İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
ƏSAS SƏHİFƏ / İqtisadiyyat

YAŞAYIŞ BİNALARININ ALTINDAKI OBYEKTLƏRİN İŞİNDƏ DƏYİŞLİKLİK OLMAYACAQ
[25 fevral 2009]
Yaşayış binaların altındakı obyektlər bundan sonra da kommersiya və sahibkarlıq məqsədilə istifadə oluna bilər və bununla bağlı hansısa qanunda heç bir dəyişiklik nəzərdə tutulmayıb. Bu barədə dövlət əmlak komitəsi bəyan edir. Son vaxtlar mənzil məcəlləsinin müzakirəsi ilə bağlı yayılan məlumatlara münasibətini açıqlayan komitə bəyan edib ki, mənzil məcəlləsinin müddəaları qeyri yaşayış sahələrinə şamil olunmur. Ümumilikdə isə məcəlləyə görə, hətta adi mənzillərdən də obyekt kimi istifadə etmək olar.
Yaşayış binaların altındakı obyektlər bundan sonra da kommersiya və sahibkarlıq məqsədilə istifadə oluna bilər və bununla bağlı hansısa qanunda heç bir dəyişiklik nəzərdə tutulmayıb. Bu barədə Dövlət Əmlak Komitəsi bəyan edir. Məsələ bundadır ki, son vaxtlar parlamentdə Mənzil Məcəlləsinin müzakirəsi, və bu müzakirələrdə səslənən bəzi təkliflərdən sonra yaşayış binalarındakı obyektlərin kommersiya məqsədilə istifadəsinə qadağa qoyulacağı ilə bağlı məlumatlar yayılmağı başlayıb. Bu həm indi həmin obyektlərdə iş quran sahibkarların, həm də bunu etməyi planlaşdıran iş adamlarının narahatlığına və çaşqınlığına səbəb olub. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi bu məsələlərə aydınlıq gətirib. Komitənin hüquq şöbəsi bəyan edir ki, əvvəla Mənzil Məcəlləsi yalnız yaşayış sahələrinə, yəni mənzillərə aid məsələləri tənzimləyir. Bu sənədin tələbləri qeyri yaşayış sahələrinə, yəni obyektlərə şamil olunmur. Komitənin hüquq şöbəsinin rəis müavini İlqar Hüseynov: «İndi müzakirə olanan mənzil məcəlləsinin layihəsinin müddəaları dövlət mülkiyyətində olan qeyri yaşayış sahələrinin özəlləşdirilməsinə icarəyə verilməsinə və özəlləşdiriləndən sonra komersiya məqsədilə istifadə edilməsinə şamil olunmur»
Burda qeyd etmək yerinə düşər ki, qanuna görə, yaşayış binasındakı mənzillər «Mənzil fondunun özəlləşdirilməsi haqqında» qanunla, qeyri yaşayış sahələri, yəni obyektlər isə «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» qanunla özəlləşdirilir. Yəni eyni binadakı mənzillərin və kommersiya obyektlərinin statusu tamamilə başqa qanunlarla tənzimlənir və bunların biri–birinə aidiyatı yoxdur. Elə özəlləşdirmə haqqında qanun əsasında son 5 ildə ölkədə 11500-dən artıq kiçik dövlət müəssisəsi və obyekti özəlləşdirilib. Bu proses indi də davam edir. Həmin obyektlərdən qanuna uyğun istifadə olunmasına nəzarəti də Dövlət Əmlak Komitəsi həyata keçirir. Son vaxtlar yayılan məlumatların əksinə olaraq komitədə bildirirlər ki, bu obyektlərin sahibkarlıq və kommersiya məqsədilə istifadəsiylə bağlı heç bir məhdudiyyət və dəyişiklik nəzərdə tutulmayıb: «Xüsusilə vurğulanmalıdır ki, istər indiyədək özəlləşdirilmiş, istərsə dəözəlləşdirilməsi nəzərdə tutulan, istər hal hazırda, icarədə olan yaşayış binalarında yerləşən dövlət qeyri-yaşayış sahələrinin kommersiya və sahibkarlıq fəaliyyəti üçün istifadə edilməsi hər hansı qanunla məhdudlaşdırılmayıb və gələcəkdə də məhdudlaşdırılması nəzərdə tutulmayıb».
Yəni bu sahələr indiyədək necə istifadə olunurdusa, iş adamları bundan sonra da onlardan eyni formada istifadə edə biləcəklər. Yəni bu məsələdə dəyişiklik yoxdur. Üstəlik Mənzil Məcəlləsinin layihəsinə görə, hətta yaşayış mənzilləri də sahibkarlıq və kommersiya məqsədilə istifadə oluna bilər. Bir şərtlə ki, bu qonşulara mane olmasın, onlara bir narahatlıq yaratmasın. Məcəllənin «Yaşayış sahəsinin təyinatı və ondan istifadə etmək hüdudları»na aid olan 14-cü müddəsində bildirilir ki, «yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmni yaşayış sahəsindən peşə fəaliyyəti və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir, o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilən tələbləri pozmasın».


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi