İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
ƏSAS SƏHİFƏ / İqtisadiyyat

BİRİNCİ MƏRTƏBƏDƏ EV SƏRFƏLİDR
[25 fevral 2009]
Son illər Azərbaycanda, xüsusilə Bakının daşınmaz əmlak bazarında baş verən ən böyük dəyişikliklərdən biri də birinci mərtəbədəki mənzillərin obyektlərə çevrilməsidir.
Sovet vaxtı, hətta ondan sonrakı bir neçə ildə də əhalinin maraq göstərmədiyi, birinci mərtəbələr indi ən yaxşı ərazilər sayılır. Son illər birinci mərtəbədəki mənzillərin obyektə çevrilməsi imkanları bu mənzillərə tələbatı, və onların qiymətini kəskin artırıb. Xüsusilə küçəyə baxan mənzillərin obyektə çevrilməsi adi hal alıb. Daşınmaz əmlak bazarıyla məşğul olan ekspertlər bildirir ki, indi obyektə çevirmək imkanı olan mənzillərin 80 faizi artıq obyekt kimi işləyir. Vəziyyəti nəzərə alan tikinti şirkətləri də yeni tikilən binaların ilk mərtəbələrini obyekt kimi satırlar.
Belə mənzili olanların əksəriyyəti hətta evini kirayəyə verməklə də yaxşı pul qazana bilirlər. Buna görə də, birinci mərtəbədəki mənzillərin qiyməti başqa mərtəbələrə nisbətən baha olur. Mənzilin yerləşdiyi ərazidən asılı olaraq qiymət fərqi 20 faizdən bir neçə dəfəyədək arta bilər. Adi mənzillərin obyektə çevrilməsi üçün əvvəlcə müvafiq orqanlardan razılıq alınmalı, sonra isə həmin mənzil obyekt formasında təmir olunmalıdır. Təmirin keyfiyətindən asılı olaraq hə hər kvadratmetrə 250 manatdan 430 manatadək pul xərclənməlidir. Bundan sonra obyektin qiyməti daha da artır. Mənzil insanların gur olduğu, yəni biznes üçün əlverişli yerdədirsə, birinci mərtəbə ilə başqa mərtəbələrin qiymət fərqi daha böyük olur və 3 dəfəyə də çatır. «Əmlak Bazarı İştirakçıları» birliyinin ekspertləri bildirir ki, məsələn Ağa Nemətulla küçəsində əlverişli ərazidə stalin layihəli birinci mərtəbədə yerləşən 60 kvadratmetrlik mənzilin qiyməti 250-300 min dollardlır. Artıq obyektə çevriləndən sonra həmin ərazi 750 min dollara qədər bahalaşıb. Belə obyektin aylıq icarə qiyməti 4-5 min dollar arasındadır. Halbuki həmin ərazidə bu qədər sahəsi olan amma başqa mərtəbədə yerləşən digər mənzilin maksimum qiyməti 90 min dollardır. Onu ən çoxu 500-600 dollara kirayəyə vermək olar. Amma indi indii vəziyyət elə olub ki, nəinki şəhərin mərkəzində hətta məhəllə içərisi ərazilərdə də birinci mənzilləri böyük həvəslə alırlır. Artıq ikinci mərtəbədəki mənzillərin qeyri yaşayışa çevrilməsi proosesi gedir. İndiyədək yaşayış sahəsi kimi kirayəyə verilən belə mənzillərin sahibləri buranı artıq ofis kimi icarəyə verməyə başlayıblar.


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi