İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 

KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[28 fevral 2009]
Azərbaycanın Beyləqan rayonunda da cinayət hadisəsi baş verib. 13 yaşlı oğlan həmyaşıdını öldürüb. Daxili İşlər Nazirliyinin məlumatına görə, rayonun Eyvazalılar kənd sakini Oruc Cabbarov ov tüfəngi ilə ehtiyatsız davrandığından həmkəndlisi Xəyal Mirzəyevə atəş açıb. Xəyal Mirzəyev aldığı xəsarətdən keçinib.
**
Bakının Buzovna qəsəbə sakini Ellada Şevçenkonu zorlayan 22 yaşlı Emin Nəcəfov və 26 yaşlı Fariz Balabəyov tutulub.
**
Paytaxtın Maştağa qəsəbəsindəki mağazalardan birində oğurluq olub. Qəsəbə sakini Şahəddin Rəhimovun mağazasından 300 manat pul və danışıq kartları oğurlayan Binə qəsəbə sakini 29 yaşlı Altay Hüseynov tutulub.
**
Xaçmazda 15 yaşlı Elşad Yusifova küt alətlə xəsarət yetirib, mobil telefonunu ondan alan şəxs yaxalanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq edənin Köhnə Xaçmaz kənd sakini 21 yaşlı Fuad Beydullayev olduğu müəyyənləşdirilib.
**
Bakının Xətai rayonunda isə RƏŞAD ƏLİYEV və VAQİF QULİYEVİN mobil telefon, pul və şəxsi sənədlərini oğurlayan Ağdaş sakini 22 yaşlı RUSLAN ABDULLAYEV tutulub.
**
Qobustanda Malik Məmmədovun «VAZ-2106» markalı avtomobili oğurlanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçıran Qobustan sakini Qalib Novruzov yaxalanıb.
**
Samuxda qanunsuz daşınan 2.220 şüşə qab çaxır aşkar edilib. Rayonun Qarayeri qəsəbəsində Gəncə sakini Yalçın Atayevin idarə etdiyi «Mersedes» markalı avtobusa baxış zamanı müvafiq sənədləri olmayan çaxır şüşə qabları götürülüb. Faktla bağlı araşdırma aparılır.
**
Ümumilikdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün narkotik və güclü təsiredici maddələrlə əlaqədar 9 cinayət hadisəsi müəyyən edilib, silah, döyüş sürsatı və partlayıcı maddələrlə bağlı 7 fakt aşkarlanıb.
**
Ötən gün ərzində, 2 xuliqanlıq kimi ağır inayət hadisəsi də daxil olmaqla, ümumilikdə 35 cinayət faktı qeydə alınıb. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində onlardan 34-ü «isti izlərlə» açılıb. Cinayət törətdiklərinə görə 48 nəfər, o cümlədən 8 nəfərdən ibarət 4 qrup tutulub. Bu və ya digər cinayətlərlə bağlı axtarışda olan 15 nəfər də yaxalanaraq istintaq orqanına verilib. Ölkədə kriminogen durum nəzarətdə saxlanılmaqla, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini istiqamətində tədbirlər davam edir. Nəzərinizə çatdıraq ki, Daxili İşlər Nazirliyinin «102» xidməti gün ərzində müraciətlərinizi qəbul etməyə hazırdı.
Unutmayaq ki, qanun qorumaq və ona riayət etmək hər birmizin borcudur. /İctimai TV/

 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi