İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 
PREZİDENT İLHAM ƏLİYEV MİREK TOPOLANEKİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ QƏBUL EDİB
[13 fevral 2009]
Avropa İttifaqına sədrlik edən Çexiyanın baş naziri Mirek Topolanekin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdədir. Bir qədər əvvəl prezident İlham Əliyev nümayəndə heyətini qəbul edib. /İctimai TV/
PREZİDENT İLHAM ƏLİYEV QORAN LENMARKERİ QƏBUL EDİB
[13 fevral 2009]
Bu gün prezident İlham Əliyev ATƏT Parlament Assambleyası prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkeri qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, | ətraflı oxu >>
ABŞ-DA TÜRK LOBBİSİNİ TƏMSİL EDƏN 53 TƏŞKİLAT OBAMAYA MƏKTUB ÜNVANLAYIB
[13 fevral 2009]
ABŞ-da türk lobbisini təmsil edən 53 təşkilat qondarma erməni soyqırımı iddialarının qəbulu ilə bağlı təzyiqlərin qarşısını almaq istiqamətində çalışır. | ətraflı oxu >>
XALQ ŞAİRİ BƏXTİYAR VAHABZADƏ DÜNYASINI DƏYİŞİB
[13 fevral 2009]
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Qüdrətli qələm ustası, xalq şairi, ictimai iyasi xadim bəxtiyar vahabzadə dünyasını dəyişib. Qeyd edək ki, xalq şairi Bəxtiyar Vahabzadə ilə vida mərasimi sabah | ətraflı oxu >>
PREZİDENT İLHAM ƏLİYEV FƏRMAN İMZALAYIB
[13 fevral 2009]
Prezident İlham Əliyev «Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları»nın icrasının təmin edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən | ətraflı oxu >>
AZƏRBAYCAN BÖYÜK BRİTANİYA VƏ AVROPA İTTİFAQI ÜÇÜN VACİB TƏRƏFDAŞDIR
[13 fevral 2009]
Rəsmi London Azərbaycanın Avroatlantik strukturlara və standartlara doğru strateji seçimini yüksək qiymətləndirir. Bu fikirdə olan Böyük Britaniya Birləşmiş Krallığının xarici İşlər Nazirliyinin | ətraflı oxu >>
ABŞ RAKETDƏN MÜDAFİƏ SAHƏSİNDƏ RUSİYA İLƏ ƏMAKDAŞLIĞA HAZIRDIR
[13 fevral 2009]
Amerika Birləşmiş Ştatlarının yeni adminstirasiyası raketdən müdafiə sahəsində Rusiya ilə əmakdaşlığa hazırdır. Bunu dövlət katibinin müavini Uilyam Berns deyib. | ətraflı oxu >>
BÖYÜK YEDDİLİYİN MALİYYƏ NAZİRLƏRİ VƏ MƏRKƏZİ BANK RƏHBƏRLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLİR
[13 fevral 2009]
İtaliyanın paytaxtı Romada Böyük Yeddiliyə daxil olan ölkələrin Maliyyə nazirləri və Mərkəzi Bank rəhbərlərinin iştirakı ilə qlobal iqtisadi böhrana qarşı birgə mübarizə yolları axtarılır. | ətraflı oxu >>
YUNANISTANDA TÜRKİYƏ KONSULLUĞUNA HÜCUM EDİLİB
[13 fevral 2009]
Salonik şəhərindəki diplomatik korpusa içrisində yandırıcı maddələr olan şüşələr atılıb. Səhər saatlarında baş verən hadisədən sonra Yunanıstanın paytaxt polisi və yanğınsöndürmə qüvvələri əraziyə cəlb edilib. | ətraflı oxu >>
«FİTNƏ» FİLMİNİ ÇƏKƏN HOLLANDİYALI DEPUTAT HAVA LİMANINDAN GERİ QAYTARILIB
[13 fevral 2009]
Hollandiyalı deputat Girt Uilders London hava limanından geri qaytarılıb. Səbəb isə onun islam dininin əleyhinə çəkdiyi «Fitnə» filmi olub. /İctimai TV/
RUANDA FRANSANI 1994-Cİ İLDƏ SOYQIRIM ETMƏKDƏ GÜNAHLANDIRIR
[13 fevral 2009]
Ruanda Fransanı artıq rəsmi şəkildə 1994-ci ildə soyqırım etməkdə günahlandırır. 800 min nəfərin qətliama məruz qaldığı hadisələri araşdırma komissiyası hesabat şəklində rəsmiləşdirərək, | ətraflı oxu >>
LONDON ZOOPARKI VALENTİN GÜNÜ İLƏ BAĞLI VƏTƏNDAŞLARIN MƏKTUBLARINI QƏBUL EDİR
[13 fevral 2009]
Londonlular sevimliləri Roksi adlı pinqvini təbrik etmək üçün sanki yarışa girib. Sakinlər Roksiyə digər yarısını tapmağı arzu edir. Zoopark əməkdaşları isə bütün məktubları xüsusi qutuya yığır, | ətraflı oxu >>
340 GÜRCÜSTANLI QAÇQIN RUSİYAYA QARŞI İDDİA QALDIRIB
[13 fevral 2009]
Avqust hadisələri ilə bağlı daha 340 gürcüstanlı qaçqın Arvopa məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb. Avropa İnsan Hüquqları Məhkəməsinin bu müraciətləri birləşdirməsindən sonra verilən məlumatlara əsasən, | ətraflı oxu >>
ATƏT PARLAMENT ASSAMBLEYASININ XÜSUSİ NÜMAYƏNDƏSİ BU QURUMDAKI AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞÜB
[13 fevral 2009]
Xəbər verdiyimiz kimi ATƏT Parlament Assambleyasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker Bakıda səfərdədir. | ətraflı oxu >>
İKT-NİN PARLAMENT İTTİFAQI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI QƏTNAMƏ QƏBUL EDƏCƏK
[13 fevral 2009]
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İslam Konfransı Təşkilatının Parlament İttifaqının illik sessiyasında xüsusi qətnamənin qəbulu gözlənilir. | ətraflı oxu >>
RUSİYA PREZİDENTİ DMİTRİ MEDVEDYEV TÜRKİYƏLİ HƏMKARI ABDULLAH GÜLÜ XANIMI İLƏ BİRLİKDƏ KREMLDƏ QƏBUL EDİB
[13 fevral 2009]
Təntənəli qarşılanma mərasimindən sonra prezidentlər təkbətək görüşüb. Sonra danışıqlar nümayəndə heyətləri üzvlərinin iştirakı ilə davam etdirilib. | ətraflı oxu >>
2009-CU İLİN DÖVLƏT BÜDCƏSİNDƏ NƏZƏRDƏ TUTULAN SƏRMAYƏ XƏRCLƏRİNİN BÖLGÜSÜ AÇIQLANIB
[13 fevral 2009]
Nazirlər Kabinetinin sərəncamına əsasən, büdcədə nəzərdə tutulan 4,7 milyard manatın 3,1 milyardı 500-dən layihənin həyata keçirilməsinə sərf olunacaq, qalan 1,6 milyard isə ehtiyatda saxlanacaq. | ətraflı oxu >>
AVROPA PARLAMENTİNİN BİNASINDA BANK ŞÖBƏSİ QARƏT EDİLİB
[13 fevral 2009]
Mərkəzi Belçikada yerləşən Avropa Parlamentinin binasında bank şöbəsi qarət edilib. Şahidlər bildirir ki, maskalanan parikli naməlum kişi kassaya yaxınlaşaraq, | ətraflı oxu >>
İRANDAN AZƏRBAYCANA NÖVBƏTİ DƏFƏ QAÇAQMALÇILIQ YOLU İLƏ NARKOTİKLƏRİN DAŞINMASININ QARŞISI ALINIB
[13 fevral 2009]
Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 50 kiloqramdan artıq narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb. | ətraflı oxu >>
TÜRKİYƏ HƏRBİ HAVA QÜVVƏLƏRİ ƏMƏLİYYATLAR ZAMANI 13 TERRORÇUNU ZƏRƏRSİZLƏŞDİRİB
[13 fevral 2009]
Türkiyə Hərbi Hava Qüvvələri ötən həftə İraqın şimalındakı Hakurk bölgəsində PKK tərəfdarlarına qarşı keçirdiyi əməliyyatlar zamanı 13 terrorçunu zərərsizləşdirib. | ətraflı oxu >>
«AZƏRBAYCAN MƏTBUATINDA PEŞƏ ETİKASI PİNSİPLƏRİNİN GÖZLƏNİLMƏSİ LAYİHƏSİ»NİN HƏYATA KEÇİRMƏSİNƏ BAŞLANILIB
[13 fevral 2009]
Mətbuat Şurası «Azərbaycan mətbuatında peşə etikası pinsiplərinin gözlənilməsi layihəsi»ni həyata keçirməyə başlayıb. Bununla bağlı keçirilən mətbuat konfransında layihənin Amerika Birləşmiş Ştatlarının | ətraflı oxu >>
BAĞDADDA QANLI TERROR AKTI TÖRƏDİLİB
[13 fevral 2009]
İraqın paytaxtı Bağdadda bu gün törədilən terror aktı nəticəsində 32 nəfər həlak olub, 84-ü ağır xəsarət alıb. Bu, hələki ilkin məlumatdır. Terror aktının təffərrüatı açıqlanmır. | ətraflı oxu >>
QONDARMA “ERMƏNİ SOYQIRIMI” MƏSƏLƏSİ YENƏ DƏ ABŞ-IN ERMƏNİPƏRƏST KONQRESMENLƏRİNİN GÜNDƏMİNDƏ
[13 fevral 2009]
“Habertürk”ün məlumatına görə, qondarma erməni soyqırımının tanınması ılə bağlı 2 demokrat və 2 respublikaçı konqresmen tərəfindən layihə hazırlanıb. | ətraflı oxu >>
ERMƏNİLƏR ATƏŞKƏSİ YENİDƏN POZDULAR
[13 fevral 2009]
Ermənistan Silahlı Qüvvələrinin bölmələri ötən gün Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Nəmirli kəndləri yaxınlğından Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini müxtəlif saatlarda fasilərlə atəşə tutub. | ətraflı oxu >>
ABŞ-IN NYU-YORK ŞƏHƏRİNDƏ KOMMERSİYA TƏYYARƏSİ YAŞAYIŞ BİNASINA ÇIRPILIB
[13 fevral 2009]
Nəticədə təyyarədə olan 44 sərnişin, 4 heyət üzvü və qəza zamanı küçədə olan 1nəfər həlak olub. Bufalo şəhərində baş verən hadisədən sonra əhali təhlükəsiz əraziyə köçürülüb. İnsident hava limanından 8 kilometr uzaqlıqda baş verib. | ətraflı oxu >>
KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[13 fevral 2009]
Cəlilabadda ata ov tüfəngindən atəş açaraq oğlunu yaralayıb. Rayonun Qarazəncir kənd sakini 54 yaşlı Qədirağa Qurbanov ailə münaqişəsi zəminində oğlu 21 yaşlı Nərimanı ayağından vurub. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisəni törədən şəxs tutulub. | ətraflı oxu >>
İSRAİLLƏ HƏMAS ARASINDA ATƏŞKƏS İKİ GÜN ƏRZİNDƏ İMZALANACAQ
[13 fevral 2009]
Bu barədə məlumat verən Həmasın siyasi bürosunun rəhbəri Musa Əbu Mərzuk Fələstinli fraksiyaların İsrail tərəfi ilə danışıqlarının sonunda sənədi imzalayacaqlarını açıqlayıb. | ətraflı oxu >>
GURCU-ABXAZ MÜNAQİŞƏ ZONASINDAKI BMT MİSSİYASININ MANDATININ 4 AY UZADILMASI PLANLAŞDIRILIR
[13 fevral 2009]
Gurcu-Abxaz münaqişə zonasındakı BMT missiyası mandatının 4 ay müddətinə uzadlması ilə bağlı qətnamə layihəsinin bu gün Qurumun Təhlükəsizlik Şurasında təsdiqlənəcəyi gözlənilir. | ətraflı oxu >>
TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN RUSİYAYA SƏFƏRİ DAVAM EDİR
[13 fevral 2009]
Bu gün Kreml sarayında Türkiyə prezidenti Abdullah Gülün rusiyalı həmkarı Dmitri Medvedevlə görüşü keçiriləcək. | ətraflı oxu >>
YUNANISTANDA ETİRAZ AKSİYASI KEÇİRİLİB
[13 fevral 2009]
Metallurgiya və gəmiçilik sahələrində çalışanlar minlərlə iş yerinin ixtisar olunmasına etiraz əlaməti olaraq parlament binası yaxınlığında aksiya təşkil ediblər. | ətraflı oxu >>
İQTİSADİ BÖHRAN PEJO AVTOBOMİL ŞİRKƏTİNƏ 445 MİLYON DOLLAR ZİYAN VURUB
[13 fevral 2009]
Pejo şirkətin İcraçı direktoru Kristian Ştrayf avtomobil sənayesinin hazırki durumunun acınacaqlı olduğunu və 2009 cu ildə satışın 20 faizə qədər aşağı düşəcəyini bildirib. | ətraflı oxu >>
QLOBAL İQTİSADİ BÖHRAN DÜNYA ÖLKƏLƏRİNİN TƏHLÜKƏSİZLİYİNƏ REAL TƏHDİD YARADIR
[13 fevral 2009]
Bunu bəyan edən ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin rəhbəri Denniz Bleyr Əl Qaidə terror təşkilatının ötən bir il ərzində xeyli zəıflədiyini də qeyd edib. | ətraflı oxu >>
QƏZZANIN BƏRPA EDİLMƏSİNƏ DAİR MİSİRİN PAYTAXTI QAHİRƏDƏ GƏLƏN AY BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK
[13 fevral 2009]
Bu barədə Birləşmiş Ştatların dövlət Katibi ilə keçirilən görüşdən sonra Misirin Xarici İşlər Naziri Əhməd Abul Geyt məlumat verib. | ətraflı oxu >>
İSRAİLDƏ KEÇİRİLƏN PARLAMENT SEÇKİSİNİN YEKUN NƏTİCƏLƏRİ AÇIQLANIB
[13 fevral 2009]
Bu ölkənin xarici işlər naziri Tsipi Livninin rəhbərlik etdiyi Kadima partiyası cəmi 1 yer çoxluğu ilə qalib elan olunub. | ətraflı oxu >>
İNDONEZİYANIN TAULAND ADASINDA GÜCLÜ ZƏLZƏLƏ BAŞ VERİB
[13 fevral 2009]
Episentiri Filipin adalarından təxminən 280 km aralıda qeydə alınan zəlzələnin gücü rixter cədvəli üzrə 7,2 bal gücündə olub. Təbii fəlakət nəticəsində 42 nəfər yaralanıb. | ətraflı oxu >>
RESPUBLİKAÇI SENATOR CAD QREQQ BARAK OBAMANIN ONA TƏKLİF ETDİYİ TİCARƏT NAZİRİ VƏZİFƏSİNDƏN İMTİNA EDİB
[13 fevral 2009]
Buna səbəb onun yeni dövlət başçısının iqtisadi siyasəti ilə razılaşmaması göstərilir. Barak Obamanın iqtisadiyata stimul paketinin əleyhdarı respublikaçı senator bir çox məsələlərdə onunla ciddi fikir ayrılığının olduğunu deyib. | ətraflı oxu >>
ABŞ-IN 16-CI PREZİDENTİ ABRAHAM LİNKOLNUN 200 İLLİK YUBİLEYİ QEYD OLUNUB
[13 fevral 2009]
Birləşmiş Ştatların 16-cı prezidentinin anım mərasimi onun şərəfinə tikilən xatirə kompleksinin qarşısında keçirilib. | ətraflı oxu >>
 
İQTİSADİYYAT
Untitled Document

NEFT 2 % BAHALAŞIB, QIZIL UCUZLAŞIR…
[25 fevral 2009]
Dünya bazarında neftin qiyməti 2 faiz artaraq 40 dolları keçib. Azərbaycan neftinin satıldığı London bircasında da neft bahalaşaraq 42 dollar yarımı keçib. | ətraflı oxu >>

YAŞAYIŞ BİNALARININ ALTINDAKI OBYEKTLƏRİN İŞİNDƏ DƏYİŞLİKLİK OLMAYACAQ
[25 fevral 2009]
Yaşayış binaların altındakı obyektlər bundan sonra da kommersiya və sahibkarlıq məqsədilə istifadə oluna bilər və bununla bağlı hansısa qanunda heç bir dəyişiklik nəzərdə tutulmayıb. | ətraflı oxu >>
BİRİNCİ MƏRTƏBƏDƏ EV SƏRFƏLİDR
[25 fevral 2009]
Son illər Azərbaycanda, xüsusilə Bakının daşınmaz əmlak bazarında baş verən ən böyük dəyişikliklərdən biri də birinci mərtəbədəki mənzillərin obyektlərə çevrilməsidir. | ətraflı oxu >>
AZƏRBAYCANIN BANK SEKTORUNDA RİSQLƏR BÖYÜKDÜR
[25 fevral 2009]
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri «Standart ənd Puurs» Azərbaycanın bank sektorundakı vəziyətlə bağlı açıqlama yayıb. Böhran dövründə bank sektoru və ölkə üzrə risqləri qiymətləndirən agentlik azərbaycanın bank sistemini 9-cu qrupa aid edib.| ətraflı oxu >>
 
 

 


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi