İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
ƏSAS SƏHİFƏ / İqtisadiyyat

BELARUS MƏHSULLARI BAKIDA
[24 fevral 2009]
Azərbaycanla Belarus iqtisadi sahədə əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Bu məsələ Minsk vilayəti sahibkarlarının Bakı səfərində müzakirə olunub. Belarus iş admmları azərbaycana 100-lərlə çeşiddə mal - ucuz və keyfiyətli ərzaq, «Maz» avtomobilləri və təbii ki, «Minsk» soyuducuları təklif edirlər.
Son illər xarici mallara çox vərdiş etsək də, keçmiş sovet respublikalarında buraxılan bəzi mallar keyfiyyətdə onlardan geri qalmır. Özü də söhbət təkcə ərzaq və şirniyyatdan yox, həm də texnika və avadanlıqdan gedir. Keçmiş sovet keyfiyyətini bu dəfə Belarus zavodları yada saldı. Minsk vilayəti sahibkarlarının azərbaycanlı iş adamlarıyla görüşündə Belarusun münasib qiymətə yüzlərlə çeşiddə malı nümayiş olunurdu. Onların onların arasında ən ucuzu konfetlərdir - kilosu 1 manat 84 qəpiyə. Belarus iş adamı Sergey Oderenko Bakıya ərzaq, şirniyyat, ət məhsulları, konservlər, trikotac və s. gətirdiyini bildirir, özü də zavod qiymətinə. Kombinatın direktor müavini Vladimir Komar isə bildirir ki, onun müəssisəsi Azərbaycana 600 adda məhsul təklif edir: «ekoloci cəhətdən təmiz qablaşdırılmış hazır yeməklərdən başlayaraq cemlərə, şirələrə qədər. Meşə giləmeyvələrindən təbii şirələr hazırlanır, hansı ki, sizin ölkədə bitmir».
İndi Azərbaycandan Belorusa kənd təsərrüfatı malları, Belorusdan Azərbaycana isə həm kənd təsərrüfatı məhsulları, həm də ağır sənaye malları, məsələn «Maz» avtomobilləri gətirilir. Belorusda Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov bildirir ki, artıq imzalanmış ikiərəfli müqavilələrə görə, Belarusdan Azərbaycana avtomobillər, Minsk Traktor Zavodunun istehsal etdiyi mallar, «Mogilyov liftmaş» zavodunun malları gəlməlidir: «Kənd təsərüfatı malları gələcək Azərbaycana. Yağ, pendir, kolbasa, yəni bir neçə müqavilələr bağlanıb».
Burda vaxtilə Bakıda məşhur olan «Minsk» soyuducularını da görmək olar. Hərçənd indi onlar sovet soyuducularından çox, xarici mallara oxşayır. Belələrini 300-600 manata almaq olar. Belarus paltaryuyanlarını isə 300 manata almaq olar.
Ümumiyyətlə keçmiş sovet respublikalarının əksəriyyətindən fərqli olaraq Belarus öz istehsal müəssisələrini qoruyub saxlaya bilib. Artıq görüşün ilk nəticələri var. Yaxın vaxtlarda Bakıda Belarusun yeni şrkətləri işə başlayacaqlar.


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi