İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
ƏSAS SƏHİFƏ / İqtisadiyyat

BÖHRAN XARİCDƏKİ DAŞINMAZ ƏMLAKI UCUZLAŞDIRIB
[24 fevral 2009]
Dünyadakı böhran xaricdə daşınmaz əmlakıvn ucuzlaşmasına səbəb olub. Rusiyada obyektlər 2 dəfə, Ukraynada isə 3 dəfə ucuzlaşıb. Bu sahədə çalışan ekspertlər bildirir ki, indi xaricdən obyekt almağın əsl vaxtıdır. Özü də təkcə böhranda deyil. Xaricdən obyekt almaq istəyənlər məsələn, olimpiya oyunlarının nə vaxt və harda keçiriləcəyini də izləmək lazımdır.
Dünyadakı maliyyə böhranı, vəsait qıtlığı və bundan sonra proseslərin necə olacağı barədə qeyri-müəyyənlik nəticəsində xaricdə kommersiya obyektləri ucuzlaşmaqda davam edir. Son 1 ildə xaricdə kafe, restoran və mağazaların qiyməti 20-30 faiz aşağı düşüb. Xaricdə daşınmaz əmlak üzrə ekspert-hüquqşünas Sübhan Məmmədov bildirir ki, Bolqarıstanda və Türkiyədə qiymətlər 30%, Rumıniya və Almaniyada 20% azalıb.
Bəzi obyktdlər isə son 1 ildə yarıbayarı ucuzlaşıb. Özü də Avropanın uzaq nöqtələrinə getmək vaxib deyil. İndi qonşu Türkiyədə də kommersiya obyektlərini cəlbedici qiymətə tapmaq olar. Xaricdə daşınmaz əmlak üzrə ekspert Sabir Əliyev bildirir ki, vaxtilə Türkiədə məsələn dəniz sahilində yerləşən 120 min avroluq kafeni indii 85-95 min avroya almaq olar.
Türkiyədə qiymətlərin aşağı düşməsi həm də türk lirəsinin dollar qarşısında ucuzlaşmasıyla bağlıdır. MDB məkanında, daha dəqiqi Rusiyada ucuzlaşma daha sürətlə gedir. Rus pulunun dollar və avroya qarşısında qiymətdən düşməsi burada kommersyia obyektlərinin qiymətini yarıbayarı azaldıb. Məsələn Moskvada obyektlər 50 faiz ucuzhlaşıb. Orda 1-1,2 milyon dollara satılan obyektləri indi 600 min dollara almaq olur.
Ukraynada isə obyektləri əvvəlki qiymətindən 3 dəfə ucuz almaq mümkündür. Səbəbi də bu ölkədəki, az qala katastrofik iqtisadi vəziyyətdir. Avropada obyektlər Rusiya və Ukraynadakı kimi kəskin ucuzlaşmayıb. Əksitnə bəzi ölkələrdə qiymətlərin artacağı gözlənilir. Və bundan yaxşı biznes etmək olar. Məsələn, 2012-cü ildə Olimpiya oyunları Böyük Britaniyada keçiriləcəyinə görə, qarşıdakı 5 ildə Londonda qiymətlərin 40 faiz artacağı gözlənilir. Buna görə də investorlar daha çox bu ölkədə obyekt almağa maraq göstərirlər. Sabir Əliyev: «soruşsanız ki, bu dəqiqə Azərbaycan alıcısı, sərmayəçisi üçün daşınmaz əmlakın alınması üçün ən əlverişli şərait hardadır, mən yenə də deyərəm Britaniya, London, London».
Bu gün həmyerlilərimizi xaricdə obyekt alması üçün əlverişli şərait yaradan amillərdən biri də avro ilə manatın məzənnələrinin bərabərləşməsidir. Yeri gəlmişkən, azərbaycanlı sahibkarlar xaricdə orta qiymətə rejissor studiyası, istehsalat müəssisəsi, otel nomrələri, kafe və mağazalara maraq göstərirlər.


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi