İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ TƏŞKİL OLUNMASININ 85 İLLİK YUBİLEYİ GENİŞ QEYD OLUNUR
[10 fevral 2009]
Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq ölkəmizdə Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 85 illik yubileyi geniş qeyd olunur. | ətraflı oxu >>
KONSTİTUSİYANIN REFERENDUMA ÇIXARILAN HISSƏLƏRININ MÜQAYISƏLI TƏQDIMATI «CARÇI»DA TƏQDİM OLUNACAQ
[10 fevral 2009]
Azərbaycanda martın 18-də keçiriləcək referendumda Konstitusiyaya nəzərdə tutulan əlavələr və | ətraflı oxu >>
MALİYYƏ NAZİRLİYİNİN STRUKTURUNDA DƏYİŞİKLİKLƏR EDİLİB
[10 fevral 2009]
Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, nazirlikdə 3 yeni struktur yaradılıb. Bunlar Dövlət borcunun idarə edilməsi agentliyi, dövlət maliyyə nəzarəti xidməti və dövlət sığorta nəzarəti xidmətidir. | ətraflı oxu >>
QAT RUSİYANIN ERMƏNİSTANA KREDİT AYIRMASI İLƏ BAĞLI BƏYANAT YAYIB
[10 fevral 2009]
Qarabağ Azadlıq Təşkilatı Rusiyanın Ermənistana 500 milyon dollar kredit ayırması ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, bu addım təcavüzkar dövlətin silahlandırılmasına yönəlib. | ətraflı oxu >>
ERMƏNİSTAN HƏRBÇİLƏRİ TƏRƏFİNDƏN ATILAN HƏRBİ SURSAT PARTLADILIB
[10 fevral 2009]
Bu gün Qazax-Qırmızı Körpü avtomobil magistralının 34-cü kilometrliyində partlamamış hərbi sursat Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik - | ətraflı oxu >>
OBAMA AĞ EVİN RUSİYA VƏ İRAN MÜNASİBƏTLƏRİNƏ YENİ BAXIŞLARINI AÇIQLAYIB
[10 fevral 2009]
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama dövlət başçısı kimi keçirdiyi ilk mətbuat konfransında Ağ Evin Rusiya və İran münasibətlərinə yeni baxışlarını açıqlayıb. | ətraflı oxu >>
RƏSMİ TEHRAN İSƏ VAŞİNQTONLA DANIŞIQLARA HAZIRDIR
[10 fevral 2009]
Bunu İran prezidenti Mahmud Əhmədinejat bəyan edib. İranın dövlət başçısı ölkəsinin Birləşmiş Ştatların xarici siyasətindəki əsaslı dəyişikliyi alqışladığını və dialoqa hazır olduğunu deyib. /İctimai TV/
OPEK 35 NEFT LAYİHƏSİNİN İCRASINI DAYANDIRIB
[10 fevral 2009]
Dünyanın 13 ölkəsini özündə birləşdirən OPEK 35 neft layihəsinin icrasını dayandırıb. Təşkilatın baş katibi bu layihələrin neftin qiymətinin sabitləşməsinə qədər təxirə salınacağının deyib. | ətraflı oxu >>
KADİMA VƏ LİKUD PARTİYALARI DAHA ÇOX SƏS TOPLAYIB
[10 fevral 2009]
İsraildə keçirilən parlament seçkisinin başa çatmasına bir neçə saat qalıb. Son məlumatlara görə, seçicilərin 80 faizi artıq səsvermədə iştirak edib. Kadima və Likud partiyalarının daha çox səs topladığı bildirilir. | ətraflı oxu >>
GƏNCƏ ŞƏHƏRİNDƏ AĞIR YOL-QƏZA HADİSƏSİ BAŞ VERİB
[10 fevral 2009]
Dədə Qorqud küçəsi ilə hərəkət edən “VAZ-21-099” markalı avtomobil Tağı Arani küçəsindən çıxan “VAZ-21-06” markalı avtomobillə toqquşub. Sürət məhdudiyyətinə əməl edilməməsi nəticəsində baş verən | ətraflı oxu >>
FASİLƏLƏRLƏ YAĞINTI OLACAĞI GÖZLƏNİLİR
[10 fevral 2009]
Fevralın 13-ü səhər saatlarından başlayaraq Azərbaycan ərazisində fasilələrlə yağıntı olacağı gözlənilir. Yağıntının fevralın 11-dən 12-nə keçən gecə Abşeron yarımadasının bəzi ərazilərində sulu qara keçməsi ehtimalı var. | ətraflı oxu >>
BU GÜN AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV KÜVEYTƏ RƏSMİ SƏFƏRƏ YOLA DÜŞÜB.
[10 fevral 2009]
Dövlət başçısının Küveytdə bir sıra görüşləri nəzərdə tutulub .
/İctimai TV/
MİLLİ MƏCLİSİN BU GÜNKİ İCLASINDA RUSİYANIN ERMƏNİSTANA SİLAH SATMASI YENDƏN GÜNDƏMƏ GƏTİRİLİB
[10 fevral 2009]
Deputatlar bu faktın ciddi araşdırlmasını vacib hesab ediblər. Milli məclisin sədri Oqtay Əsədov bildirib ki, Rusiyanın Ermənistana silah satması barədə məlumatlar araşdırılır, müvafiq danışıqlar gedir. Spiker deyib ki, | ətraflı oxu >>
BU GÜN MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜÇÜN HAZIRLANAN TƏLİM VƏSAİTLƏRİNİN TƏQDİMETMƏ MƏRASİMİ KEÇİRİLİB
[10 fevral 2009]
Gələcəyimiz olan uşaqların məktəbə hazırlığı prosesinin yüksəldilməsi dövlət proqramı çərçivəsində həyata keçirilən təqdimetmə mərasimində 2-6 yaş dövrünü əhatə edən uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün hazırlanan nağıl kitabçaları, | ətraflı oxu >>
AZƏRBAYCANIN 45 NƏFƏRDƏN İBARƏT DAHA 2 SÜLHMƏRAMLI TAQIMI YAXIN VAXTLARDA ƏFQANISTANA YOLA SALINACAQ
[10 fevral 2009]
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Səfərov sülhməramlı kontingentin Əfqanıstana göndərilməsi üçün hazırda müvafiq işlərin həyata keçirildiyini bildirib. Hərbi kontingentin hazırlıq mərhələsində olduğunu deyən mətbuat xidmətinin rəisi | ətraflı oxu >>
PENSİYALARIN SIĞORTA HİSSƏSİNİN İNDEKSLƏŞDİRİLMƏSİ ORTA HESABLA 6 MANAT ARTIMLA MÜHİDƏ OLUNACAQ
[10 fevral 2009]
Belə artım ümumi sayı 1 milyon 200 min nəfəri ötən pensiyaçıların 547 mininə şamil olunacaq. Pensiyası 75 manatdan çox olan təqaüdçülərin pensiyası növbəti ayda yenidən hesablanaraq veriləcək. Ölkə başçısının əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında | ətraflı oxu >>
FRANSA PREZİDENTİ NİKOLA SARKOZİ BU GÜN GÖZLƏNİLMƏDƏN BAĞDADA SƏFƏR EDİB
[10 fevral 2009]
Bu Fransa dövlət başçsının İraqa ilk səfəridir. Nikola Sarkozi İraqın dövlət başçısı Cəlal Təlabani və baş nazir Nuri əl Maliki ilə danışıqlar aparıb. Fransa prezidenti İraqdan Omana, daha sonra isə | ətraflı oxu >>
ABŞ SENATI PREZİDENT BARAK OBAMANIN TƏQDİM ETDİYİ ANTİ-BÖHRAN PLANINI BU GÜN SƏSVERMƏYƏ ÇIXARACAQ
[10 fevral 2009]
Sənəd iqtisadiyyatın stimullaşdırılması üçün 838 milyard dollar ayrılmasını nəzərdə tutur. Qeyd edək ki, qanun layihəsi senatda qəbul edildikdən sonra son variantla bağlı nümayəndələr palatası ilə razılığa gəlinməlidir. Bundan sonra | ətraflı oxu >>
BU GÜN BAKIDAKI TEXNİKİ HUMANİTAR LİSEYİNDƏ «MAHİR NİŞANÇI» ADLI YARIŞA START VERİLİB
[10 fevral 2009]
Bu gün Bakıdakı Texniki Humanitar Liseyində Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının təşəbüssü ilə 5-8-ci sinif şagirdləri arasında «Mahir nişançı» adlı yarışa start verilib. Şuranın sədri Novruzəli Orucov bildirib ki, | ətraflı oxu >>
“2009-CU İLDƏ DAĞLIQ QARABAĞ PROBLEMİNİN HƏLL EDİLMƏSİ ÜÇÜN QIZIL İMKAN YARANIB”
[10 fevral 2009]
Bu bəyanatla Ermənistanda səfərdə olan ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ məsələləri üzrə xüsusi nümayəndəsi Lenmarker çıxış edib. O bildirib ki, | ətraflı oxu >>
ERMƏNİ ORDUSUNUN BÖLMƏLƏRİ BİR NEÇƏ İSTİQAMƏTDƏ ATƏŞKƏSİ POZUBLAR
[10 fevral 2009]
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən müxtəlif saatlarda Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, Goranboyun Tapqaraqoyunlu kəndi yaxınlığından, | ətraflı oxu >>
ERMƏNİSTAN PREZİDENTİ ÖLKƏSİ İLƏ TÜRKİYƏ ARASINDA ƏLAQƏLƏRİN YAXIN VAXTLARDA GENİŞLƏNDİRİLƏCƏYİNİ BİLDİRİB
[10 fevral 2009]
Almaniyada keçirilən 45-ci Təhlükəsizlik Konfransı çərçivəsində Türkiyə prezidenti Abdullah Güllə görüşünün yekunu barədəki açıqlamasında Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ münaqişəsinə də toxunub. | ətraflı oxu >>
KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[10 fevral 2009]
Bakının Binəqədi rayonu ərazisində, 19 yaşlı Tərlan Həsənov sürücü işlədiyi «İveko» markalı avtomaşında, Quba rayon sakini, 37 yaşlı Nəzihə Bayramovanı bıçaqla hədələyərək 170 manat pulunu alıb və qadını zorlamağa cəhd göstərib. Tərlan Həsənov tutulub. | ətraflı oxu >>
PARİSİN ƏSAS HAVA LİMANI ƏLVERİŞSİZ HAVA ŞƏRAİTİ SƏBƏBİNDƏN BAĞLANIB
[10 fevral 2009]
Təyyarə reysləri ən azı bir neçə gün yerinə yetirilməyəcək. Bəzi sərnişinlər artıq qatar və atvobusların xidmətindən istifadə etsələr də, sərnişinlərin əksəriyyəti hava limanında gecələyir. | ətraflı oxu >>
BRİTANİYA HÖKUMƏTİ DƏMİRYOLU QƏZALARININ SAYININ AZALDILMASI İSTİQAMƏTİNDƏ FÖVQƏLADƏ TƏDBİRLƏR GÖRÜR
[10 fevral 2009]
Dəmiryolunu keçən zaman təhlükəsizlik qaydalarının pozulması hallarına qarşı ölkədə ciddi mübarizəyə start verilıb. | ətraflı oxu >>
AMERİKANIN ƏFSANƏVİ PİLOTUNA NYU-YORK ŞƏHƏRİNİN RƏMZİ AÇARLARI VERİLİB
[10 fevral 2009]
İçərisində 155 sərnişin olan təyyarəni Qudzon çayına endirərək, qəzanın qarşısını alan amerikanın əfsanəvi pilotuna Nyu-York şəhərinin rəmzi açarları verilib. Açarı pilot və | ətraflı oxu >>
MİSİR VƏ FRANSA PREZİDENİTLƏRİ QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI MÜZAKİRƏLƏR APARIBLAR
[10 fevral 2009]
Misir prezidenti Hüsnü Mübarəkin Fransaya səfəri zamanı əsas müzakirə mövzusu Qəzzada atəşkəslə bağlı olub. Fransa prezideniti Nikola Sarkozi ilə görüşən Hüsnü Mübarək sənədin gələn həftə imzalanacağını bildirib. | ətraflı oxu >>
BU İL ATTESTAT QİYMƏTLƏRİ TƏLƏBƏ QƏBULU PROSSESİNƏ TƏSİR EDƏCƏK
[10 fevral 2009]
Qəbul qaydalarına edilən dəyişikliklərə əsasən müsabiqə zamanı ümumi balı eyni olan 2 və daha çox abitriyentin hamısını qəbul planı çərçivəsində yerləşdirmək mümkün olmadıqda, | ətraflı oxu >>
BU GÜN TÜRKMƏNÇAY MÜQAVİLƏSİ"NİN İMZALANMASINDAN 181 İL ÖTÜR
[10 fevral 2009]
1828-ci il fevralın 10-da Rusiya imperiyası ilə İran arasında imzalanan bu müqaviləyə əsasən Azərbaycan ikiyə bölünərək cənubu İranın, şimalı isə Rusiyanın nəzarəti altına keçib. Rusiya Azərbaycan torpaqları hesabına ərazisini genişləndirmək, | ətraflı oxu >>
QUBADAN DƏVƏÇİ RAYONU İSTİQAMƏTİNDƏ 34 KM UZUNLUĞUNDA SU KANALI ÇƏKİLİR
[10 fevral 2009]
Yeni kanalın suyu əvvəlcə Taxtakörpu, daha sonra isə Ceyranbatan su anbarına axıdılacaq. Əsas məqsəd paytaxtımızın, eləcə də bütünlükdə Abşeron yarmadasının içməli su təchizatını yaxşılaşdırmaqdır. | ətraflı oxu >>
ABŞ PREZİDENTİ BARAK OBAMA DÖVLƏT BAŞÇISI KİMİ MƏTUBAT KOFNRANSINI KEÇİRİB
[10 fevral 2009]
Birləşmiş Ştatların dövlət başçısının nitqinin ən maraqlı məqamı Rusiya ilə əlaqədar dedikləri olub. Barak Obama bildirib ki, ABŞ və Rusiyanın nüvə silahının yayılmaması ilə bağlı proseslərə birgə rəhbərlik etməsi vacibdir. | ətraflı oxu >>
RƏSMİ MOSKVA AĞ EVİN YENİ ADMİSNTARSİYASININ RUSİYA SİYASƏTİNDƏN MƏMNUNDUR
[10 fevral 2009]
Bu bəyanatı Rusiya baş nazirinin müavini Sergey İvanov Birləmiş Ştatların vitse-prezidenti Jozef Baydenlə görüşündən sonra səsləndirib. Barak Obama hökumətinin qətiyyətindən və | ətraflı oxu >>
İSRAİL KNESSETİNƏ SEÇKİLƏRDƏ ƏN ŞANSLI PARTİYA KADİMADIR
[10 fevral 2009]
İsrail vətəndaşları parlament seçkilərində ölkənin nazirlər kabinetini formalaşdıracaq partiya və onun liderini seçir. 120 kürsülü Knessetdə daha çox yer qazanmağa ən şanslı partiya Tsipi Livninin rəhbərlik etdiyi Kadima partiyasıdır. | ətraflı oxu >>
İRAQDA 4 AMERİKALI ƏSGƏR ÖLDÜRÜLÜB
[10 fevral 2009]
Mosulda baş verən partlayış nəticəsində amerikalı əsgərlərlə yanaşı onlara tərcüməçilik edən bir iraq vətəndaşı da həyatını itirib. | ətraflı oxu >>
PERUDA AVTOBUS 60 METR YÜKSƏKLİKDƏN DƏRƏYƏ YUVARLANIB
[10 fevral 2009]
Nəticədə 10 nəfər həlak olub, 40-nəfər isə xəsarət alıb. İlkin olaraq Hadisəyə səbəb kimi avtobusun sürətlə idarə edilməsi və yolun asfalt örtüyünün yararsız vəziyyətdə olması göstərilir. | ətraflı oxu >>
EVTANAZİYA İTALİYADA KONSTİTUSİYA BÖHRANI TƏHLÜKƏSİ YARADIB
[10 fevral 2009]
İtaliyada 17 ildir komada olan 38 yaşlı Eluana Enqlaroya evtanaziya verilməsi ölkədə konstitusiya böhranı təhlükəsi yaradıb. Ali Məhkəmənin evtanaziyanı dəstəkləyən qərarına baxmayaraq, | ətraflı oxu >>
AZƏRBAYCAN UZUNÖMÜRLÜLƏR DİYARIDIR
[10 fevral 2009]
Ölkəmizin 100-ü keçən sakinlərindən biri də Göygöl rayonunun Mollacəlili kəndində yaşayır. Urqiyyə Alpaşayeva bir əsrdən çox ömür sirrinin zəhmətdə olduğunu deyir. 10 övlad, 89 nəvə sahibi olan | ətraflı oxu >>
FUTBOL ÜZRƏ KOMANADAMIZIN NÖVBƏTİ YOXLAMA GÖRÜŞÜNÜN VAXTI MÜƏYYƏN OLUNUB
[10 fevral 2009]
İyunun 2-də keçiriləcək oyunda millimiz səfərdə Türkiyə yığmasıyla qüvvəsini sınıyacaq. Bu arada, Azərbaycan premyer liqasının ən iddialı kulublarından olan Bakı isə | ətraflı oxu >>
 
İQTİSADİYYAT
Untitled Document

NEFT 2 % BAHALAŞIB, QIZIL UCUZLAŞIR…
[25 fevral 2009]
Dünya bazarında neftin qiyməti 2 faiz artaraq 40 dolları keçib. Azərbaycan neftinin satıldığı London bircasında da neft bahalaşaraq 42 dollar yarımı keçib. | ətraflı oxu >>

YAŞAYIŞ BİNALARININ ALTINDAKI OBYEKTLƏRİN İŞİNDƏ DƏYİŞLİKLİK OLMAYACAQ
[25 fevral 2009]
Yaşayış binaların altındakı obyektlər bundan sonra da kommersiya və sahibkarlıq məqsədilə istifadə oluna bilər və bununla bağlı hansısa qanunda heç bir dəyişiklik nəzərdə tutulmayıb. | ətraflı oxu >>
BİRİNCİ MƏRTƏBƏDƏ EV SƏRFƏLİDR
[25 fevral 2009]
Son illər Azərbaycanda, xüsusilə Bakının daşınmaz əmlak bazarında baş verən ən böyük dəyişikliklərdən biri də birinci mərtəbədəki mənzillərin obyektlərə çevrilməsidir. | ətraflı oxu >>
AZƏRBAYCANIN BANK SEKTORUNDA RİSQLƏR BÖYÜKDÜR
[25 fevral 2009]
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri «Standart ənd Puurs» Azərbaycanın bank sektorundakı vəziyətlə bağlı açıqlama yayıb. Böhran dövründə bank sektoru və ölkə üzrə risqləri qiymətləndirən agentlik azərbaycanın bank sistemini 9-cu qrupa aid edib.| ətraflı oxu >>
 
 

 


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi