İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YUNANISTANA SƏFƏRİ DAVAM EDİR
[17 fevral 2009]
Azərbaycanın Dövlət başçısı ötən gün Yunanıstanda “Vardinoyannis Group”un idarə heyətinin sədri və “Motor Oil Hellas”ın prezidenti Vardis Vardinoyannislə görüşüb. | ətraflı oxu >>
SABAH HEYDƏR ƏLİYEV ADINA SARAYDA “BAKI - İSLAM MƏDƏNİYYƏTİNİN PAYTAXTI” ELAN OLUNMASI İLƏ ƏLAQƏDAR TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLƏCƏK
[17 fevral 2009]
2 gün davam edəcək tədbirdə İSESKO-nun baş katibi, bir sıra Avropa və islam ölkələrindən şəhər merləri, 4 ölkənin nazir və nazir müavinlərinin iştirak nəzərdə tutulur. | ətraflı oxu >>
BAKIDA AZƏRBAYCAN-İRAN HÖKUMƏTLƏRARASI KOMİSSİYASININ İCLASINA HAZIRLIQLA BAĞLI İŞÇİ QRUPUNUN GÖRÜŞÜ KEÇİRİLİR
[17 fevral 2009]
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, hazırda Azərbaycanla İran arasında iqtisadi və regional məsələlər, | ətraflı oxu >>
ATƏT PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASINDA AVROPADA TƏHLÜKƏSİZLİK MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNACAQ
[17 fevral 2009]
Qurumun üzvü olan 56 dövlətin 270-dən artıq parlament nümayəndəsi fevralın 19-20-də keçiriləcək 8-ci sessiyanın işində iştirak edəcək. | ətraflı oxu >>
EKOLOQLARIN KÜR ÇAYININ DAHA ÇOX GÜRCÜSTAN ƏRAZİSİNDƏ ÇİRKLƏNMƏSİ BARƏDƏ HƏYACAN SIQNALI ÇALINIR
[17 fevral 2009]
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəsislərinin Gürcüstanla sərhəd zonada keçirdikləri monitorinqin yekun rəyi bu ölkənin müvafiq qurumları tərəfindən birmənalı qarşılanmayıb. | ətraflı oxu >>
SÜRÜCÜ ALDIĞI XƏSARƏTLƏRDƏN ELƏ HADİSƏ YERİNDƏ KEÇİNİB
[17 fevral 2009]
Bir qədər əvvəl Bakının Yasamal rayonu Şərifzadə küçəsində yol nəqliyyat hadisəsi baş verib. Metronun İnşaatçılar stansiyası istiqamətində hərəkət edən Tofaş markalı minik avtombili yoldan çıxaraq yanacaqdoldurma məntəqəsinin sayğaclarına çırpılıb. | ətraflı oxu >>
BARAK OBAMA BİRLƏŞMİŞ ŞTATLARIN HƏR ZAMAN TÜRKİYƏNİN HƏSSAS MƏSƏLƏLƏRİNİ ANLAYIŞLA QARŞILADIĞINI BİLDİRİB
[17 fevral 2009]
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama türkiyəli həmkarı Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Cənubi Qafqaz, Yaxın Şərq, | ətraflı oxu >>
AMERİKA PREZİDENTİ BARAK OBAMANIN İRANLA DANIŞIQLAR QƏRARI İSRAİLİN VƏZİYYƏTİNİ ÇƏTİNLƏŞDİRƏCƏK
[17 fevral 2009]
İsrailin müdafiə naziri Ehud Barak belə deyib. Onun sözlərinə görə, İranın nüvə silahı sahiblənsə, İsrailin mövcudluğuna daim təhlükə olacaq. | ətraflı oxu >>
İSRAİL RƏHBƏRLİYİ SÜLH PROSESİ ÇƏRÇİVƏSİNDƏ ƏRAZİ GÜZƏŞTLƏRİNƏ GETMƏLİ OLACAQ
[17 fevral 2009]
Bunu İsrailin xarici işlər naziri, Kadima patiyasının lideri Tsipi Livni bəyan edib. Likud partiyasının lideri, baş nazir vəzifəsinə Tsipi Livninin əsas rəqibi Benyamin Netanyahu isə | ətraflı oxu >>
NATO-NUN TIFLISDƏ FƏALIYYƏT GÖSTƏRƏCƏK KOMISSIYASININ YARADILMASI MƏSƏLƏSI MÜZAKIRƏ EDILƏCƏK
[17 fevral 2009]
NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə xüsusi nümayəndəsi Robert Simmons Gürcüstana səfər edib. Robert Simmonsun keçirəcəyi görüşlərdə | ətraflı oxu >>
TÜRKİYƏNİN KÜTAHYA BÖLGƏSİNDƏ 5 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB
[17 fevral 2009]
Bu səhər Türkiyənin Kütahya bölgəsində Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində 1 nəfər həlak olub, 3-ü xəsarət alıb. Bəzi evlərin divarlarında çatlar əmələ gəlib. | ətraflı oxu >>
QARA DƏNİZİN İSTANBUL YAXINLIĞINDAKI SULARINDA TANKER YANIR
[17 fevral 2009]
“Haldoz” adlı tankerdəki yanğının qarşısını almaq hələlik mümkün olmayıb. Tankerin boş olduğu və Tuzla limanından Rusiya Federasiyasına getmək üçün çıxdığı bildirilir. Türkiyə rəsmiləri heyətin evakuasiya edildiyini deyir. | ətraflı oxu >>
BÖYÜK BRİTANİYADA POLİSİN ŞƏKLİNİ ÇƏKMƏK QADAĞAN EDİLİB
[17 fevral 2009]
Rəsmi olaraq qüvvəyə minən qanuna əsasən asayiş keşikçisinin fotoşəklini çəkən istənilən şəxs 10 ilədək azadlıqdan mərhumetmə cəzasına məhkum oluna bilər. | ətraflı oxu >>
 
İQTİSADİYYAT
Untitled Document

NEFT 2 % BAHALAŞIB, QIZIL UCUZLAŞIR…
[25 fevral 2009]
Dünya bazarında neftin qiyməti 2 faiz artaraq 40 dolları keçib. Azərbaycan neftinin satıldığı London bircasında da neft bahalaşaraq 42 dollar yarımı keçib. | ətraflı oxu >>

YAŞAYIŞ BİNALARININ ALTINDAKI OBYEKTLƏRİN İŞİNDƏ DƏYİŞLİKLİK OLMAYACAQ
[25 fevral 2009]
Yaşayış binaların altındakı obyektlər bundan sonra da kommersiya və sahibkarlıq məqsədilə istifadə oluna bilər və bununla bağlı hansısa qanunda heç bir dəyişiklik nəzərdə tutulmayıb. | ətraflı oxu >>
BİRİNCİ MƏRTƏBƏDƏ EV SƏRFƏLİDR
[25 fevral 2009]
Son illər Azərbaycanda, xüsusilə Bakının daşınmaz əmlak bazarında baş verən ən böyük dəyişikliklərdən biri də birinci mərtəbədəki mənzillərin obyektlərə çevrilməsidir. | ətraflı oxu >>
AZƏRBAYCANIN BANK SEKTORUNDA RİSQLƏR BÖYÜKDÜR
[25 fevral 2009]
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri «Standart ənd Puurs» Azərbaycanın bank sektorundakı vəziyətlə bağlı açıqlama yayıb. Böhran dövründə bank sektoru və ölkə üzrə risqləri qiymətləndirən agentlik azərbaycanın bank sistemini 9-cu qrupa aid edib.| ətraflı oxu >>
 
 

 


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi