İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 

BALAKƏN RAYONUNUN KATEX KƏNDİ AZƏRBAYCANIN QƏDİM YAŞAYIŞ MƏSKƏNLƏRİNDƏNDİR
[23 fevral 2009]
Balakən rayonunun Katex kəndi Azərbaycanın qədim yaşayış məskənlərindən biri kimi tanınır. Xaldan-Balakən magistralı üzərində yerləşən kənd ərazisində 5-7-ci əsrlərə aid Qala divarları, 17-18-ci əsrlərə aid gözətçi qüllələri və qalalar, həmçinin 18-ci əsrə aid İslam elmi mərkəzi tarixi-memarlıq abidəsi kimi qorunur. Bu yaxınlarda Katexdə daha bir tarixi abidə aşkarlanaraq tədqiqatçıların ixtiyarına verilib.
Katex kəndinin Gedobqara obasındakı mədrəsə binasının divar daşları üzərində piktoqramların, yəni şəkilli yazıların aşkarlanması təsadüfi xarakter daşısa da, bu, tariximiz üçün yeni bir səhifənin başlanğıcı hesab olunur. Qobustan qayaları üzərindəki şəkil və yazılarla oxşarlıq təşkil edən piktoqramlar sakinlərin marağına səbəb olduğundan buraya yerli mütəxəssislər dəvət edilib. Ilkin araşdırmalar əsasən mədrəsə binasının hicri təqvimi ilə 1315-ci ildə inşa olunduğu, piktoqramların isə eramızdan əvvəllərə təsadüf etdiyi təsdiqlənib.Tarixçi Akif Məmmədlinin dediklərinə görə Katex kəndində aşkar edilən bu tarixi abidə tariximizin yeni bir səhifəsidir. Kəndin yuxarısındakı Şişdağın zirvəsində siklopik tikililər və ibtidai insanların nəhəng daş qayalarından tikdiyi qalalarda da belə təsvirlərlə qarşılaşmaq mümkündür. Böyük ehtimalla qayalardan qopan daş parçalarından Mədrəsə binası tikilərkən istifadə olunub.
Tarixi mənbələrə əsasən piktoqrafik yazılar mezolit dövründən eramızın əvvəllərinə kimi istifadə olunub. Katex mədrəsəsinin divarları üzərində günəşlə-ay, dağ təkəsi, eləcə də digər maraqlı rəsmlərə təsadüf olunur. Bunların elmi əsaslarla öyrənilməsinə isə mütəxəssislər cəlb edilməlidir. Sakinlər Katex kəndinin tarixi abidələrlə zəngin olduğunu və ərazinin tarixi-memarlıq qoruğu kimi adlandırılmasını məqsəduyğun hesab edir.
Geoloqlar Katex çayının mənbəyindən elmdə vulkanik şüşə-obsidium, el arasında isə dəvəgözü adlanan daşdan alətlər aşkar edib. Tarixi mənbələrə görə, ibtidai insanların ən mükəmməl əmək alətləri bu daşlardan hazırlanıb. /İctimai TV/

 

 

 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi