İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN KÜVEYTƏ RƏSMİ SƏFƏRİ BAŞA ÇATIB
[11 fevral 2009]
Dövlət başçısı bu gün Bakıya qayıdıb. Qeyd edək ki, prezident İlham Əliyev Küveytə rəsmi səfəri çərçivəsində ötən gün bir sıra görüşlər keçirib, iki ölkə arasında əməkdaşlığa dair 5 sənəd imzalanıb. | ətraflı oxu >>
PREZİDENT İLHAM ƏLYEV HÜQUQ MÜHAFİZƏ ORQANLARININ RƏHBƏR İŞÇİLƏRİNİN İŞTİRAKI İLƏ İCLAS KEÇİRİB
[11 fevral 2009]
Küveytə səfərini başa vuraraq vətənə qayıdan prezident İlham Əlyev bu gün Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, | ətraflı oxu >>
BU GÜN MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ GENERAL-LEYTENANT RAİL RZAYEV SON MƏNZİLƏ YOLA SALINIB
[11 fevral 2009]
Bu gün Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanı, Müdafiə Nazirinin müavini general-leytenant Rail Rzayev son mənzilə yola salınıb. | ətraflı oxu >>
AZƏRBAYCAN ÖZ ƏRAZİSİNDƏ NƏİNKİ NATO, ÜMUMİYYƏTLƏ HƏR HANSI XARİCİ ÖLKƏNİN HƏRBİ BAZASINI YERLƏŞDİRMƏK NİYYƏTİNDƏ DEYİL
[11 fevral 2009]
Bu fikirlər bu gün Bakıda «Azərbaycan-NATO münasibətlərinin 15-ci ili: ötən mərhələdə Türkiyənin rolu və alyansla əməkdaşlıq» | ətraflı oxu >>
TÜRKİYƏ KİV-DƏ ERMƏNİSTAN-AZƏRBAYCAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ İLƏ BAĞLI YAYILAN MƏLUMATI XİN TƏKZIB EDIB
[11 fevral 2009]
Yayılan məlumatda Ermənistanın Dağlıq Qarabağ ətrafında işğal etdiyi 6 rayonu mərhələ-mərhələ Azərbaycana qaytarmağa meylli olduğu bildirilir. Türkiyənin Xarici İşlər Nazirliyinin | ətraflı oxu >>
“BAZA PRİNSİPLƏRİ RAZILAŞDIRILARSA, SÜLH MÜQAVİLƏSİNİN TƏMƏLİ YARANMIŞ OLACAQ”
[11 fevral 2009]
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza belə deyib. Onun qənaətinə görə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münqaişəsinin nizamlanması istiqamətində yay aylarında baza prinsipləri üzərində razılaşma əldə olunacaq. | ətraflı oxu >>
GÜRCÜSTANIN DAXİLİ İŞLƏR NAZİRLİYİ RUSİYA ORDUSUNUN GÜRCÜ KƏNDLƏRİNƏ HÜCUM ETDİYİNİ AÇIQLAYIB
[11 fevral 2009]
Nazirliyk bildirilir ki, gürcü kəndi Kvemo Nikoziyə Rusiya hərbiçiləri 1 BMP, 50 hərbi qüvvə yeridib. Polis postunu blokadaya alan rus hərbiçilərinin iddialarına əsasən bölgədə tikinti işləri aparılıb. | ətraflı oxu >>
BU GÜN MSK-DA “QARABAĞ VƏ RESPUBLİKA UĞRUNDA” TƏŞƏBBÜS QRUPUNUN QEYDİYYATI MƏSƏLƏSİNƏ BAXILIB
[11 fevral 2009]
Bildirilib ki, bu qrup Komissiyaya 42 min 11 seçici imzası təqdim edib. MSK-nın işçi qrupu imzaların yoxlanılması zamanı 40 min 430 imzanı etibarlı, 1581 imzanı etibarsız hesab edib. | ətraflı oxu >>
11 FEVRAL AZƏRBAYCANDA VERGİ XİDMƏTİ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR
[11 fevral 2009]
Bu münasibətlə Vergilər Nazirliyində qurumun yaradılmasının 9-cu ildönümü ilə bağlı kollegiya iclası keçirilib. Toplantıda vergi sisteminin müasir standartlar əsasında formalaşması və | ətraflı oxu >>
SERBİYA RƏHBƏRLİYİ 20 DÖVLƏT MƏMURUNU HƏBS EDİB
[11 fevral 2009]
Serbiya rəhbərliyi Avropa İttifaqına inteqrasiya istiqamətində apardığı xüsusi əməliyyat nəticəsində 20 dövlət məmurunu həbs edib. Polisin xüsusi xidmət orqanları əməkdaşları ilə birlikdə keçirdiyi əməliyyat zamanı | ətraflı oxu >>
ABŞ-IN 44 ŞTATINDA SALMONELLEZA XƏSTƏLİYİNƏ YOLUXANLARIN SAYI 600-Ə ÇATIB
[11 fevral 2009]
Artıq xəstəliyə tutulanlardan bəziləri dünyasını da dəyişib. Bağırsaq infeksiyası yaradan xəstəlik əsasən ərzaq məhsullarından, yerfındığı yağından yayılır. | ətraflı oxu >>
İSLAM DİNİ VƏ MƏHƏMMƏD PEYĞƏMBƏR TƏHQİR EDİLƏN «FİTNƏ» FİLMİNİN HOLLANDİYALI REJİSSOR GEERT UİLDERS BÖYÜK BRİTANİYA ƏRAZİSİNƏ BURAXILMAYACAQ
[11 fevral 2009]
Hollandiya televiziyasına açıqlamasında Geert Uilders bildirib ki, | ətraflı oxu >>
BU GÜN BAKIDA AZƏRBAYCANIN KORRUPSİYAYA QARŞI MÜBARİZƏ STRATEGİYASINA DƏSTƏK LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ KONFRANS KEÇİRİLİB
[11 fevral 2009]
Azərbaycanın Milli Məclisi, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası, Avropa Şurası, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və İnkişaf Alternativləri təşkilatının əməkdaşlığı çərçivəsində «Qanunvericilik prosesində səmərəliliyin və şəffaflığın artırılması» | ətraflı oxu >>
2009-CU İL AVROVİZİYA RƏQS MÜSABİQƏSİNİN AZƏRBAYCANDA KEÇRİLMƏSİ XALQIMIZIN MƏDƏNİYYƏTİNİN TƏBLİĞİ BAXIMINDAN BÖYÜK UĞURDUR
[11 fevral 2009]
Bu fikirlər Bakıda keçriləcək Avroviziya rəqs müsabiqəsinə həsr olunan mətbuat konfransında səslənib. Qeyd olunub ki, müsabiqədə Azərbaycanın uğurunu təmin etəmək üçün əsaslı işlər görüləcək. | ətraflı oxu >>
ERMƏNİSTAN-AZƏRBAYCAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ İSTİQAMƏTİNDƏ İRƏLİLƏYİŞLƏR GÖZLƏNİLDİYİNDƏN LƏNG GEDİR
[11 fevral 2009]
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Klıc 2009-cu ilin sonunadək razılıq əldə olunacağına dair proqnozlara münasibət bildirərəkən qənaətini bu şəkildə ifadə edib. | ətraflı oxu >>
RAİIL RZAYEV İKİNCİ FƏXRİ XİYABANDA DƏFN EDİLİB
[11 fevral 2009]
Xəbər verdiyimiz kimi hüquq mühafizə orqanlarından «Carçı»ya daxil olan məlumata görə, bu səhər Azərbaycanın Müdafiə Nazirliyinin hərbi hava qüvvələrinin komandanı general Rail Rzayev baş nahiyəsindən aldığı | ətraflı oxu >>
İSRAİLDƏ KEÇİRİLƏN NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİNİN ARTIQ İLKİN NƏTİCƏLƏRİ MƏLUMDUR
[11 fevral 2009]
Siyasi müşahidəçilərin gözlədiyi kimi əsas mübarizə hazırki xarici işlər naziri Tsippi Livninin rəhbərlik etdiyi «Kadima» və keçmiş baş nazir,ana müxalifət lideri Benyamin Netanyahunun «Likud» partiyaları arasında olub. | ətraflı oxu >>
AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİNİN HHQ KOMANDANI QƏTLƏ YETİRİLİB
[11 fevral 2009]
Hüquq mühafizə orqanlarından «Carçı»ya verilən məlumata görə, bu səhər Azərbaycanın Müdafiə Nazirliyinin hərbi hava qüvvələrinin komandanı general Rail Rzayev baş nahiyəsindən aldığı ağır | ətraflı oxu >>
AZƏRBAYCAN-ERMƏNİSTAN QOŞUNLARININ TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRİLİR
[11 fevral 2009]
Bu dəqiqələrdə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun Ağdamın Sarıcalı kəndinin şimal-qərbində monitorinq keçirilir. | ətraflı oxu >>
ERMƏNİLƏR ATƏŞKƏSİ POZMAQDA DAVAM EDİRLƏR
[11 fevral 2009]
Ermənistan ordusunun bölmələri dünən fasilələrlə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. | ətraflı oxu >>
TÜRKİYƏNİN “HÜRRİYƏT” QƏZETİ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ DETALLARI BARƏDƏ MƏLUMAT YAYIB
[11 fevral 2009]
Türkiyənin “Hürriyət” qəzeti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyənin də iştirakı ilə aparılan danışıqlar prosesinin detalları barədə məlumat yayıb. | ətraflı oxu >>
KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[11 fevral 2009]
Qəbələdə ana və onun qızına atəş açan şəxs yaxalanıb. Rayonun Solquca kənd sakini 25 yaşlı Elsevər Mirzəliyev münaqişə zəminində qohumları Rübabə Rəfiyeva və onun 20 yaşlı qızı Pərvanəyə ov tüfəngindən atəş açıb. | ətraflı oxu >>
ERMƏNİSTANDA İQTİSADİ BÖHRAN GETDİKCƏ DƏRİNLƏŞMƏKDƏDİR
[11 fevral 2009]
Dünyadakı maliyyə böhranı bu ölkədə kütləvi ixtisarların yaranmasına səbəb olub. Böhranın qarşısını almaqda aciz olan Ermənistan rəhbərliyi isə ölkədə sosial etirazların | ətraflı oxu >>
FƏRDİ YAŞAYIŞ EVİNİN PARTLAYIŞI NƏTİCƏSİNDƏ 3 NƏFƏR XƏSARƏT ALIB
[11 fevral 2009]
Bakının Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi 17 ünvanında fərdi yaşayış mənzilində partlayış baş verib. Hadisə yerində olan əməkdaşımız Mais Ağayevin verdiyi məlumata görə, | ətraflı oxu >>
MİSİR PREZİDENTİ HÜSNÜ MÜBARƏK BU GÜN TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRƏ GƏLİR
[11 fevral 2009]
Misir dövlət başçısının İstanbulda türkiyəli həmkarı Abdulla Güllə keçirəcəyi görüşdə Yaxın Şərqdə uzun müddətli atşəkəsin əldə olunması məsələsi müzakirə ediləcək. /İctimai TV/
RUSİYA KOSMOSA YENİ SÜNİ PEYK BURAXIB
[11 fevral 2009]
Uçuş Qazaxıstandakı «Baykonur» kosmodromunda gerçəkləşib.Telekomunikasiya xarakterli peyk «Proton-M» raket daşıyıcı vasiətsi ilə orbitə qalxıb. Yeni müasir peyk sutkalıq rəqəmsal televiziya və radioyayıma və | ətraflı oxu >>
MEKSİKADA NARKOBANDA İLƏ ORDU ARACINDA ATIŞMADA 21 NƏFƏR HƏLAK OLUB
[11 fevral 2009]
Meksikanın şimalında narkobanda üzvüləri ilə ordu qüvvələri arasında baş verən atışmada 21 nəfər həlak olub.Onlardan 14-ü banda üzvü,1-i isə hərbçidir. Qeyd edək ki, | ətraflı oxu >>
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN KÜVEYTƏ RƏSMİ SƏFƏRİ DAVAM EDİR
[11 fevral 2009]
Ötən gün Əl-Küveyt hava limanında dövlət başçısını Küveyt dövlətinin əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt vəliəhdi şeyx Nəvvaf əl-Əhməd əs-Sabah və digər rəsmi şəxslər qarşılayıb. | ətraflı oxu >>
KONSTİTUSYAYA ƏLAVƏ VƏ DƏYİŞIKLİKLƏRİN UMUMXALQ SƏSVERMƏSİNƏ ÇIXARILACAQ MÜDDƏALARININ MÜQAİSƏLİ TƏQDİMATI ARDICILLIQLA İCTİMAİ TELEVIZİYANIN “CARÇI” PROQRAMINDA
[11 fevral 2009]]
Azərbaycanda martın 18-də keçiriləcək referendumda Konstitusiyaya nəzərdə tutulan əlavələr və dəyişikliklər haqqında vətəndaşların məlumatlandırılması onların ümumxalq səsverməsində öz iradələrini daha sərbəst ifadə etmək üçün əsas şərtlərdən biridir. | ətraflı oxu >>
ABŞ PREZİDENTİ BARAK OBAMANIN İQTİSADİYYATA STİMUL PAKETİ SENATORLARIN DƏSTƏYİNİ QAZANDI
[11 fevral 2009]
Uzun müddətdir ki,gərgin müzakirələrə səbəb olan iqtisadiyyata stimul paketinin qəbul edilməsi üçün Senatda keçirilən səsvermə Birləşmiş Ştatlar prezidenti Barak Obamanın istədiyi nəticəni verib. | ətraflı oxu >>
İSPANİYANIN BAŞ NAZİRİ XOSE LUİS SAPATERO İQTİSADİ BÖHRAN QARŞISINDA ACIZLİYİNİ ETİRAF EDİB
[11 fevral 2009]
İspaniyanın baş naziri Xose Luis Sapatero ölkəsinin düşdüyü iqtisadi böhranı İspaniya siyasi tarixində misli görünməmiş adlandıraraq bunun hansı sonluqla nəticələnəcəyini bilməkdə aciz olduğunu da etiraf edib. | ətraflı oxu >>
İSLANDİYADA MƏRKƏZİ BANKIN RƏHBƏRİ DEVİD ODDSONUN İSTEFASI TƏLƏB OLUNUR
[11 fevral 2009]
İslandiyada artıq ikinci gündür ki, etiraz aksiyası keçirlir. Paytaxt Reykyavikdə Mərkəzi Bankın binası ətrafına toplaşan aksiyaçılar ölkənin düşdüyü dərin böhrana görə məsuliyyət daşıyanlardan birinin, | ətraflı oxu >>
ABŞ-IN ÇEXİYA VƏ POLŞADA RAKETDƏN MÜDAFİƏ SİSTEMLƏRİ QURAŞDIRMAQ PLANLARI İRAN KİMİ TƏHLÜKƏLİ ÖLKƏLƏRDƏN MÜDAFİƏ XARAKTERİ DAŞIYIR
[11 fevral 2009]
Bu sözlərin müəllifi Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton bildirib ki, ölkəsinin şərqi Avropada raketdən müdafiə sistemlərinin yerləşdirməsi barədə son qərarı rəsmi Tehranın nüvə proqramına dair atacağı addımlarından asılı olacaq. | ətraflı oxu >>
FRANSA PREZİDENTİ NİKOLA SARKOZİ FARS KÖRFƏZİ ÖLKƏLƏRİNƏ SƏFƏRİ ÇƏRÇİVƏSİNDƏ OMANA DA GEİIB
[11 fevral 2009]

Fars körfəzi ölkələrinə səfəri çərçivəsində Omana gedən Fransa Prezidenti Nikola Sarkozi əsas məqsədinin region ölkələri ilə əlaqələri daha gücləndirmək olduğunu deyib. | ətraflı oxu >>
İSRAİLDƏ KEÇİRİLƏN NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİNDƏ ƏSAS MÜBARIZƏ KADİMA VƏ LİKUD PARTIYALARI ARASINDA GEDİB
[11 fevral 2009]
İsraildə keçirilən növbədənkənar parlament seçkilərinin artıq ilkin nəticələri məlumdur. | ətraflı oxu >>
ABŞ PREZİDENTİNİN XÜSUSİ NÜMAYƏNDƏSİ RİÇARD HOLBRUK REGİONA SƏFƏRİNƏ İSLAMABADDAN BAŞLAYIB
[11 fevral 2009]
Bu ölkənin rəhbərliyi ilə müxtəlif görüşlər keçirən Riçard Holbruq missiyasının əsas məqsədinin regionda terrorçuluğa qarşı mübarizədə ölkəsinin görəcəyi tədbirlərin həyata keçirilməsində bölgə ölkələrinin bu istiqamətdə fəaliyyətini koordinasiya etmək olduğunu deyib. | ətraflı oxu >>
MİSİR PREZİDENTİ HÜSNÜ MÜBARƏK İTALİYAYA SƏFƏR EDİB
[11 fevral 2009]
Romada bu ölkənin baş naziri Silvio Berluskoni ilə görüşdə əsas müzakirə mövzusu Yaxın Şərq sülh prosesi olub. | ətraflı oxu >>
ARGENTİNAIN ŞİMALINA YAĞAN GÜCLÜ YAĞIŞLAR TORPAQ SÜRÜŞMƏSİNƏ SƏBƏB OLUB
[11 fevral 2009]
Təbii fəlakətdən ən çox ziyan çəkən Salta əyalətində iki nəfər həlak olub, daha 9 nəfərin taleyi haqda isə heç bir məlumat yoxdur. | ətraflı oxu >>
DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİNİN YERLİ QRUMLARI ÜÇÜN SEMİNAR- MÜHAVİRƏ KEÇİRİLİB
[11 fevral 2009]
Şirvan şəhərində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Salyan, Neftçala və Hacıqabul rayonlarının yerli qrumları üçün seminar mühavirə keçirilib. | ətraflı oxu >>
“RABİTƏÇI” İSPANİYA TƏMSİLÇİSİ “ALBASETEN”İ QƏBUL EDƏCƏK
[11 fevral 2009]
Bu gün qadın voleybolçuların Çeleng kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.Azərbaycanı bu yarışda təmsil edən Rabitə İspaniya təmsilçisi Albaseteni qəbul edəcək. | ətraflı oxu >>
 
İQTİSADİYYAT
Untitled Document

NEFT 2 % BAHALAŞIB, QIZIL UCUZLAŞIR…
[25 fevral 2009]
Dünya bazarında neftin qiyməti 2 faiz artaraq 40 dolları keçib. Azərbaycan neftinin satıldığı London bircasında da neft bahalaşaraq 42 dollar yarımı keçib. | ətraflı oxu >>

YAŞAYIŞ BİNALARININ ALTINDAKI OBYEKTLƏRİN İŞİNDƏ DƏYİŞLİKLİK OLMAYACAQ
[25 fevral 2009]
Yaşayış binaların altındakı obyektlər bundan sonra da kommersiya və sahibkarlıq məqsədilə istifadə oluna bilər və bununla bağlı hansısa qanunda heç bir dəyişiklik nəzərdə tutulmayıb. | ətraflı oxu >>
BİRİNCİ MƏRTƏBƏDƏ EV SƏRFƏLİDR
[25 fevral 2009]
Son illər Azərbaycanda, xüsusilə Bakının daşınmaz əmlak bazarında baş verən ən böyük dəyişikliklərdən biri də birinci mərtəbədəki mənzillərin obyektlərə çevrilməsidir. | ətraflı oxu >>
AZƏRBAYCANIN BANK SEKTORUNDA RİSQLƏR BÖYÜKDÜR
[25 fevral 2009]
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri «Standart ənd Puurs» Azərbaycanın bank sektorundakı vəziyətlə bağlı açıqlama yayıb. Böhran dövründə bank sektoru və ölkə üzrə risqləri qiymətləndirən agentlik azərbaycanın bank sistemini 9-cu qrupa aid edib.| ətraflı oxu >>
 
 

 


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi