İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
ƏSAS SƏHİFƏ / İqtisadiyyat

GÖMRÜK PROSEDURLARI DƏYİŞƏCƏK
[24 fevral 2009]
Azərbaycanın gömrük sistemində maraqlı yeniliklər gözlənilir. Bundan sonra Azərbaycana mal gətirən şəxslər ölkəyə «qırmızı», «yaşıl» və «sarı» dəhlizlərdən keçməli olacaqlar. Azərbaycanda gömrük tarifləri sisteminin 7 pillədən 3 pilləyə endirilməsi gözlənilir. Bundan başqa, dünya ticarət təşkilatının tələblərinə uyğun olaraq yeganə yığım – yəni optimal məbləğin üzərində işlər aparılır.
Azərbaycanın gömrük sistemində maraqlı yeniliklər gözlənilir. Bundan sonra azərbaycana mal gətirən şəxslər ölkəyə qırmızı, yaşıl və sarı dəhlizlərdən keçməli olacaqlar. Bu barədə Azərbaycan Türk İş Adamları Birliyində (ATİB) keçirilən görüşdə Dövlət Gömrük Komitəsinin nümaynədəsi Mail İbrahimov bildirib. Komitənin nümaynədəsi bildirib ki, dəhlizlərin tətbiqi gömrük sistemində bir pəncərə prinsipinə əsaslanır və ölkəyə gətirilən məhsullarla bağlı risqlərin azaldılması üçündür. Beləliklə, ölkə ərazisinə gələnlər üçün «qırmızı», «yaşıl» və «sarı» dəhlizlər tətbiq olunacaq. Ölkəyə gətirilən malın hansı dəhlizə yönəldiləcəyi bu mallar haqqında məlumatlardan asılı olacaq. Belə ki, qanuna əsasən, ölkəyə mal gətirilməzdən əvvəl gömrük orqanı bu barədə məlumatlandırılmalıdır. Bu məlumatdan sonra düsturlar və riyazi hesablamalardan istifadə edərək bu mal barədə tam məlumat əldə edilir. Ölkəyə gətirilən malın hansı dəhlizə yönəldiləcəyi bu mallar haqqında məlumatlardan asılı olacaq. Qaçaqmalçılıq və digər qanun pozuntuları pozuntuları aşkar olunsa, həmin mal və nəqliyyat vasitəsi qırmızı dəhlizə yönəldiləcək. Əgər ölkəyə gətirilən mallar bağlı heç bir problem olmasa, mal və nəqliyyat vasitəsi qısa müddətdə gömrük məntəqəsindən keçəcək. Komitə təsmisi bildirib ki, əvvəllər iş adamları sərhədi keçəndə vaxt itirirdilər, bu dəyişikliklər sayəsində isə sərhəddən keçmək vaxtı minimuma endiriləcək. Yəni malların sərhədi keçməsi maksimum 20 dəqiqə çəkəcək. Malların ölkəyə gətirilməsi və ölkədən çıxarılması bu qayda ilə baş verəcək. Eləcə də tranzit əməliyyatları bu qaydalara əsasən həyata keçiriləcək. Gömrük Komitəsinin nümaynədəsi bildirib ki, indi bu dəhlizlərin tikilməsi prosesi gedir. Komitənin nümayəndəsi Rüfət Elçiyev isə bildirib ki, azərbaycanda gömrük tarifləri sisteminin 7 pillədən 3 pilləyə endirilməsi gözlənilir. Bundan başqa, dünya ticarət təşkilatının tələblərinə uyğun olaraq yeganə yığım – yəni optimal məbləğin üzərində işlər aparılır.


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi