İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 
BU GÜN PREZİDENT İLHAM ƏLİYEV GÜRCÜSTAN PARLAMENTİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB
[23 fevral 2009]
Bu gün Gürcüstan Parlamenti sədrinin müavini Pridon Toduanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən dövlət başçısı ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın gələcək perspektivlərini müzakirə etmək baxımından səfərin səmərəli olacağına ümid etdiyini bildirib. Parlamentlər arasında | ətraflı oxu >>
TRT-NİN BAŞ DİREKTORU İBRAHİM ŞAHİN BAKIDA SƏFƏRDƏDİR
[23 fevral 2009]
İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbərliyi ilə görüşən TRT-nin baş direktoru rəhbərlik etdiyi qurumun İctimai Televiziya ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu bildirib. | ətraflı oxu >>
DÖVLƏT BAŞÇISI YAXIN GÜNLƏRDƏ 2009-2013-CÜ İLLƏRİ ƏHATƏ EDƏCƏK YENİ DÖVLƏT PROQRAMININ TƏSDİQ OLUNACAĞINI AÇIQLAYIB
[23 fevral 2009]
2004-2008-ci illəri əhatə edən «Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na yekun vurulub. Bununla bağlı Bakının Gülüstan sarayıda keçirilən konfransda prezident İlham Əliyev bildirib ki, | ətraflı oxu >>
GÜRCÜSTANIN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT EDİB
[23 fevral 2009]
Bakıda səfərdə olan Gürcüstan parlamenti sədrinin müavini, Gürcüstan-Azərbaycan Parlamentlərarası əlaqələr işçi qrupunun rəhbəri Pridon Toduanın başçılıq etdiyi nümayəndə bu gün Fəxri Xiyabana gələrək | ətraflı oxu >>
TÜRKİYƏLI JURNALİSTLƏR DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ HƏLL EDİLMƏYƏNƏDƏK ERMƏNİSTANLA SƏRHƏDDLƏRİN AÇILMASININ ƏLEYHİNƏDİR
[23 fevral 2009]
Bunü Türkiyə kütləvi informasiya vasitələrindən ibarət nümayəndə heyyətinin üzvləri Tovuzda Xocalı faciəsinin 17-ci ildönümü ilə əlaqədar olaraq keçirdiyi görüşlər zamanı bildiriblər. | ətraflı oxu >>
BU GÜN «XOCALIYA ƏDALƏT» İNTERNET SAYTIN TƏQDİMATI KEÇİRİLİB
[23 fevral 2009]
Bu gün «Xocalıya Ədalət» beynəlxalq kampaniyası çərçivəsində eyni adlı internet saytın təqdimatı keçirilib. İslam Konfransı Gənclər Təşkilatının baş katibi Elşad İsgəndərov bildirib ki, | ətraflı oxu >>
SABAHDAN AZƏRBAYCANDA HAVANIN TEMPERATURU YENİDƏN YÜKSƏLƏCƏK
[23 fevral 2009]
Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, müşahidə edilən şimal küləyi sabahdan cənub küləyinə keçəcək. Temperatur 2-3 dərəcə yüksələcək. | ətraflı oxu >>
SUMQAYIT POLİSİ QULDURLUQLA MƏŞĞUL OLAN PƏRVİN HƏŞİMOVU SAXLAYIB
[23 fevral 2009]
Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları quldurluq yolu ilə küllü miqdarda pul və zinət əşyaları əldə edən şəxsi yaxalayıb. Saxlanılan şəxs – Pərvin Həşimov 40 min manat nəğd pul və 17 min manata yaxın zinət əşyalarının oğurlanmasında təqsirləndirilir. | ətraflı oxu >>
ƏL-QAİDƏNİN 2-Cİ ŞƏXSİ SAYILAN ƏYMAN ƏL ZƏVAHİRİ HƏMASI ATƏŞKƏSİ QƏBUL ETMƏMƏYƏ ÇAĞIRIB
[23 fevral 2009]
İntertendə yayımlanan audio müraciətində Həması İsrail ilə atəşkəs üçün bəzi ərəb ölkələrinin etdikləri təzyiqlərə boyun əyməməyə səsləyən Zəvahiri İsrail ilə mücadilədə Həması dəstəkləyəcəyini deyib. /İctimai TV
ƏFQANISTANDA TALİBAN SİLAHLILARININ ZƏRƏSİZLƏŞDİRİLMƏSİ ÜÇÜN ƏMƏLİYYATLAR DAVAM EDİR
[23 fevral 2009]
Koalisiya qüvvələrinin ölkənin cənubunda Hilmənd əyalətində və Qəndəhar şəhərində apardığı əməliyyatlar zamanı 14 yaraqlı məhv edilib. Koalisiya qüvvələrinin itkiləri barədə məlumat verilmir. /İctimai TV
MEKSİKANIN ABŞ-LA SƏRHƏDDƏKİ SYUDAD XUARES ŞƏHƏRİNDƏ SİLAHLI QARŞIDURMA BAŞ VERİB
[23 fevral 2009]
Meksikanın ABŞ-la sərhəddəki Syu-dad Xu-ares şəhərində narkotik qaçaqmalçılığı ilə məşğul olan qruplaşmalar arasında silahlı qarşıdurma baş verib. Nəticədə 9 nəfər ölüb, yaralıların olduğu bildirilir. Ölənlərin əksəriyyəti 20-25 yaş arası gənclərdir. /İctimai TV
İSRAİLDƏ YENİ HÖKÜMƏTİ FORMALAŞDIRMAQ İSTİQAMƏTİNDƏ SƏYLƏR DAVAM EDİR
[23 fevral 2009]
Ölkənin yeni baş naziri səlahiyyəti verilən Likud partiyasının rəhbəri Benyamin Netanyahu müxtəlif partiya liderləri ilə danışıqlara başlayıb. | ətraflı oxu >>
ERMƏNİLƏR DAHA BIR ƏSGƏRIMIZI QƏTLƏ YETİRDİ
[23 fevral 2009]
Ermənistan ordusu bölmələrinin fevralın 22-də Daşkəsən rayonu istqamətindən atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı qüvvələrinin əsgəri Alim Qədir oğlu Səfərov həlak olub. | ətraflı oxu >>
KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[23 fevral 2009]
Bu gün səhər Sumqayıt şəhəri 9-cu mikrarayon ev 12 mənzil 71-də qaz sızmasından partlayış baş verib. Səhər saatlarında baş verən qəza nəticəsində adı çəkilən mənzilin sakini 22 yaşlı Rəna Cəfərova yanıq xəsarətləri alıb. | ətraflı oxu >>
BÖLGƏLƏRƏ YAĞAN QAR AVTOMOBİL YOLLARINDA NƏQLİYYATIN HƏRƏKƏTİNİ ÇƏTİNLƏŞDİRİB
[23 fevral 2009]
Bölgə müxbirimizin verdiyi məlumata görə, Şamaxi və Ağsu rayonları ərazilərdə yağan qarın hündürlüyü bəzi yerlərdə 45 sm-ə çatıb. | ətraflı oxu >>
DUSTAĞIN QAÇIŞINA MANE OLMAQ İSTƏYƏN YUNAN POLİSİ ÖZÜNÜ YARALADI
[23 fevral 2009]
Yunanstanın paytaxtı Afinada ən yaxşı mühafizə olunan Karidalos həbsxanasından 2 məhbusun qaçmasına mane olmaq istəyən polis əməkdaşı səhvən özünü yaralayıb. | ətraflı oxu >>
NİGERİYANIN ŞİMALINDA DİNİ QRUPLAR ARASINDA QARŞIDURMA YARANIB
[23 fevral 2009]
Nəticədə, ən azı 10 nəfər həlak olub. Hadisə ilə əlaqədar olaraq Nigeriya hökuməti Bauçi ştatında komendant saatı elan edib. | ətraflı oxu >>
AZƏRBAYCANDA 2004-2009-CU İLLƏR ÜÇÜN «REGİONLARIN SOSİAL - İQTİSADİ İNKİŞAFI DÖVLƏT PROQRAMI»NIN İCRASINA YEKUN VURULUR
[23 fevral 2009]
Bununla bağlı bu gün Bakıda ölkə başçısının iştirakı ilə konfrans keçirilməsi gözlənilir. Ölkənin müxtəlif regionlarından icra strukturlarının rəhbərləri və iş adamlarının qatılacağı konfransda 5 il ərzində görülən işlərdən danışılacaq. | ətraflı oxu >>
GÜRCÜ PARLAMENTARİLƏR BU GÜN AZƏRBAYCANA SƏFƏRƏ GƏLƏCƏK
[23 fevral 2009]
Gürcüstan parlamenti sədrinin müavini, Gürcüstan-Azərbaycan Parlamentlərarası əlaqələr işçi qrupunun rəhbəri Pridon Toduanın başçılıq etdiyi nümayəndə heyəti bu gün Azərbaycana səfərə gələcək. | ətraflı oxu >>
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ZƏNGİN FLORA MÜXTƏLİFLİYİ VAR
[23 fevral 2009]
Muxtar respublika ərazisində 170 fəslə aid olan 2935 növ ali növ çılpaqtoxumlu və örtülütoxumlu bitginin məlum olduğu bildirilir.
Bunların arasında «Qırmızı kitaba» daxil edilən nadir bitkilər, eləcə də qiymətli dərman bitkiləri də yer alıb. | ətraflı oxu >>
ALMANİYA KANSLERİ ANGELA MERKEL AVROPALI LİDERLƏRİ BERLİNDƏ TOPLAYIB
[23 fevral 2009]
Böyük İyirmiliyin aprel zirvə görüşü ərəfəsində Almaniya kansleri Angela Merkel avropalı liderləri Berlində toplayıb. Əsas müzakirə mövzusu qlobal maliyyə böhranı və zirvə toplantısına hazırlıqla bağlı olub. | ətraflı oxu >>
ƏRƏB ÖLKƏLƏRİ LİQASI İSRAİLİ BEYNƏLXALQ MƏHKƏMƏYƏ VERMƏK NİYYƏTİNDƏDİR
[23 fevral 2009]
Təşkilat rəsmi Təl-Əvivi Qəzzada apardığı hərbi əməliyyatlar zamanı yüzlərlə mülki şəxsin ölmündə təqsirləndirir. Artıq ərəb ölkələri liqasının beynəlxalq qanunvericilik və məhkəmə ekspertlərindən ibarət işçi qrupu araşdırmalar aparmaq məqsədi ilə Qəzzaya səfər edib. | ətraflı oxu >>
MİSİRİN PAYTAXTI QAHİRƏDƏ PARTLAYIŞ BAŞ VERİB
[23 fevral 2009]
Fransalı türistlərin hədəf alındığı terror aktı zamanı 4 nəfər həlak olub. 20-ə yaxın insanın xəsarət alıb. | ətraflı oxu >>
AMERIKA KINO AKADEMIYASININ 81-CI OSKAR MÜKAFATLANDIRMA MƏRASIMI YEKUNLAŞIB
[23 fevral 2009]
Hollivudda Kodak teatrında keçirilən 81-ci Oskar mükafatlandırma mərasimin aparıcılığı 40 yaşlı Avstraliyalı Xyu Cekmana həvalə olunub. Amerika Kino Akademiyası britaniyalı rejissor Denni Boylun “Xarabalıqdan çıxan milyonçu” filmi 2008-ci ilin ən yaxşı filmi nominasiyasına layiq görülüb. | ətraflı oxu >>
BALAKƏN RAYONUNUN KATEX KƏNDİ AZƏRBAYCANIN QƏDİM YAŞAYIŞ MƏSKƏNLƏRİNDƏNDİR
[23 fevral 2009]
Balakən rayonunun Katex kəndi Azərbaycanın qədim yaşayış məskənlərindən biri kimi tanınır. Xaldan-Balakən magistralı üzərində yerləşən kənd ərazisində 5-7-ci əsrlərə aid Qala divarları, 17-18-ci əsrlərə aid gözətçi qüllələri və qalalar, həmçinin 18-ci əsrə aid İslam elmi mərkəzi tarixi-memarlıq abidəsi kimi qorunur. | ətraflı oxu >>
KONSERT XALQ ARTİSTİ, BƏSTƏKAR SÜLEYMAN ƏLƏSGƏROVUN ANADAN OLMASININ 85 İLLİYİNƏ HƏSR OLUNUB
[23 fevral 2009]
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ötən gün xalq artisti, tanınmış bəstəkar Süleyman Ələsgərovun anadan olmasının 85 illiyinə həsr olunan konsert keçirilib. | ətraflı oxu >>
 
İQTİSADİYYAT
Untitled Document

NEFT 2 % BAHALAŞIB, QIZIL UCUZLAŞIR…
[25 fevral 2009]
Dünya bazarında neftin qiyməti 2 faiz artaraq 40 dolları keçib. Azərbaycan neftinin satıldığı London bircasında da neft bahalaşaraq 42 dollar yarımı keçib. | ətraflı oxu >>

YAŞAYIŞ BİNALARININ ALTINDAKI OBYEKTLƏRİN İŞİNDƏ DƏYİŞLİKLİK OLMAYACAQ
[25 fevral 2009]
Yaşayış binaların altındakı obyektlər bundan sonra da kommersiya və sahibkarlıq məqsədilə istifadə oluna bilər və bununla bağlı hansısa qanunda heç bir dəyişiklik nəzərdə tutulmayıb. | ətraflı oxu >>
BİRİNCİ MƏRTƏBƏDƏ EV SƏRFƏLİDR
[25 fevral 2009]
Son illər Azərbaycanda, xüsusilə Bakının daşınmaz əmlak bazarında baş verən ən böyük dəyişikliklərdən biri də birinci mərtəbədəki mənzillərin obyektlərə çevrilməsidir. | ətraflı oxu >>
AZƏRBAYCANIN BANK SEKTORUNDA RİSQLƏR BÖYÜKDÜR
[25 fevral 2009]
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri «Standart ənd Puurs» Azərbaycanın bank sektorundakı vəziyətlə bağlı açıqlama yayıb. Böhran dövründə bank sektoru və ölkə üzrə risqləri qiymətləndirən agentlik azərbaycanın bank sistemini 9-cu qrupa aid edib.| ətraflı oxu >>
 
 

 


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi