İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
ƏSAS SƏHİFƏ / İqtisadiyyat

BANKIN PULUNU QAYTARMAYANLARIN ÖLKƏDƏN ÇIXIŞINA QADAĞA QOYULA BİLƏR
[24 fevral 2009]
Azərbaycanlı bankirlərini daha çox kredit bazarının vəziyyəti maraqlandırır. Kredit qaytarmayan müştəriyə qarşı nə etmək lazımdır. Ölkə bankirləri xaricə köçən müştərini hədələməkdən tutmuş onu xaricə buraxmamağa qədər ən müxtəlif variantlar təklif edirlər. Bəzi hallarda kreditlərin qaytarılmamasına ən müxtəlif sahələrdəki problemlər səbəb olur.
Azərbaycan banklarında kreditlərin qaytarmasıyla problemlər nə vaxt baş verir. Bankirlərin sözlərinə görə, bəzən müştəri məsuliyətsizlik edir, bəzən iş yerini itirir və ya gəlirləri azalır. Belə olanda bankirlər nə etməl olduqlarını bilirlər – intizamsız müştərinin evinə zəng edilir, onun yaxınldarı ilə əlaqə saxlanır, və nəhayət özü ilə görüşmək lazım gəlir.
bəzən kreditin qayıtmamasına bədbəxt hadisə səbəb olur – banklar yaxın adamın vəfatı, xəstəlik və qəzaya belə yanaşırlar. amma problemin yaranması hələ kreditin batması deyil, əsas məsələ ondan sonra kreditin qayıtmasına nail olmaqdır.
Amma burda hər şey banklardan və müştəridən asılı deyil. Bəzən müxtəlif, yəni ilk baxışdan bankla heç bir əlaqəsi olmayan sahələrdə baş verən proseslər də kreditlərin qayıtasında problem yaradır. Məsələn, bankirlər bildirirlər ki, avtomobil kreditlərində yaranan problemlərin bir hisəsi maşının bir addan başqasına keçirilməsinin çətnliyi ilə bağlıdır. Nəticədə müştərilərin əksəriyəti kreditə götürdüyü maşını etibarnamə ilə satmağa üstünlük verir. Bu da ona səbəb olur ki, bank maşının növbəti sahibinin kim olacağını, onun krediti ödəyib ödəməyəcəyini qiymətlənldirə bilmir. Belələri isə adətən krediti yarımçıq kəsirlər və s. Banklar isə pulu avtomobilin ilk sahibindən tələb edir. Buna görə də bankirlərin ən böyük istəyi maşınların da məsələn ev kimi, alqı-satqı ilə atılmasıdır. Geniş yayılan hallardan biri də krediti götürən müştərinin ölkəni tərk edib xaricə köçməsidir. Bankirlərin sözlərinə görə, onlarla mübarizə aparmağın ən yaxşı yolu, həmni şəxslərin banka borcu olduğu barədə onun yeni ölkəsinə xəbər verməkdir. Müştəri ona vətəndaşlıq verilməyəcəyindən narahat olanda həmin pulu ödəyir.
Ümumiyətlə, bəzi xarici ölkələrdə, məsələn, Rusiyada banka borcunu mütəmadi olaraq ləngidən müştərilərin xaricə çıxışına icazə verilmir. Beynəlxalq Maliyyə Kororasiyasının mütəxəssisi Qart Bedfort bildirir ki, bu qayda Azərbaycanda da tətbiq oluna bilər, bir şərtlə ki, müştərilərin hüququ haqsız yerə pozulmasın: «Bəzi ölkələrdə borcunu qaytarmayanı, krediti ləgidəni xaricə buraxmırlar. Əgər düzgün şəkildə həyata keçirilərsə, yəni əgər müştərinin də hüquqları pozulmazsa, onda bu Azərbaycanda da tətbiq oluna bilər. Yəni bankın əlində müəyyən imkan olmalıdır ki, ona borcu olan vətəndaşın ölkədən çıxması barədə məlumat alsın və yaxudda onun qarşısını ala bilən mexanizm olsun, bir şərtlə ki, müştərinin də hüququ qorunsun».
Maliyə böhranı dövründə kredit risqləri bir qədər də artır. Gəlirlərin azalması, şirkətlərin problemləri kreditlərin qaytarılmasında problemlər yaradır, təsadüfi deyil ki, böhran başlayandan bəri problemli kreditlərin həcmi 5-10 % artıb. Bu il həmin rəqəmin daha çox artacağı gözlənilir. Buna görə də banklar kredit verəndə ehtiyatlı olmalıdırlar: «Banklar öz kredit siyasətlərinə yenidən baxmalıdırlar, əvvəllər onlar hamıya rahatlıqla kredit verirdilərsə, indi yaxşı-yaxşı seçməlidrlər ki, kimə kredit verirlər və necə kredit verirlər».
Bununla yanaşı, xarici mütəxəssislərin sözlərinə görə, böhranın Azərbaycan banklarına təsiri başqa ölkələrdə, məsələn qazaxıstandakı kim olmayacaq. Çünki Azərbaycan banklarının kifayət qədər likvidliyi var və dövlətin bu sahəyə yardım proqrammı da bu sahəyə çox kömək edəcək.


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi