İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 
BU GÜN HEYDƏR ƏLİYEV ADINA SARAYDA “BAKI-İSLAM MƏDƏNİYYƏTİNİN PAYTAXTI-2009” MƏDƏNİYYƏT İLİNİN TƏNTƏNƏLİ AÇILIŞI OLUB
[18 fevral 2009]
Azərbaycan prezidenti İlham Əliyev və xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib. Prezident İlham Əliyev mərasimdə çıxış edib. | ətraflı oxu >>
ATƏT-İN MİNSK QRUPPU HƏMSƏDRLƏRİ FEVRALIN 27-DƏ REGİONA NÖVBƏTİ DƏFƏ SƏFƏR EDƏCƏK
[18 fevral 2009]
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qruppu həmsədrləri fevralın 27-də regiona növbəti dəfə səfər edəcək. | ətraflı oxu >>
MSK-NIN BU GÜNKÜ İCLASINDA REFERENDUM ÜZRƏ TƏŞVİQAT QRUPLARINA AYRILAN ÖDƏNİŞSİZ EFİR VAXTININ QAYDALARI MÜƏYYƏNLƏŞİB
[18 fevral 2009]
2009-cu il martın 18-nə təyin edilən ümumxalq səsverməsində (referendumda) ödənişsiz əsaslarla ayrılan efir vaxtının bölgüsü cədvəlinin dərc edilməsi haqqında Azərbaycan Mərkəzi Seçki Komissiyasının qərarında bildirilir ki, | ətraflı oxu >>
UŞAQ HÜQUQLARI MÖVZUSUNDA JURNALİST YAZILARI MÜSABİQƏSİNİN YEKUNLARINA HƏSR OLUNAN MƏTBUAT KONFRANSI
[18 fevral 2009]
Gənc liderlər uşaq təşkilatının təşəbbüsü ilə uşaq hüquqları mövzusunda jurnalistlər arasında keçirilən yazı və televiziya sujeti müsabiqəsinin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib. | ətraflı oxu >>
BAKININ SABUNÇU RAYONUNDA EV SAHİBİ ÖZ EVİNDƏN OĞURLUQ EDİB
[18 fevral 2009]
31 yaşlı Rüstəm Süleymanov həyat yoldaşının işdə olmasından istifadə edərək görəcəyi işi pərdələmək məqsədi ilə qapının qıfılını sındıraraq evə daxil olub və evdəki videomaqnitafonu və | ətraflı oxu >>
RUSİYANIN KİYEVDƏKİ SƏFİRİ VİKTOR ÇERNOMIRDİN BU ÖLKƏDƏ ARZUOLUNMAZ ŞƏXS ELAN EDILƏ BILƏR
[18 fevral 2009]
Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki səfiri Viktor Çernomırdini arzuolunmaz şəxs elan oluna biləcəyi nin mümkünlüyü barədə xəbardar edib. | ətraflı oxu >>
BARAK OBAMANIN TƏŞVİQAT KAMPANYASINI MALİYYƏLƏŞDİRƏN ALLEN STENFORD MALİYYƏ FIRILDAQLARINDA GÜNAHLANDIRILIR
[18 fevral 2009]
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın təşviqat kampanyasını maliyyələşdirən Allen Stenford maliyyə fırıldaqlarında günahlandırılır. | ətraflı oxu >>
ABŞ KƏŞFİYYATI DÜNYADAKI QLOBAL MALİYYƏ BÖHRANININ SƏBƏBLƏRİNƏ DAİR HESABATINI YAYIMLAYIB
[18 fevral 2009]
Hesabat müəllifləri böhrana görə Rusiyanı və keçmiş sovet ölkələrini günahlandırır. Hesabatda həmin ölkələrdən gözlənilən təhlükələr barədə də xəbərdarlıq edilir. /İctimai TV/
İRANIN ZAHİDAN ŞƏHƏRİNDƏKİ MƏSCİDLƏRDƏN BİRİNDƏ PARTLAYIŞ BAŞ VERİB
[18 fevral 2009]
Xəsarət alanlar barədə məlumat verilmir. Ərazi hüquq mühafizə orqanı əmakdaşları tərəfindən mühasirəyə alınıb. Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti üzərinə götürməyib. /İctimai TV/
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YUNANISTANA DÖVLƏT SƏFƏRİ BAŞA ÇATIB
[18 fevral 2009]
Dövlət başçısı ötən gün axşam Bakıya qayıdıb. /İctimai TV/
BAKI - İSLAM MƏDƏNİYYƏTİNİN PAYTAXTI” DEVİZİ ALTINDA TƏDBİRİN TƏNTƏNƏLİ AÇILIŞINA START VERİLDİ
[18 fevral 2009]
Bu gün Heydər Əliyev adına sarayda “Bakı - islam mədəniyyətinin paytaxtı” devizi altında tədbirin təntənəli açılış mərasimi keçirilir. | ətraflı oxu >>
KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[18 fevral 2009]
Gəncədə dələduzluqda məşğul olan şəxsin kimliyi müəyyənləşdirilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Gəncə sakinləri - Ayaz Quliyev və Abil Qəmbərovun etimadını qazanaraq 20 min manatdan çox pulunu alan Kəlbəcər sakini Əli İbrahimov tutulub. | ətraflı oxu >>
ERMƏNİLƏR ATƏŞKƏSİ YENİDƏN POZDULAR
[18 fevral 2009]
Ermənistan ordusunun bölmələri dünən Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdən, Tərtərin Çaylı kəndindən və Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbə-üz mövqelərini avtomat və | ətraflı oxu >>
MAQATE RƏHBƏRİ ƏL-BARADEY NÜVƏ MƏSƏLƏSİNDƏ İRAN VƏ SURİYANIN TƏŞKİLATLA İŞ BİRLİYİNDƏN NARAZIDIR
[18 fevral 2009]
Parisdə jurnalistələrin suallarını cavablandıran Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin rəhbəri Əl-Baradey rəsmi Tehranın | ətraflı oxu >>
“AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI XARİCİ SİYASƏTİNDƏ ƏSASLI DƏYİŞİKLİKLƏR ETMƏLİDİR”
[18 fevral 2009]
Belə bir bəyanatı İran prezidenti Mahmud Əhmədi Nejat səsləndirib. İran televiziyası ilə yayılan açıqlamasında Əhmədi Nejat rəsmi Vaşiqtonla münasibətlərin möhkəmlənməsinin yalnız | ətraflı oxu >>
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI VENESUELADA REFERENDUMUN DEMOKRATİK KEÇİRİLDİYİNİ BƏYAN EDİB
[18 fevral 2009]
Amerika Birləşmiş Ştatları Venesuelada prezident Uqo Çavesin yenidən dövlət başçısı seçilməsinə imkan yaradan referendumun demokratik keçirildiyini bəyan edib. | ətraflı oxu >>
İSRAİL AVİASİYASI QƏZZA ZOLAĞININ CƏNUBUNA NÖVBƏTİ ZƏRBƏLƏR ENDİRİB
[18 fevral 2009]
İlk bobardımanda Həmasın qaçamalçılıq yolu ilə silah gətirimək üçün istifadə etdiyi yeraltı tunel hədəfə alınıb.İkinci həmlə isə qruplaşmanın Xan Yunis şəhərindəki obyektlərinə edilib. İsaril ordusu faktı təsdiqləyib. | ətraflı oxu >>
ERMƏNİLƏR XOCALI FACİƏSİNİ TÖRƏDƏRKƏN AHISKA TÜRKLƏRİNƏ QARŞI DA SOYQIRIM HƏYATA KEÇİRİB
[18 fevral 2009]
Ermənilər 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı faciəsini törədərkən, təkçə azərbaycanlılara deyil, Ahıska türklərinə qarşı da soyqırım həyata keçirib. 1988-ci ildən burada məskunlaşan Ahıska türklərindən 55 nəfəri ermənilər tərəfindən əsir və girov götürülüb. | ətraflı oxu >>
BU GÜN POLŞADA NATO-YA ÜZV ÖLKƏLƏRİN MÜDAFİƏ NAZİRLƏRİNİN TOPLANTISI KEÇİRİLƏCƏK
[18 fevral 2009]
Qurum üzvləri Şimali Atlantik Alyansın apreldə təşkil olunacaq zirvə görüşünə hazırlıq məsələlərini müzakirə edəcək. | ətraflı oxu >>
QAFQAZDA TƏHLÜKƏSİZLİYƏ HƏSR OLUNAN MÜZAKİRƏLƏRİN 4-CÜ RAUNDU BU GÜN BAŞA ÇATIR
[18 fevral 2009]
Cenevrədə BMT, Avropa İttifaqı və ATƏT-in təşkilatçılığı ilə keçirilən müzakirlərədə ABŞ, Rusiya, Gürcüstan ,həmçinin Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimlərin nümayəndələri iştirak edir. | ətraflı oxu >>
ABŞ PREZİDENTİ BARAK OBAMA SEÇKİQABAĞI VERDİYİ VƏDLƏRDƏN DAHA BİRİNİ YERİNƏ YETİRİB
[18 fevral 2009]
Ağ ev rəhbəri Əfqanıstana daha 17 min Amerika əsgərinin göndərilməsi barədə qərar qəbul edib. | ətraflı oxu >>
ABŞ PREZİDENTİ BARAK OBAMA KONGRESS TƏRƏFİNDƏN QƏBUL OLUNMUŞ 787 MİLYARD DOLLARLIQ ANTİBÖHRAN PLANINI İMZALAYIB
[18 fevral 2009]
İmzalanma mərasimi Kolorado ştatındakı Denver muzeyində keçirilib. Ağ ev rəhbəri sənədi imzalamazdan əvvəl ayrılan məbləğin hansı sahələrə xərclənəciyi barədə məlumat verib. | ətraflı oxu >>
KALİFORNİYA ŞTATINDA 2012-Cİ İLƏDƏK 158 MİN MƏHBUS CƏZA MÜDDƏTİ BAŞA ÇATMADAN AZADLIĞA BURAXILACAQ
[18 fevral 2009]
Amerikanın Kaliforniya ştatının rəhbərliyi cəzaçəkmə müəssislərindəki məhkumların əksəriyyətinin vaxtından əvvəl azadlığa buraxmaq barədə qərar qəbul edib. | ətraflı oxu >>
«KRAYSLER» ŞİRKƏTİ 3 MİN ƏMAKDAŞINI İXTİSARA SALMAĞI PLANLAŞDIRIR
[18 fevral 2009]
Amerika Birləşmiş Ştatlarının avtomabil nəhəngi işçilərin ixtisarı ilə yanaşı 3 modelin buraxlışını dayandırmaq və əmakdaşlarının iş saatlarını da azaltmaq niyyətindədir. | ətraflı oxu >>
İTALİYADA SİYASİ BÖHRAN MÜŞAHİDƏ OLUNUR
[18 fevral 2009]
Ölkənin əsas müxalifət partiyalarından olan Demokrat Partiyasının yerli seçkilərdə məğlub olması vəziyyəti gərginləşdir.Məğlubiyyətlə razılaşmayan partiyanın rəhbəri Valter Veltroni istefaya getdiyni bəyan edib. | ətraflı oxu >>
AFİNADA SİLAHLI ŞƏXSLƏR ÖZƏL TELEKANALLARIN BİRİNƏ HÜCUM EDİB
[18 fevral 2009]
Məlumatlara görə, Yunanıstanın paytaxtı Afinada 4 nəfər ilk öncə telekanallardan birinin həyətində olan avtomobillərə partlayıcı maddə atıb. Lakin hüquq-mühafiə orqanlarının vaxtında müdaxiləsi hadisənin itkisiz ötüşməsinə səbəb olub. | ətraflı oxu >>
ANTARKTİDADA SƏRNİŞİN GƏMİSİ QƏZAYA UĞRAYIB
[18 fevral 2009]
64 sərnişin və 41 heyət üzvünün olduğu “Okean Nova” adlı gəmi ilə Argentina sahillərində əlaqə kəsilib. Argentina Hərbi dəniz qüvvələrinin açıqlamasına görə, hadisəyə küləkli hava şəraiti səbəb olub. | ətraflı oxu >>
RİQADA UŞAQ BAXÇALARNIN BİRİNDƏ 30- DAN ARTIQ UŞAQDA SALMANİOZ AŞKAR EDİLİB
[18 fevral 2009]
Həkim müayinəsi zamanı məlum olub ki, xəstəlik toyuq məhsulundan keçib. Verilən məlumata görə son 2 həftə ərzində baxçada 32 uşaq bu xəstəliyə yoluxub. | ətraflı oxu >>
ZİMBABVEDƏ VƏBA QURBANLARININ SAYI ARTIB
[18 fevral 2009]
Sərhədsiz Həkimlər təşkilatı ölkədə vəziyyətin getdikcə ağırlaşdığını və tam nəzarətdən çıxdığını açıqlayıb. Qurum təcili tədbirlər görülməsə, öldürücü xəstəlyin daha minlərlə insanın ölümünə səbəb olacağı ilə bağlı xəbərdarlıq edib. | ətraflı oxu >>
OPERA TAMAŞALARINA ƏCNƏBİLƏR DAHA ÇOX MARAQ GÖSTƏRİRLƏR
[18 fevral 2009]
Azərbaycanda operanın yetərincə təbliğ edilməməsi bu sahəyə marağın azaldığı təsəvvürünü yaradır. Tamaşaçı auditoriyasının məhdud olmadığını deyən incəsənət xadimləri isə tamaşaçılar arasında əcnəbi vətəndaşlara daha çox rast gəlindiyini bildirir. | ətraflı oxu >>
 
İQTİSADİYYAT
Untitled Document

NEFT 2 % BAHALAŞIB, QIZIL UCUZLAŞIR…
[25 fevral 2009]
Dünya bazarında neftin qiyməti 2 faiz artaraq 40 dolları keçib. Azərbaycan neftinin satıldığı London bircasında da neft bahalaşaraq 42 dollar yarımı keçib. | ətraflı oxu >>

YAŞAYIŞ BİNALARININ ALTINDAKI OBYEKTLƏRİN İŞİNDƏ DƏYİŞLİKLİK OLMAYACAQ
[25 fevral 2009]
Yaşayış binaların altındakı obyektlər bundan sonra da kommersiya və sahibkarlıq məqsədilə istifadə oluna bilər və bununla bağlı hansısa qanunda heç bir dəyişiklik nəzərdə tutulmayıb. | ətraflı oxu >>
BİRİNCİ MƏRTƏBƏDƏ EV SƏRFƏLİDR
[25 fevral 2009]
Son illər Azərbaycanda, xüsusilə Bakının daşınmaz əmlak bazarında baş verən ən böyük dəyişikliklərdən biri də birinci mərtəbədəki mənzillərin obyektlərə çevrilməsidir. | ətraflı oxu >>
AZƏRBAYCANIN BANK SEKTORUNDA RİSQLƏR BÖYÜKDÜR
[25 fevral 2009]
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri «Standart ənd Puurs» Azərbaycanın bank sektorundakı vəziyətlə bağlı açıqlama yayıb. Böhran dövründə bank sektoru və ölkə üzrə risqləri qiymətləndirən agentlik azərbaycanın bank sistemini 9-cu qrupa aid edib.| ətraflı oxu >>
 
 

 


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi