İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 

KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[26 fevral 2009]
Şirvan şəhər İsmət Qayıbov küçəsi ev 61-də yaşayan, 20 yaşlı Şəhriyar Cəlalbəyli bıçaq yarası ilə xəstəxanaya gətirilib və orada keçinib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən, Şirvan şəhər sakini, 19 yaşlı Natiq Əsədov tutulub.
Bu gün səhər Göygöl rayonun Səbuhi Hacıyev küçəsində kişi meyiti aşkar olunub. Meyitə baxış keçirən rayon polis şöbəsinin əməkdaşları onun 84 yaşılı Zülfi Şə-bəndiyev olduğunu müəyyən edib. Bölgə müxbirimizin verdiyi məlumata görə Zülfi Şəbəndiyev evinin qabağında, yatdığı döşəyin üzərində aşkar olununb.
Bakının Sabunçu qəsəbəsi ərazisində isə naməlum şəxs, qəsəbə sakini, 34 yaşlı Sevinc Qələmdarovanı bıçaqla hədələyərək içərisində pul, mobil telefon və şəxsi sənədlər olan çantasını ondan alıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Seçinc Qələndərovaya qarşı quldurluq edən Zabrat qəsəbə sakini, 24 yaşlı Bəhlul Yaqubov tutulub.
**
Nəsimi rayonu Səməd Vurğun küçəsində isə naməlum şəxs, Bülbül prospekti ev 90-da yaşayan, 16 yaşlı Cabbar Nəhmədovu bıçaqla hədələyərək mobil telefonunu ondan alıb. Cabbar Nəhmədova qarşı quldurluq edən Bakı şəhər sakini, 32 yaşlı Fərhad Feyzullayev tutulub.
**
Sumqayıt şəhərində də oxşar hadisə baş verib. Şəhərin 17-ci mikrorayon ərazisində, naməlum şəxs, Sumqayıt şəhər sakini, Nuridə Şəmsiyevaya qarşı zor tətbiq edərək içərisində mobil telefon, 70 manat pul, 2 ədəd bankomat kartı və şəxsi sənədlər olan çantasını ondan alıb. Axtarış nəticəsində Nuridə Şəmsiyevə qarşı soyğunçuluq edən Corat qəsəbə sakini, 22 yaşlı Əlibala Salahov sajxlanılıb.
**
Bakının Yasamal rayonu Mətbuat prospektində, müəyyən edilməyən avtomaşınla, Xocalı rayon sakini, 59 yaşlı Züleyxa Dünyamalıyeva vurulub. Xəstəxanaya yerləşdirilən zərərçəkənin həyatını xilas etmək mümkün olmayıb.
**
Ümumilikdə ötən gün ərzində 1 nəfərin ölümü, 4-nün yaralanması ilə nəticələnən 3 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
**
Narkotik vasitə ilə tutulan, Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Elman Əhmədovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində, onun ayrı-ayrı vaxtlarda Bakı şəhər sakinləri 24 yaşlı Ramil Məmmədova və 23 yaşlı Teymur Bağırova qarşı quldurluq etməsi müəyyən olunub. Hər iki quldurluq faktı eyni üsulla törədilib. Belə Ki, Elman Əhmədov əlbir olduğu şəxslərlə zərərçəkənlərin avtomaşınlarına sərnişin qismində oturub müxtəlif istiqamətlərə sürdürmüş, əlverişli məqam tapdıqda isə sürücüləri bıçaqla hədələyərək avtomaşınlarını, pullarını və mobil telefonlarını onlardan alımışlar. Faktla bağlı araşdırmalar davam edir.
**
Lənkəran rayon sakini, Mübariz Əzimov isə narkotik vasitə olan heroin satarkən tutulub. Baxış zamanı onun üzərindən əlavə heroin aşkar edilərək götürülüb.
**
Şirvan şəhər sakini Telman Məmmədov da heroin götürülüb. Telman Məmmədova narkotik vasitəni satan həmyerlisi, əvvəllər məhkum olunan Mussa Musayev də saxlanılıb.
**
Ağcabədi rayonu Aran kənd sakini, Əsmət Kərimovaya məxsus ümumi sahəsi 180 kvm olan 1 mərtəbəli 5 otaqlı evində yanğın baş verib. Alov tez bir zamanda evin yanar konstruksiyalarını və oradakı əşyaları məhv edib. Araşdırmalar aparılır.
**
Ümumilikdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün narkotik və güclü təsiredici maddələrlə əlaqədar 13 cinayət hadisəsi müəyyən edilib, silah, döyüş sürsatı və partlayıcı maddələrlə bağlı 2 fakt aşkarlanıb.
**
Ötən gün ərzində, 1 qəsdən adam öldürmə, 1 zorlama, 3 xuliqanlıq kimi ağır inayət hadisəsi də daxil olmaqla, ümumilikdə 38 cinayət faktı qeydə alınıb. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində onlardan 25-i «isti izlərlə» açılıb. Ötən günlərdən bağlı qalan 5 cinayət faktıda açılıb. Cinayət törətdiklərinə görə 32 nəfər, o cümlədən 4 nəfərdən ibarət 2 qrup tutulub. Bu və ya digər cinayətlərlə bağlı axtarışda olan 7 nəfər də yaxalanaraq istintaq orqanına verilib. Ölkədə kriminogen durum nəzarətdə saxlanılmaqla, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini istiqamətində tədbirlər davam edir. /İctimai TV/

 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi