7 oktyabr 2009
“Azərbaycan səhəri”- 06.00
Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən
şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.
2. “Yeni gün”-07.00.
Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin
birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri
çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci
saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu
müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər
dinləyəcəklər.
3. “Nahara qədər” – 10.10
2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı
məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi,
“İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz?
” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə
intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.
4. “Qorqud ata” – 12.00
TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası
ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının
“Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində
Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla
müzakirə ediləcək.
5.“Əyləncə saatı”- 13.10
Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki
saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri,
musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat
veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru)
keçiriləcək.
6. “İşgüzar zaman” – 15.10
Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri,
hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin
Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında
“Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?”
mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə
müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması
təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.
7. “Yol boyu” – 18.10- 20.00
Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli
veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin
birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq.
Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə
dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.
8. “Günün sonu”- 20.20 - 24.00
3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar
çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar
mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun
təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində
dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları
dinləyəcəklər.
Aparıcı: Dilqəm.
Hazırda İctimai radioda 4 departament
fəaliyyət göstərir: