İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 

KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[25 fevral 2009]
Mingəçevir şəhərində qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, 24 yaşlı Oqtay Fətəliyev münaqişə zəminində həmyerlisi 23 yaşlı Seymur Qocayevi bıçaqla öldürüb. Hadisəni törədən şəxs tutulub.

Bakıda dekabrın 10-da itkin düşən şəxsin meyidi tapılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Zığ qəsəbə sakini 51 yaşlı İbadulla Abdullayevi qətlə yetirənlərin Gürcüstan vətəndaşı Fərman Musayev və Şakir Əliyev olduğu müəyyənləşdirilib. Onlar öldürdükləri İbadulla Abdullayevİ Qum Adası ərazisində torpağa basdırıb. Cinayətdə təqsirləndirilən şəxslər tutulub. Qətlin balta ilə törədilməsi aşkarlanıb.
**
Paytaxtın Nərimanov rayonunda isə Bakı sakini 23 yaşlı Elçin İsmayılov münaqişə zəminində 21 yaşlı Zaur Babayevə bıçaqla xəsarət yetirib. Hadisəni törədən şəxs yaxalanıb.
**
Mingəçevir şəhərindəki 12 saylı orta məktəbə partlayıcı maddə qoyulması barədə xəbər təsdiqini tapmayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində polis idarəsinə zəng edərək bu barədə yalan məlumat verən şəxsin məktəbin 10-cu sinif şagirdi olduğu müəyyən edilib. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terror aktı barədə bilə-bilə yalan məlumat vermə maddəsi ilə cinayət işi açılan həmin şəxs yaxalanaraq istintaqa cəlb olunub.
**
Bu gecə Abşeron rayonunda Bakı sakini Camal Babaşovun «Mersedes» markalı avtomobilində yanğın baş verib. Nəticədə bütövlükdə avtomaşının yanar konstruksiyaları yanıb. Faktla bağlı araşdırma aparılır.
**
Bakıda heroin satan şəxs yaxalanıb. Saxlanılan 51 yaşlı Məhəmməd Muradovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun evində yaşayan Qazax sakini 44 yaşlı Vüqar Bayramovdan da narkotik vasitə olan heroin götürülüb. Paytaxtın Yasamal rayonunda Bakı sakini 66 yaşlı İlham Tarverdiyevdən isə 1 kiloqram 29 qram tiryək götürülüb.
**
Ümumilikdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün narkotik və güclü təsiredici maddələrlə əlaqədar 16 cinayət hadisəsi müəyyən edilib, silah, döyüş sürsatı və partlayıcı maddələrlə bağlı 5 fakt aşkarlanıb.
**
Ötən gün ərzində, 2 qəsdən adam öldürmə, 1 qəsdən sağlamlığa ağır zərər vurma, 2 soyğunçuluq, 4 xuliqanlıq kimi ağır inayət hadisəsi də daxil olmaqla, ümumilikdə 47 cinayət faktı qeydə alınıb. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində onlardan 32-si «isti izlərlə» açılıb. Cinayət törətdiklərinə görə 42 nəfər, o cümlədən 7 nəfərdən ibarət 3 qrup tutulub. Bu və ya digər cinayətlərlə bağlı axtarışda olan 10 nəfər də yaxalanaraq istintaq orqanına verilib. Ölkədə kriminogen durum nəzarətdə saxlanılmaqla, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini istiqamətində tədbirlər davam edir. Xatırladım ki, Daxili İşlər Nazirliyinin «102» xidməti gün ərzində müraciətlərinizi qəbul etməyə hazırdır. Unutmayaq ki, qanun qorumaq və ona riayət etmək hər birmizin borcudur. /İctimai TV/


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi