İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 
İSTANBULDA «XOCALIYA ƏDALƏT» BEYNƏLXALQ KAMPANİYASINA START VERİLİB
[21 fevral 2009]
Bu dəqiqələrdə İstanbulda «Xocalıya ədalət» beynəlxalq kampaniyasına start verilib. İstanbulun Taksim metrostansiyasının sərgi salonunda,, uşaqların Xocalı ilə bağlı çəkdiyi şəkillər, | ətraflı oxu >>
ERMƏNİSTAN ORDUSUNUN BÖLMƏLƏRİ ATƏŞKƏSİ YENİDƏN POZUB
[21 fevral 2009]
Ermənistan ordusunun bölmələri Tərtər rayonunun Torpaqtəpə istiqamətində atəşkəsi yenidən pozub. Bölgə müxbirimizin verdiyi məlumata görə, Azərbaycan silahlı qüvvələrinin 20 yaşlı əsgəri Vasif Azadov şəhid olub. | ətraflı oxu >>
BU GÜN BEYNƏLXALQ ANA DİLİ GÜNÜDÜR
[21 fevral 2009]
1999-cu ildə YUNESKO-nun Baş konfransının 30-cu sessiyasında, Hər il fevralın 21-nin beynəlxalq ana dili günü kimi qeyd olunması ilə bağlı qərar çıxarılıb. BMT-nin hesablamalarına görə, Dünyada 6 min 700-ə yaxın dil mövcuddur. Bu dillərin 96 faizi isə dünya əhalisinin cəmi 4 faizi tərəfindən işlənilir. /İctimai TV/
BARAK OBAMANIN REYTİNQİ AŞAĞI DÜŞÜB
[21 fevral 2009]
SNN telekanalının apardığı rəy sorğuları bunu sübut edir. Sorğunun nəticələrinə görə Birləşmiş Ştatlar prezidentinin hazırki reytinqi 67 faiz təşkil edir. /İctimai TV/
HİLLARİ KLİNTONUN ÇİNƏ İŞGÜZAR SƏFƏRİ BAŞLAYIB
[21 fevral 2009]
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klintonun Çinə işgüzar səfəri başlayıb. Hillari Klintonun Pekində keçirdiyi görüşlərdə ikitərəfli münasiəbtlər, dünya maliyyə böhranı, | ətraflı oxu >>
İSTANBULDA 3 MƏRTƏBƏLİ YAŞAYIŞ BİNASI ÇÖKÜB
[21 fevral 2009]
Hadisə bu gecə yerli vaxtla saat 04.30-da Fateh rayonunda baş verib. Binada yaşayan sakinlər mənzillərində çatlar yarandığını görərək tez bir zamanda binanı tərk edib. | ətraflı oxu >>
AZƏRBAYCANIN ŞİMAL-QƏRB BÖLGƏSİNƏ TƏBİİ QAZIN VERİLMƏSİ DAYANDIRILIB
[21 fevral 2009]
Bölgə müxbirimizin verdiyi məlumata görə, səhər saatlarında Qax, Zaqatala və Balakənə təbii qazın verilməsində fasilə yaranıb. Buna səbəb Xaldan-Balakən magistar qaz kəmərində sızma halının aşkarlanması olub. | ətraflı oxu >>
RƏSMİ VAŞİNQTON MAQATE-NİN İRANLA BAĞLI YAYDIĞI SON HESABATDAN NARAHATDIR
[21 fevral 2009]
Rəsmi Vaşinqton Beynəlxalq Atom Enerjisi Agentliyinin, İranla bağlı yaydığı son hesabatdan narahatlığını ifadə edib. Məsələyə münasibətini açıqlayan Ağ Evin nümayəndəsi Robert Qibbs bildirib ki, | ətraflı oxu >>
İRAN İSRAİLİN TƏHLÜKƏSİZLİYİNƏ ƏN BÖYÜK TƏHDİDİR
[21 fevral 2009]
Bunu İsarildə yeni höküməti formlaşdırmaq səlahiyyəti verilmiş Likud partiyasının lideri Benyamin Netanyahu deyib. Bu arada İordan çayının qərb sahilində | ətraflı oxu >>
ROBERT QEYTS RUSİYA İLƏ MÜNASİBƏTLƏRİ YAXŞILAŞDIRMAĞIN VAXTININ ÇATDIĞINI BƏYAN EDİB
[21 fevral 2009]
Birləşmiş Ştatların müdafıiə naziri Robert Qeyts Rusiya ilə münasibətləri yaxşılaşdırmağın vaxtının çatdığını bəyan edib. NATO ölkləri müdafiə nazirlərinin görüşünün yekununda, | ətraflı oxu >>
3 KOALİSİYA ƏSGƏRİ HƏLAK OLUB
[21 fevral 2009]
Əfqanstanın cənubundakı Uruzqan əyalətində baş verən partlayışda, 3 koalisiya əsgəri həlak olub. Hərbiçilər yol kənarına yerləşdirlən partlayıcı qurğunun işə düşməsi zamanı ölüb. Hadisə ilə bağlı digər açıqlama verilmir. /İctimai TV/
LATVİYADA SİYASİ BÖHRAN HÖKM SÜRÜR
[21 fevral 2009]
Ölkənin baş naziri İvars Qodmanis istefa verib. Beləliklə də onun rəhbərlik etdiyi koalisyon hökümət dağılıb. Artıq ölkə prezidenti Valdiz Zatlersin yeni hökümətin formalaşdırılması üçün parlamentdə təmsil olunan siyasi qüqvvələrlə danışıqlara başladığı bildirilir. | ətraflı oxu >>
BAKIDA 20 YAŞLI GƏNC QƏTLƏ YETİRİLİB
[21 fevral 2009]
Daxili İşlər Nazirliyinin məlumatına görə, Gürcüstan vətəndaşı Ruhin Bayramovu öldürən Ağdam sakini 23 yaşlı Rafiq Cəfərov tutulub. /İctimai TV/
3 OD İŞARƏSİ YANAR DAĞ ƏRAZİSİNDƏKİ 3 TƏPƏNİN İFADƏSİDİR
[21 fevral 2009]
Odlar yurdu Azərbaycanın rəmzlərindən olan 3 od işarəsi Yanar Dağ ərazisindəki 3 təpənin ifadəsidir. Tarixçilərin 3 təpədə apardıqları araşdırmalar nəticəsində müəyyənləşib ki, ərazidə uzun müddət od püskürüb. /İctimai TV/
BRAZİLİYADA MƏHŞUR KARNAVAL BAŞLAYIB
[21 fevral 2009]
Braziliya iqitsadiyyatına böyük zərbə vuran maliyyə böhranına baxmayaraq şəhər rəhbərliyi karnavalın bu il də möhtəşəm keçməsi üçün simiclik etməyib. Şəhərin mərkəzi küçələrinə toplaşan 10 minlərlə insan sambo rəqsi edir. | ətraflı oxu >>
 
İQTİSADİYYAT
Untitled Document

NEFT 2 % BAHALAŞIB, QIZIL UCUZLAŞIR…
[25 fevral 2009]
Dünya bazarında neftin qiyməti 2 faiz artaraq 40 dolları keçib. Azərbaycan neftinin satıldığı London bircasında da neft bahalaşaraq 42 dollar yarımı keçib. | ətraflı oxu >>

YAŞAYIŞ BİNALARININ ALTINDAKI OBYEKTLƏRİN İŞİNDƏ DƏYİŞLİKLİK OLMAYACAQ
[25 fevral 2009]
Yaşayış binaların altındakı obyektlər bundan sonra da kommersiya və sahibkarlıq məqsədilə istifadə oluna bilər və bununla bağlı hansısa qanunda heç bir dəyişiklik nəzərdə tutulmayıb. | ətraflı oxu >>
BİRİNCİ MƏRTƏBƏDƏ EV SƏRFƏLİDR
[25 fevral 2009]
Son illər Azərbaycanda, xüsusilə Bakının daşınmaz əmlak bazarında baş verən ən böyük dəyişikliklərdən biri də birinci mərtəbədəki mənzillərin obyektlərə çevrilməsidir. | ətraflı oxu >>
AZƏRBAYCANIN BANK SEKTORUNDA RİSQLƏR BÖYÜKDÜR
[25 fevral 2009]
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri «Standart ənd Puurs» Azərbaycanın bank sektorundakı vəziyətlə bağlı açıqlama yayıb. Böhran dövründə bank sektoru və ölkə üzrə risqləri qiymətləndirən agentlik azərbaycanın bank sistemini 9-cu qrupa aid edib.| ətraflı oxu >>
 
 

 


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi