İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
ƏSAS SƏHİFƏ / İqtisadiyyat

SAHİBKARLARA AYRILAN GÜZƏŞTLİ KREDİTLƏRDƏ DƏYİŞİKLİKLƏR VAR
[24 fevral 2009]
Yeri gəlmişkən, prezident bildirib ki, Sahibkarlığa Kömək Milli Fondundan ayrılan kreditlərin həcmi artırılacaq. Amma fondla bağlı gözlənilən dəyişikliklər bundan ibarət deyil. Sahibkarlara güzəştli kreditlərin verilməsinin asanlaşdırılması da gözlənilir. Hər halda İqtisadi İnkişaf Nazirliyi (İİN) Sahibkarlığa Yardım Milli Fondundan sahibkarlara ayrılan kreditlərin şərtlərinin sadələşdirilməsi barədə təkliflər hazırlayıb.
Sahibkarlara Yardım Fondundan ayrılan kreditlərin şərtləri dəyişdiriləcək. Bu barədə təklifləri İİN hazırlayıb. Nazir Şahin Mustafayevin sözlərinə görə, bu təkliflərdə kreditin maksimum məbləğinin indiki 3 milyon manatdan 5 milyon manata qaldırılması nəzərdə tutulur. Ən maraqlı yenilik isə kreditin maksimal faiz dərəcəsinin arağı salınması və onun müddətinin dəyişdirilməsinə aid olacaq. Qeyd edək ki, indi fondun kreditləri illik 7 %-lə verilir, bunun 1 % Fondun özünə, 6 % isə banka çatır. Bundan başqa, fonddan kredit almaq üçüen layihələrin veridməsi qaydası da dəyişəcək. Təklif olunan qaydaya görə, kredit almaq istəyənlər bunun üçün banka müraciət edəcək. Banklar bu işə kredit ayırıb ayırmamaq barədə qərarlarını 15 günə deməlidirlər. Layihə bankda bəyənilsə, öz növbələrində fonda müraciət edəcəklər. Ümumilikdə ərizə verilməsindən fondun cavabına qədər tələb olunan müddət 28 gündən artıq olmayacaq. Qeyd edək ki, Sahibkarlığa Yardım Fondunun kreditləri güzəştli şərtlərlə olduğuna görə, sahibkarların əksəriyyəti burdan kredit almaq istəyir. Amma nazir Şahin Mustafayev bildirib ki, kredit ayırmaq üçün layhələr seçiləndə real layihələrə üstünlük veriləcək. Yəni təqdim edilən layihədə onun necə işləyəcəyi barədə biznes planlar da olmalıdır. Sahibkarlara bu işdə nazirlik özü kömək edəcək – bunun üçün seminarların keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu il SKMF-dan sahibkarlara 120 milyon manat krkedit ayrılması nəzərdə tutulur. Bunun 80 milyonu dövlət büdcəsindən ayrılacaq, 40 milyon manat isə əvvəllər verilən kreditlərin qaytarılmasından toplanıb.


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi