İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
ƏSAS SƏHİFƏ / İqtisadiyyat

BÖHRAN IŞ ADAMLARININ FƏALIYYƏTINƏ DƏ TƏSIR EDIB
[24 fevral 2009]
Maliyyə böhranı azərbaycanlı iş adamlarının fəaliyyətinə müxtəlif cür təsir edib. Yerli şirkətlər ölkədə istehsalla bağlı çətinlik yaşamasalar da, xaricə ixrac etdikləri məhsulların satışının azalmasından şikayətlənirlər.
Bakıdan 500 kilometr məsafədə yerləşən «Tovuz-Baltiya» şirkəti istehsal etdiyi məhsulların 95 %-ni faizini xaricə satır. Şirkətin məhsulları İsveçrə, Almaniya, Rusiya, hətta Yaponiya da daxil olmaqla 18-dən çox xarici ölkəyə göndərilir. Amma böhran bu sahəyə də təsir edib. Şirkətin sahibi Naiq Məmmədhəsənovun sözlərinə görə, «TovuzBaltiya» böhranın təsirini Ukraynada hiss edib: «Ukraynada yerli valyuta dollarqarşsında 2 dəfə qiymətdən düşdüyünə görə, bizim əvvəlcədən razılaşdırdığımız qiymətlə məhsulumuzu bazarda satmaq mümkün olmadı və Ukraynaya göndərdiyimiz məhsulun satışını müvəqqəti olaraq dayandırdıq».
Amma hətta böhran da Rusiyada spirtli içkilərə tələbatı azaltmayıb. Şirkət Moskva bazarından böyük həcmdə sifariş alıb, özü də yaxşı şərtlərlə. Aptıq bu günlərdə Moskvaya konyak göndəriləcək.
«Gilan-lift» şirkəti isə böhranın təsirin həm daxili həm də xarici bazarda hiss edib. Əvvəla, böhran nəticəsində şirkətə lift sifariş verən Qazaxıstan tərəfi ödəməni ləngidir. Bundan başqa, ölkə daxilində tikintilərin azalması da liftlərə tələbatı azaldıb. Əvəzində avronun manat qarşısında zəfiləməsi liftin qiymətini aşağı salıb. Şirkətin direktoru Fikrət Məmmədov bildirir ki, avronun manat qarşısında ucuzlaşması nəticəsində əvvəllər 27-28 min manat olan lift indi 23 min manatdır.
Tikinti sektorundakı vəziyyət yük maşınları və texnikaya tələbatı azaldıb. 2000-ci ildən Belorusun «Maz» avtomobil zavodu ilə əməkdaşlıq edən və ölkəyə yük avtomobili, traktor və onların ehtiyat hissələrini gətirən şirkət də böhranın təsirini özündə hiss edib. «Maz» avtomobil şirkətinin Azərbaycandakı təmsilçisi Ramiz Səfərov bildirib ki, böhranla əlaqədar avtomobillərin satışı təqribən 60 % azalıb, əvvəllər 100 maşın satılan dvrdə indii 30 avtomobil satmaq olur.


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi