İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 
PREZİDENT İLHAM ƏLİYEV XALQ ŞAİRİ BƏXTİYAR VAHABZADƏNİN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA SƏRƏNCAM İMZALAYIB
[19 fevral 2009]
Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. | ətraflı oxu >>
PREZİDENT İLHAM ƏLİYEV MANUÇEHR MOTTƏKİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB
[19 fevral 2009]
Bu gün prezident İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri, Azərbaycan-İran Hökumətlər-arası Komissiyasının həmsədri Manuçehr Mottəkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. | ətraflı oxu >>
REFERENDUMLA ƏLAQƏDAR BU GÜNDƏN MƏNTƏQƏ SEÇKİ KOMİSSİYALARI ÜÇÜN TRENİNQLƏRƏ BAŞLANIB
[19 fevral 2009]
Martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçriləcək referendumla əlaqədar bu gündən məntəqə seçki komissiyaları üçün treninqlərə başlanıb. | ətraflı oxu >>
ƏDLİYYƏ ORQANLARININ ƏKSƏRİYYƏTİ YENİ AVADANLIQ VƏ TEXNİKA İLƏ TƏCHİZ EDİLİB
[19 fevral 2009]
Bu barədə 2008-ci ildə görülən işlər və qarşıda duran vəzifələrə dair keçirilən kollegiyada bildirən ədliyyə naziri Fikrət Məmmədov penitensiar sistemin təkminləşdirilməsi, | ətraflı oxu >>
AZƏRBAYCANDA İLK DƏFƏ 1-İN 1 MİLYONA NİSBƏTİNDƏ «TƏBİİ RADİ-AKTİV-LİK XƏRİTƏ MODELİ» TƏRTİB OLUNUB
[19 fevral 2009]
Geologiya İnstutunda hazırlanan xəritədə Azərbaycan ərazisində radi-aktiv fonu 3 kateqoriyaya bölünüb. | ətraflı oxu >>
AZƏRBAYCAN-İRAN HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN NÖVBƏTİ İCLASININ TEHRANDA KEÇİRİLMƏSİ İLƏ BAĞLI RAZILIQ ƏLDƏ OLUNUB
[19 fevral 2009]
Bakıda Azərbaycan-İran Hökumətlərarası Komissiyasının 7-ci müştərək iclası keçirilib. İclasda iqtisadi, siyasi, humanitar sahədə müzakirələr aparılıb. Azərbaycandakı iqtisadi inkişaf və həyata keçirilən layihələr barədə məlumat verən Xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov bildirib ki, | ətraflı oxu >>
XARİCİ İŞLƏR NAZİRİ MƏNUÇÖHR MÖTƏKKİ BU GÜN AZƏRBAYCAN MİLLİ MƏCLİSİNİN SƏDRİ OQTAY ƏSƏDOVLA DA GÖRÜŞÜB
[19 fevral 2009]
Milli Məclisin sədri görüşdə bildirib ki, Azərbaycan İranla əlaqələrin inkişafına böyük önəm verir. Martın 10-da Azərbaycan prezidenti İlham Əlieyevin İrana səfər edəcəyini deyən Oqtay Əsədov onu da qeyd edib ki, | ətraflı oxu >>
HƏRBİ QULLUQÇULARIN İNZİBATİ HƏBSİ HAQQINDA QANUN LAYİHƏSİ BAXILMAQ ÜÇÜN PARLAMENTƏ TÖVSİYƏ EDİLİB
[19 fevral 2009]
Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının bu günkü iclasında hərbi qulluqçuların inzibati həbsi haqqında qanun layihəsi müzakirə edilərək, baxılmaq üçün parlamentə tövsiyə edilib. Komissiyanın sədri, Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov bildirib ki, | ətraflı oxu >>
RƏSMİ BAKI XOCALI SOYQRIMININ BEYNƏLXALQ MÜSTƏVİDƏ HÜQUQİ QİYMƏT ALMASI İSTİQAMƏTİNDƏ İŞLƏRİNİ BUNDAN SONRA DA DAVAM ETDİRƏCƏK
[19 fevral 2009]
Rəsmi Bakı Xocalı soyqrımının beynəlxalq müstəvidə hüquqi qiymət alması istiqamətində işlərini bundan sonra da davam etdirəcək. Bu barədə məlumat verən Azərbaycan prezidentinin icra aparatının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, | ətraflı oxu >>
ERMƏNILƏR ATƏŞKƏSI YENIDƏN POZDULAR
[19 fevral 2009]
Ermənistan silahlı qüvvələri fevralın 18-də saat 20:15-dən gecə saatlarına qədər Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbə-üz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, | ətraflı oxu >>
TÜRKİYƏNİN ORTA MƏKTƏBLƏRİNDƏ «SARI GƏLİN-ERMƏNİ SOYQRIMININ İÇYÜZÜ» ADLI SƏNƏDLİ FİLMİN YAYIMI DAYANDIRILIB
[19 fevral 2009]
Türkiyə mətbuatının məlumatına görə, bu ölkədə yaşayan təxminən 500-ə yaxın erməni baş nazir Rəcəb Təyyib Ərdoğana açıq məktub yazaraq filmin nümayişinin dayandırılmasını xahiş edib. Ankara Milli Təhsil İdarəsi isə səbəb göstərmədən bu gündən filmin Türkiyənin təhsil müəssisələrində yayımını məhdudlaşdırıb. Qeyd edək ki, | ətraflı oxu >>
AMERİKADAKI ERMƏNİ LOBBİSİNİN ƏN NÜFUZLU TƏŞKİLATI OLAN «AMERİKA ERMƏNİ MİLLİ KOMİTƏSİ» FIRILDAQDA GÜNAHLANDIRILIR
[19 fevral 2009]
APA-nın məlumatına görə, ABŞ-ın «Vaşinqtonda Vətəndaşların Məsuliyyəti və Etikası» Qeyri-Hökumət Təşkilatı, Dövlət Vergi qurumunun Daxili Gəlirlər Xidmətinin rəhbərliyi ABŞ Senatı və Konqresin Nümayəndələr Palatasına adıçəkilən erməni təşkilatının fəaliyyətinin araşdırılması ilə bağlı müraciət edib. Müraciətdə deyilir ki, | ətraflı oxu >>
İSLAM KONFRANSI TƏŞKİLATINA ÜZV DÖVLƏTLƏRİN PARLAMENT İTTİFAQI ŞURASI VƏ İCRAİYYƏ KOMİTƏSİ BU GÜN İŞİNİ YEKUNLAŞDIRIR
[19 fevral 2009]
Nigerin Niameydə şəhərində keçirilən İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Şurası və İcraiyyə Komitəsi bu gün işini yekunlaşdırır. 4 gün davam edən tədbirdə islam ölkələri arasında siyasi, iqtisadi əlaqələrin vəziyyəti, eləcə də beynəlxalq maliyyə böhranı və onun üzv dövlətlərin iqtisadiyyatlarına təsiri, «İslam Valyuta Fondu»nun yaranmasının mümkünlüyü və | ətraflı oxu >>
QIRĞIZISTAN PARLAMENTİ “MANAS” AERPORTUNDAN İSTİFADƏ İLƏ BAĞLI ABŞ-LA BAĞLANAN MÜQAVİLƏNİN BİRTƏRƏFLİ QAYDADA LƏĞV EDİLMƏSİ BARƏDƏ QƏRAR QƏBUL EDİB
[19 fevral 2009]
“Manas” aerportundan istifadə ilə bağlı ABŞ--la bağlanan müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə hökümətin təqdim etdiyi qanun layihəsi parlamentdəki deputatlardan əksəriyyətinin dəstəyini qazanıb. Sosial demokratlar isə səsvermədə iştirak etməyib. Qeyd edək ki, | ətraflı oxu >>
ABŞ-IN SABİQ PREZİDENTİ CORC BUŞA AYAQQABI ATAN JURNALİSTIN MƏHKƏMƏSİ TƏXİRƏ SALINIB
[19 fevral 2009]
ABŞ-ın sabiq prezidenti Corc Buşun İraq səfəri zamanı ona ayaqqabı atan jurnalist Məntəzar Əl Zeydinin bu günə nəzərdə tutulan məhkəməsi təxirə salınıb. Bağdad məhkəməsi jurnalistə qarşı zor tətbiq edən mühafizəçilərdən birini məhkəməyə gəlməməsini əsas gətirərək, | ətraflı oxu >>
TÜRKİYƏDƏ PARTLAYIŞ BAŞ VERİB
[19 fevral 2009]
İlkin məlumatlara görə Əski-şəhərdə ətriyyat dükanlarından birində baş verən partlayış zamanı 15 nəfər xəsarət alıb. Zərərçəkənlər ərazidən keçən sakinlər olub. Onlardan 2-nin vəziyyəti ağırdır. Hadisə zamanı yaxınlıqdakı obyektlərə də ciddi ziyan dəyib. Ətrafdakı binaların sakinləri təhlükəsiz əraziyə köçürülüb. İlkin ehtimala görə, | ətraflı oxu >>
ALMANİYADA «İLİN 5-Cİ MÖVSÜMÜ» ADLI KARNAVAL BAŞLAYIB
[19 fevral 2009]
Bir həftə sürəcək mərasimlər zamanı müsiqinin müşayiəti ilə müxtəlif nömrələr nümayiş etdiriləcək. Karnavalın açılış mərasimində kansler Angela Merkel orden və hədiyyələrlə təltif edilib. Berlin karnavalını izləmək üçün dünyanın müxtəlif ölkələrindən | ətraflı oxu >>
MEKSİKADA KORRİDA ZAMANI SƏHNƏDƏN ÇIXAN ÖKÜZÜN STADİONDAKI TAMAŞAÇILARA HÜCUM EDIB
[19 fevral 2009]
Stadionun darvazalarına tərəf qaçan öküzü mühafizəçilərin ram etmək niyyəti nəticə verməyib. Hadisəyə atlar üzərindəki asayiş keşikçilərinin müdaxiləsi isə sabitliyi bərpa edib. Hiddətlənmiş heyvanı | ətraflı oxu >>
YAXIN ÜÇ GÜN ƏRZİNDƏ AZƏRBAYCANDA HAVANIN MÜLAYİM VƏ GÜNƏŞLİ KEÇƏCƏYİ GÖZLƏNİLİR
[19 fevral 2009]
Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, fevralın 22-dək Bakı və Abşeron yarımadasında, eləcə də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Fevralın 21-də isə gecəyə doğru Abşeron yarımadasının bəzi yerlərində çiskin olacağı, | ətraflı oxu >>
KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[19 fevral 2009]
Gəncə şəhər sakini, 52 yaşlı İlyas Abdullayev Tülalılar kəndində yaşayan qardaşı, 40 yaşlı Rasimin evində olarkən ailə münaqişəsi zəminində ov tüfəngindən atəş açaraq onu yaralayıb.
| ətraflı oxu >>
İRANIN XARİCİ İŞLƏR NAZİRİ MANUÇÖHR MOTTƏKİ BAKIDA SƏFƏRDƏDİR
[19 fevral 2009]
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan iranlı həmkarı Manuçöhr Mottəki ilə təkbətək görüş keçirib. | ətraflı oxu >>
BU GÜN TOKİODA GUAM -YAPONİYA GÖRÜŞÜ KEÇİRİLİR
[19 fevral 2009]
İki gün davam edəcək toplantıda Demokratiya və İqtisadi inkişaf naminə təşkilat -GUAM-la Yaponiya arasında əməkdaşlıq məsələləri müzakirə olunur. | ətraflı oxu >>
QIRĞIZISTAN PARLAMENTİ MANAS» AVİABAZASININ TALEYİ İLƏ BAĞLI MÜZAKİRƏLƏRƏ BAŞLAYIB
[19 fevral 2009]
Qırğızıstan parlamentinin ölkə ərazisində yerləşən ABŞ-a məxsus «Manas» aviabazasının taleyi ilə bağlı bu gün yekun qərar veriləcəyi gözlənilir. /İctimai TV/
ABŞ ƏFQANISTANDA TALİBAN SİLAHLILARININ YERLƏŞDİYİ BÖLGƏLƏRİNƏ RAKET ZƏRBƏLƏRİ ENDİRİB
[19 fevral 2009]
Yerli mənbələrin məlumatına görə hava reydləri nəticəsində 8 nəfər dinc sakin həlak olub. Bölgədə olan NATO komandanlığı insidentlə bağlı üzrxahlıq edərək, | ətraflı oxu >>
YAXIN ŞƏRQDƏ DİPLOMATİK GƏRGİNLİK DAVAM EDLİR
[19 fevral 2009]
Fələstin tərəfi İsrail qoşunlarının ötən gecə yenidən Qəzza zolağına daxil olduğunu və qısa müddət ərzində oranı tərk etdiyini bildirib. Tərəflər arasında qarşıdurmalar da qeydə alınıb. | ətraflı oxu >>
ŞOTLANDİYANIN ŞƏRQİNDƏ VERTOLYOT QƏZASI BAŞ VERİB
[19 fevral 2009]
Şimal Dənizinin neft və qaz platformasına yaxın ərazidə qəzaya uğrayan vertolyotdan xilasedicilər 18 nəfəri çıxara biliblər. Sahil mühafizəçilərinin sözlərinə görə qəzaya havanın buludlu olması səbəb olub. /İctimai TV/
LOS ANCELESİN CƏNUBUNDAKI LA BREA TAR PİTS ADLANAN ƏRAZİDƏ BUZ DÖVRÜNƏ AİD MAMONT SKELETİ AŞKARLANIB
[19 fevral 2009]
Ərazidə qazıntı aparan arxeoloqlar təxminən 40 min il əvvələ aid olan mamontun skeltinin yaxşı vəziyyətdə dövrümüzə gəlib çıxmasından təəccübləniblər. | ətraflı oxu >>
BU GÜN ATƏT PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASI İŞƏ BAŞLAYACAQ
[19 fevral 2009]
2 gün davam edəcək toplantıda Avropada təhlükəsizlik məsələsi müzakirə olunacaq. 8-ci sessiyanın işində Qurumun üzvü olan 56 dövlətin 270-dən artıq parlament nümayəndəsi iştirak edəcək. | ətraflı oxu >>
DÜNYANIN QABAQCIL ÖLKƏLƏRİ İQTİSADİYATLARINI BÖHRANDAN MÜDAFİƏ ETMƏK ÜÇÜN PROTEKSİONİZMDƏN İSTİFADƏ ETMƏMƏLİDİR
[19 fevral 2009]
Bu barədə məlumat verən Böyük Britaniyanın baş naziri Qordon Braun proteksionizmin dünya iqtisadiyyatını daha da uçuruma apardığını deyib. /İctimai TV/
ALMANİYADA HÖKÜMƏT BİR SIRA BANKLARIN MİLLİLƏŞDİRİLMƏSİ BARƏDƏ QANUN LAYİHƏSİNİ QƏBUL EDİB
[19 fevral 2009]
Almaniya kansleri Angela Merkelin sözlərinə görə qanun layihəsi Hipo Real İsteyt bankının dövlətin nəzarətinə keçəcəyinə imkan yaradır. Qeyd edək ki, | ətraflı oxu >>
UZAQ ŞƏRQDƏ RUSIYAYA MƏXSUS YENİ MAYE QAZ TERMINALININ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB
[19 fevral 2009]
Mərasimdə iştirak edən Rusiya prezidenti Dmitriy Medvedev bildirib ki,bölgənin enerji təhlükəsizliyi məhz bu proyekt vasitəsilə təmin ediləcək. /İctimai TV/
İTALİYANIN LAMPEDUSA ADASINDA QEYRİ QANUNİ MÜHACİRLƏRİN SAXLANDIĞI HƏBSXANADA YANĞIN TÖRƏDİLİB
[19 fevral 2009]
Təcridxanadan qaçmağa cəhd edən mühacirlər məqsədlərinə çatmayınca həbsxananı yandırıblar. İğtişaş törədənlərin əksəriyyətinin Tunisli mühacirlər olduğunu deyən yerli polis insident nəticəsində 14 nəfərin tüstüdən zəhərləndiyini bildirib. | ətraflı oxu >>
İTALİYA ƏFQANISTANA DAHA 10 MİLYON DOLLAR DƏYƏRİNDƏ YARDIM GÖSTƏRƏCƏK
[19 fevral 2009]
Bu barədə Əfqanıstanda səfərdə olan İtaliyanın Xarici İşlər naziri Franko Frattini məlumat verib. Nazir avqust ayında keçiriləcək prezident seçkiləri ərəfəsində Əfqanıstanda təhlükəsizliyi gücləndirmək üçün | ətraflı oxu >>
KOLUMBİYADA İKİ TƏYYARƏ QƏZASI BAŞ VERİB
[19 fevral 2009]
Bu ölkənin hava yollarına məxsus Ey Si 47 təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfər sərnişin həlak olub. Qəzanın baş vermə səbəbləri araşdırılır. Hadisənin terror aktı nəticəsində törədildiyi versiyası istisna edilir. | ətraflı oxu >>
BOLİVİYADA TORPAQ SÜRÜŞMƏSİ NƏTİCƏSİNDƏ 30-DAN ÇOX YAŞAYIŞ EVİ TAMAMİLƏ DAĞILIB
[19 fevral 2009]
Təbii fəlakət daha 50 evə uçmaq təhlükəsi yaradıb. Torpaq sürüşməsi 300-dən çox insanı evlərini tərk etmək məcburiyyətində qoyub. Təbii fəlakət bölgəsinə əlavə xilasedicilər cəlb olunub. /İctimai TV/
QAX RAYONU ƏRAZİSİNDƏKİ DAĞ ÇAYLARI NOHUR BALIQÇILIĞININ İNKİŞAFI ÜÇÜN ƏLVERİŞLİ ŞƏRAİT YARADIR
[19 fevral 2009]
Son illər Qax rayonunun aqrar sektorunda həyata keçirilən islahatlar sırasında nohur balıqçılığına xüsusi diqqət göstərilir. Rayonda bu sahənin dirçəldilməsi və inkişaf etdirilməsi məqsədilə yerli və xarici təcrübə öyrənilir. | ətraflı oxu >>
UEFA KUBOKUNDA 16-DA 1 FİNAL MƏRHƏLƏSİNİN OYUNLARINA START VERİLİB
[19 fevral 2009]
Fransada keçirilən Bordo-Qalatarasay matçında 0-0 hesablı heç-heçə qeydə alınıb. Verder-Milan görüşündə də qalib müəyyən olunmayıb. /İctimai TV/
 
İQTİSADİYYAT
Untitled Document

NEFT 2 % BAHALAŞIB, QIZIL UCUZLAŞIR…
[25 fevral 2009]
Dünya bazarında neftin qiyməti 2 faiz artaraq 40 dolları keçib. Azərbaycan neftinin satıldığı London bircasında da neft bahalaşaraq 42 dollar yarımı keçib. | ətraflı oxu >>

YAŞAYIŞ BİNALARININ ALTINDAKI OBYEKTLƏRİN İŞİNDƏ DƏYİŞLİKLİK OLMAYACAQ
[25 fevral 2009]
Yaşayış binaların altındakı obyektlər bundan sonra da kommersiya və sahibkarlıq məqsədilə istifadə oluna bilər və bununla bağlı hansısa qanunda heç bir dəyişiklik nəzərdə tutulmayıb. | ətraflı oxu >>
BİRİNCİ MƏRTƏBƏDƏ EV SƏRFƏLİDR
[25 fevral 2009]
Son illər Azərbaycanda, xüsusilə Bakının daşınmaz əmlak bazarında baş verən ən böyük dəyişikliklərdən biri də birinci mərtəbədəki mənzillərin obyektlərə çevrilməsidir. | ətraflı oxu >>
AZƏRBAYCANIN BANK SEKTORUNDA RİSQLƏR BÖYÜKDÜR
[25 fevral 2009]
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri «Standart ənd Puurs» Azərbaycanın bank sektorundakı vəziyətlə bağlı açıqlama yayıb. Böhran dövründə bank sektoru və ölkə üzrə risqləri qiymətləndirən agentlik azərbaycanın bank sistemini 9-cu qrupa aid edib.| ətraflı oxu >>
 
 

 


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi