İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 

ALMANİYA KANSLERİ ANGELA MERKEL AVROPALI LİDERLƏRİ BERLİNDƏ TOPLAYIB
[23 fevral 2009]
Böyük İyirmiliyin aprel zirvə görüşü ərəfəsində Almaniya kansleri Angela Merkel avropalı liderləri Berlində toplayıb. Əsas müzakirə mövzusu qlobal maliyyə böhranı və zirvə toplantısına hazırlıqla bağlı olub.
Fransa, İtaliya, İspaniya, Böyük Britaniya, Hollandiya, Çexiya və Lüksembruqlu liderlərlə yanaşı Berlin toplantısında Avropa Komissiyasının sədri Joze Manuel Barrozo və Avropa Mərkəzi Bankının direktoru da iştirak edib. Tədbirin təşəbbüskarı Angela Merkel maliyyə böhranının aradan qaldırılması üçün beynəlxalq maliyyə bazarına nəzarət üzrə qlobal mexanizmin yaradılması təklifi ilə çıxış edib. O, dövlətlərin birja əməliyyatlarına fəal şəkildə müdaxilə etmələrini məqsədə uyğun saydığını bildirib. Kansler deyib ki, Almaniyalı mütəxəssislər bu istiqamətdə təkliflər paketi də hazırlayıb. Onlar arasında «risklər atlası» adlı plan da var. Plan birjalarda ən aşağı göstərici müşahidə olunduğu zaman vəziyyətin sürətli şəkildə duzəlməsi istiqamətində bir sıra tədbirlər görülməsini nəzərdə tutur. Berlində avropalı liderlər qlobal iqtisadiyyatın radikal şəkildə sağlamlaşdırılması üsullarını da müzakirə ediblər. Berlin görüşü müəyyən nəticələrlə yadda qalıb. Avropalı liderlər qlobal maliyyə sisteminin tənzimlənməsi qaydalarına dəyişiklik edilməsi, mövcud iqtisadi böhranla miübarizə aparmaq və gələcəkdə analoji halın baş verməsinin qarşısını almaq barədə razılığa gəlib. Qərara alınıb ki, heç bir maliyyə bazarı, məhsulu və payçısı tənzim və nəzarətsiz qalmamalıdır. Bununla yanaşı liderlər Britaniyanın sərmayə şirkətlərinin tənzimlənməsinə müqaviməti qırmağa nail olub. Qeyd edək ki, Berlin görüşündə əldə olunan nəticələr Avropa birliyinə üzv olan digər dövlətlərin liderləri ilə də razılaşdırıldıqdan sonra hüquqi qüvvəyə minəcək. /İctimai TV/

 

 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi