İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 
BU GÜN AZƏRBAYCAN İCTİMAİYYƏTİ XALQ ŞAİRİ BƏXTİYAR VAHABZADƏ İLƏ VİDALAŞIR
[14 fevral 2009]
Bu gün Azərbaycan ictimaiyyəti qüdrətli qələm ustası, xalq şairi, ictimai xadim Bəxtiyar Vahabzadə ilə vidalaşır. Xalq şairi ilə vida mərasimi saat 13-dən 15-dək Bakı Dövlət Universitetində keçirilir. | ətraflı oxu >>
ATƏŞKƏS YENİDƏN POZULUB
[14 fevral 2009]
Ermənistan Silahlı Qüvvələri fevralın 13-ü saat 13.20-dən başlayaraq yarım saat ərzində Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. | ətraflı oxu >>
KÜRDƏMİR RAYONUNDA AĞIR YOL QƏZASI BAŞ VERİB
[14 fevral 2009]
Karrar qəsəbəsində «Kamaz» və «Mersedes» markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyinin məlumatına görə, nəticədə bir nəfər hadisə yerindəcə keçinib, 5-i isə xəsarət alıb. | ətraflı oxu >>
BƏZİ RAYONLARA ELEKTRİK ENERJİSİNİN VERİLİŞİ DAYANDIRILIB
[14 fevral 2009]
Bu səhər saat 9 radələrindən Balakən, Zaqatala, Qax rayonlarına tamamilə, Şəkinin isə bir hissəinə elektrik enerjisinin verilişi dayandırılıb. Bölgə müxbirimizə verilən məlumata görə, | ətraflı oxu >>
TELEVİZİYANIN EFİR FAƏLİYYƏTİNƏ BAŞLAMASININ 53 YAŞI TAMAM OLUR
[14 fevral 2009]
Bu gün Azərbaycanda televiziyanın ilk dəfə efir faəliyyətinə başlamasının 53-cü ili tamam olur. Müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilən televiziya 1956-cı il fevralın 14-də ağ-qara təsvirləri ilə ilk yayıma başlayıb. | ətraflı oxu >>
«KEŞİKÇİ-DAĞ» MAĞARALAR KOMPLEKSİ ELMİ-TƏDQİQAT MƏQSƏDİLƏ TARİXÇİLƏRİN İXTİYARINA VERİLİB
[14 fevral 2009]
Azərbaycandakı tarixi abidələrdən biri də uzun müddət müəyyən səbəblər üzündən tarixçilərdən uzaq qalan Ağstafa rayonunun Gürcüstanla sərhəddə yerləşən «Keşikçi-dağ» mağaralar kompleksidir. | ətraflı oxu >>
BMT QAFQAZDAKI MİSSİYASININ MÜDDƏTİNİ DAHA 4 AY ARTIRIB
[14 fevral 2009]
BMT Qafqazdakı Missiyasının fəaliyyət müddətini daha 4 ay artırıb. Missiyanın fəaliyyətinin Gürcüstan ərazisində daha intensiv olacağını bəyan edən qurum üzvləri konkret sərhəd müəyyənləşdirməyib. | ətraflı oxu >>
ABŞ MANAS BAZASINDAN HƏRBİ KONTİNGENTİN GERİ ÇAĞIRILMASI PROSESİNƏ BAŞLAYIR
[14 fevral 2009]
ABŞ Qırğızıstandakı Manas bazasından hərbi kontingentin geri çağırılması prosesinə başlayır. Artıq hərbi avadanlıqların yığışdırılması barədə sərəncam verən Mərkəzi Kəşfiyyat İldarəsi Rusiyanın bu məsələ ilə bağlı | ətraflı oxu >>
ABŞ İLƏ ÇİN ARASINDA HƏRBİ ƏLAQƏLƏR BƏRPA OLUNUR
[14 fevral 2009]
Amerika ilə Çin arasında hərbi əlaqələrin bərpasına başlanılır. Bu barədə məlumat verən dövlət katibi Hillari Klinton Asiya turnesi ərəfəsində ölkəsinin Şimali Koreya və | ətraflı oxu >>
PENTAQON ORBİTDƏ RUSİYA PEYKİ İL TOQQUŞAN PEYKİN VURDUĞU ZƏRƏRİ AÇIQLAYIB
[14 fevral 2009]
Amerikanın Müdafiə Nazirliyi orbitdə Rusiya peyki il toqquşan peykinin vurduğu və vuracağı zərəri açıqlayıb. Müdafiə Nazirliynin mətubat katibi Ceff Morel peyklərin qalıqlarından yaranan | ətraflı oxu >>
TƏYYARƏ QƏZASININ SƏBƏBLƏRİ AYDINLAŞIR
[14 fevral 2009]
ABŞ-da ötən gün 49 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının səbəbləri aydınlaşdırılır. Artıq təyyarənin qara qutusunun tapıldığı bildirilir. Qutuların oxunması zamanı aydın olub ki, pilot avia-dispetçerlərə qanadlarda soyumanın baş verdiyini deyib. | ətraflı oxu >>
BÖYÜK BRİTANİYADA TƏYYARƏ QƏZASI BAŞ VERİB
[14 fevral 2009]
Böyük Britaniya aeroportunun eniş zolağında da təyyarə qəzası baş verib. İki nəfər xəsarət alsa da, «British Airways» şirkəti enişin uğurlu olduğunu bildirir. Belə ki, yerə enmə zamanı təyyarənin ön təkərləri zədələnib. | ətraflı oxu >>
HİNDİSTANDA SƏRNİŞİN QATARI RELSDƏN ÇIXIB
[14 fevral 2009]
Nəticədə 10 nəfər həlak olub, daha 100-ü yaralanıb. Hadisə gecə saatlarında baş verib. Sərnişin qatarının qəzaya uğraması nəticəsində 3 vaqon aşıb. Sərnişinlərin əksəriyyətinin vəziyyəti ağır qiymətləndirilir. | ətraflı oxu >>
İSRAİL «İSLAMİ-CİHAD» TƏŞKİLATININ MÖVQELƏRİNƏ AVİA-ZƏRBƏLƏR ENDİRİB
[14 fevral 2009]
İsrail təyyarələri Qəzza bölgəsində Fələstinin «İslami-Cihad» təşkilatının mövqelərinə avia-zərbələr endirib. Nəticədə təşkilatın bir üzvü öldürülüb, daha biri isə ağır yaralanıb. | ətraflı oxu >>
AVROPA 13 YAŞLI MƏKTƏBLİNİN ATA OLMASINI ŞOKLA QARŞILAYIB
[14 fevral 2009]
Bütün Avropa 13 yaşlı məktəblinin ata olmasını şokla qarşılayıb. 15 yaşlı Şantal Stedmanla hələ bir il əvvəldən görüşən 13 yaşlı Alfi Pattenin dünyanın ən gənc atası olması heç də müsbət qarşılanmayıb. | ətraflı oxu >>
 
İQTİSADİYYAT
Untitled Document

NEFT 2 % BAHALAŞIB, QIZIL UCUZLAŞIR…
[25 fevral 2009]
Dünya bazarında neftin qiyməti 2 faiz artaraq 40 dolları keçib. Azərbaycan neftinin satıldığı London bircasında da neft bahalaşaraq 42 dollar yarımı keçib. | ətraflı oxu >>

YAŞAYIŞ BİNALARININ ALTINDAKI OBYEKTLƏRİN İŞİNDƏ DƏYİŞLİKLİK OLMAYACAQ
[25 fevral 2009]
Yaşayış binaların altındakı obyektlər bundan sonra da kommersiya və sahibkarlıq məqsədilə istifadə oluna bilər və bununla bağlı hansısa qanunda heç bir dəyişiklik nəzərdə tutulmayıb. | ətraflı oxu >>
BİRİNCİ MƏRTƏBƏDƏ EV SƏRFƏLİDR
[25 fevral 2009]
Son illər Azərbaycanda, xüsusilə Bakının daşınmaz əmlak bazarında baş verən ən böyük dəyişikliklərdən biri də birinci mərtəbədəki mənzillərin obyektlərə çevrilməsidir. | ətraflı oxu >>
AZƏRBAYCANIN BANK SEKTORUNDA RİSQLƏR BÖYÜKDÜR
[25 fevral 2009]
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri «Standart ənd Puurs» Azərbaycanın bank sektorundakı vəziyətlə bağlı açıqlama yayıb. Böhran dövründə bank sektoru və ölkə üzrə risqləri qiymətləndirən agentlik azərbaycanın bank sistemini 9-cu qrupa aid edib.| ətraflı oxu >>
 
 

 


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi