İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 
 
AKİF ƏLİZADƏ “ŞƏRƏF” ORDENİ İLƏ TƏLTİF EDİLİB
[24 fevral 2009]
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Azərbaycanda geologiya elminin inkişafında böyük xidmətlərinə görə Akif Ağa Mehdi oğlu Əlizadə “Şərəf” ordeni ilə təltif edilib. /İctimai TV/
XOCALI FACİƏSİ ZAMANI BİR AİLƏNİN 6 ÜZVÜNDƏN YALNIZ O VAXT CƏMİ 2 AYLIQ KÖRPƏ OLAN LAMİYƏ SAĞ QALIB
[24 fevral 2009]
Xocalı erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi ən dəhşətli faciədir. O gecə erməni quldur dəstələrinin qanına qəltan etdiyi yüzlərlə azərbaycanlı ailəsindən biri də Əyyubovlar ailəsi idi. | ətraflı oxu >>
BU GÜN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB
[24 fevral 2009]
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə son dövrlər görülən işlər vurğulanaraq, | ətraflı oxu >>
BU GÜN MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB
[24 fevral 2009]
İclasda «Respublikaçılar» və «Qarabağ və Respublika Uğrunda Hərəkat» referendum üzrə təşviqat qruplarının Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu komissiya üzvləri təsdiq edilib, | ətraflı oxu >>
«MÜHARİBƏ UŞAQLARIN GÖZÜ İLƏ» MÖVZUSUNDA RƏSM SƏRGİSİ KEÇİRİLİB
[24 fevral 2009]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təşkil olunan müsabiqədə Bakı məktəbliləri, paytaxtda yerləşən köçkün məktəbliləri və | ətraflı oxu >>
Aİ-YƏ DAXİL OLAN ÖLKƏLƏRİN XARİCİ İŞLƏR NAZİRLƏRİ ŞƏRQ ƏMƏKDAŞLIĞI SİYASƏTİNİ MÜZAKİRƏ EDİB
[24 fevral 2009]
Belçikanın paytaxtı Brüsseldə Avropa İttifqına daxil olan ölkələrin xarici işlər nazirləri Şərq Əməkdaşlığı siyasətini müzakirə edib. Qurumun martın 19-20-də | ətraflı oxu >>
DİN-İN ARİF HEYDƏROV ADINA RESPUBLİKA HOSPİTALININ YENİ BİNASI İSTİFADƏYƏ VERİLİB
[24 fevral 2009]
Bu gün Bakının Nərimanov rayonunda, Daxili İşlər Nazirliyinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalının yeni binası istifadəyə verilib. Mərasimdə iştirak edən prezident İlham Əliyevə məlumat verilib ki, | ətraflı oxu >>
DÖVLƏT BAŞÇISININ TAPŞIRIĞINA ƏSASƏN BAKI ŞƏHƏRİNDƏ BÜTÖVLÜKDƏ 4 MİNƏDƏK KAMERANIN QURAŞDIRILMASI PLANLAŞDIRILIR
[24 fevral 2009]
Bu gün Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” avtomatlaşdırılmış idarəetmə mərkəzinin istifadəyə verilməsi mərasimdə iştirak edən prezident İlham Əliyevə məlumat verilib ki, | ətraflı oxu >>
DEPUTATLAR YOL HƏRƏKƏTİ HAQQINDA QANUNDA DA DƏYİŞİKLİK EDİBLƏR
[24 fevral 2009]
Bu gün Milli Məclisin növbəti iclası öz işinə başlayıb. Azərbaycan respublikasının mənzil məcəllləsi layihəsini qəğbul edən deputatlar yol hərəkəti haqqında qanunda da dəyişiklik ediblər. Ölkəyə gəlmək, | ətraflı oxu >>
CORC VAŞİNQTON UNİVERSİTETİNDƏ QONDARMA SOYQIRIM İDDİALARINA QARŞI ƏSASLI FAKTLAR SƏSLƏNİB
[24 fevral 2009]
Türkiyəli alimlər Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton universitetində «erməni məsələsi, qondarma erməni soyqırımı mövzusunda» çıxışlar edib. Məruzələrdə ermənilərin qondarma soyqırım iddialarına qarşı əsaslı faktlar səslənib. /İctimai TV/
AVROPA PAPRLAMENTİNDƏ NÜMAYİŞİ QADAĞAN OLUNAN «FİTNƏ» FİLMİ ABŞ KONQRESİNDƏ NÜMAYİŞ ETDIRILƏCƏK
[24 fevral 2009]
Hollandiyalı ultrasağçı siyasətçi Geert Uildersin islam əleyhinə çəkdiyi qalmaqallı «Fitnə» filmi bu həftə Amerika Birləşmiş Ştatları Konqresində nümayiş olunacaq. | ətraflı oxu >>
ABŞ PREZİDENTİ BARAK OBAMA İLK DƏFƏ KONQRESİN HƏR İKİ PALATASINDA DAXİLİ VƏ XARİCİ SİYASƏTLƏ BAĞLI NİTQ SÖYLƏCƏYƏK
[24 fevral 2009]
Çıxışın ölkədəki maliyyə böhranına və bu vəziyyətin aradan qaldırılmasına həsr ediləcəyi bildirilir. Ağ Evin 44-cü prezidenti Kapitolidə çıxışı zamanı təxirəsalınmaz prioritet məsələlərdən danışacağını açıqlayıb. /İctimai TV/
DÜNYA ÖLKƏLƏRİNDƏ TƏBİİ FƏLAKƏTLƏR SƏNGİMİR
[24 fevral 2009]
Avstriya və Slovakiyada ciddi problemlər yaradan qar Amerika Birləşmiş Ştatlarında 200 min nəfəri işıqsız qoyub. Avstraliyada isə meşə yanğınları yenidən alovlanıb. /İctimai TV/
BU GÜN MİLLİ MƏCLİSİN NÖVBƏTİ İCLASI KEÇİRİLİR
[24 fevral 2009]
İclasda Azərbaycan Respublikasının mənzil məcəlləsi layihəsi, ölkəyə gəlmək, ölkədən getmək və pasportlar haqqında qanunun təbiqi barədə əsasnamə müzakəriə olunacaq. | ətraflı oxu >>
BAKIDA SƏFƏRDƏ OLAN AVROPA İTTİFAQI DƏNİZ TƏHLÜKƏSİZLİYİ AGENTLİYİNİN YOXLAMA MİSSİYASI ÖZ İŞİNİ YEKUNLAŞDIRIB
[24 fevral 2009]
Mütəxəsisilərdən ibarət nümayəndə heyəti Azərbaycan Respublikası dövlət dəniz adminstrasiyasının, həmçinin dənizçilik sahəsində fəaliyyət göstərən təşkilatların Beynəlxalq konvensiyaların tələbələrinə nə dərəcədə əməl etmələri ilə maraqlanıb. | ətraflı oxu >>
ERMƏNİLƏR BİR NEÇƏ iSİIQAMƏTDƏ ATƏŞKƏSİ YENİDƏN POZDULAR
[24 fevral 2009]
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən müxtəlif saatlarda Noyemberyan rayonu Vazaşen kəndi ərazisində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəklikləri, | ətraflı oxu >>
QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRİLMƏSİ PLANLAŞDIRILIR
[24 fevral 2009]
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 26-da Azərbaycanın Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolu yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. | ətraflı oxu >>
GƏNC SƏRHƏDÇİLƏR VƏTƏNƏ SƏDAQƏT ANDI İÇİBLƏR
[24 fevral 2009]
Azərbaycan Respublikasının şimal sərhədlərini qoruyan gənc sərhədçilər vətənə sədaqət andı içiblər. Xaçmazda Xudat Sərhəd Dəstəsinin keçirdiyi andiçmə mərasimində ölkənin həm qurudan, | ətraflı oxu >>
KRİMİNAL XƏBƏRLƏR
DİN-İN MƏLUMATI

[24 fevral 2009]
Lənkəranda əvvəllər məhkum olunmuş şəxslər arasında yaranan mübahisə odlu silahlardan atəş açılması ilə nəticələnib. Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda hadisəni törədən şəxslərin yaxalanması istiqamətində tədbirlər görülür. | ətraflı oxu >>
BU GÜN İLAXIR ÇƏRŞƏNBƏLƏRİN İLKİ- SU ÇƏRŞƏNBƏSİDİR
[24 fevral 2009]
Su çərşənbəsi xalq arasında əzəl çərşənbə kimi də adlanır. Adətə görə, su çərşənbəsində axar su üzərindən keçilməlidir.Novruz bayramının çərşənbələrində həyətlərdə tonqal yandırılr. | ətraflı oxu >>
KANADA SAHİLLƏRİNDƏ İSPANİYAYA MƏXSUS MİNATAN GƏMİDƏ YANĞIN BAŞ VERİB
[24 fevral 2009]
Şimali Atlantika limanından 400 kilometr uzaqlıqda baş verən yanğınla bağlı gəminin heyət üzvləri həyəcan siqnalı çalıb. Yanğını söndürmək üçün Sahil Mühafizə Xidməti əraziyə cəlb edilib. | ətraflı oxu >>
KUBADAKI ABŞ-A MƏXSUS QUANTANAMO HƏBSXANASINDA APARILAN YOXLAMALAR BAŞA ÇATIB
[24 fevral 2009]
Admiral Patrik Uelsin rəhbərlik etdiyi komissiya cəza müssisəsinin Cenevrə konvensiyasının tələblərinə cavab verdiyi qənatinə gəlib. Qeyd edək ki, | ətraflı oxu >>
FOKSVAGEN AVTMOOBİL ŞİRKƏTİ NATAMAM İŞ REJİMİNƏ KEÇİR
[24 fevral 2009]
Almaniyanın məşhur Foksvagen avtmoobil şirkəti maliyyə böhranı ilə bağlı natamam iş rejiminə keçir. Artıq əksər zavodlarda iş qrafiki məhdudlaşdırılıb. | ətraflı oxu >>
LEONARDO DA VİNÇİNİN İLK AVTOPORTRETİ TAPILIB
[24 fevral 2009]
İtaliyada indiyədək barəsində çox az məlumat olan məşhur rəssam Leonardo da Vinçinin ilk avtoportreti tapılıb. 16-cı əsrə aid olduğu bildirilən portreti ölkənin cənubundakı Açerentsa şəhərində təsadüfən aşkarlayıblar. | ətraflı oxu >>
BAKIDA BELARUS MALLARININ SATİŞ SƏRGİSİ İLƏ YANAŞI BİZNES FORUMUN KEÇRİLMƏSİ DƏ NƏZƏRDƏ TUTULUB
[24 fevral 2009]
Bu gün Bakıda Belarusda istehsal olunan məhsullarin satış sərgisi keçriləcək. Açılış mərasimində Minskdən gələn nümayəndə heyyəti də iştirak edəcək. | ətraflı oxu >>
KƏNDDƏ VAHİD TƏSƏRRÜFAT ƏTRAFINDA BİRLƏŞMƏNİ STİMULLAŞDIRMAQ ÜÇÜN QANUNVERİCİ VƏ TƏŞKİLATİ BAZA YARADILACAQ
[24 fevral 2009]
Mütəxəssislərin fikrincə, bu, kənd yerlərində əhalinin gəlirlərinin artmasına səbəb olacaq. Kənd təsərrüfatı nazirliyində müxtəlif sahədə torpaq payına, | ətraflı oxu >>
BELÇİKANIN PAYTAXTI BRÜSSELDƏ ŞƏRQ ƏMƏKDAŞLIĞI SİYASƏTİ MÜZAKİRƏ EDİLİB
[24 fevral 2009]
Belçikanın paytaxtı Brüsseldə Avropa İttifqına daxil olan ölkələrin Xarici İşlər nazirləri Şərq Əməkdaşlığı siyasətini müzakirə edib. Qurumun martın 19-20-də keçiriləcək zirvə topldantısına hazırlıq məqsədi daşıyan iclasda | ətraflı oxu >>
İSRAİLDƏ HÖKUMƏT KOALİSİYASI YARATMAĞA TSİPİ LİVNİDƏN SONRA EHUD BARAK DA ETİRAZ EDİB
[24 fevral 2009]
Kadima lideri Tsipi Livnidən sonra İsrailin baş naziri Benyamin Netanyahunun hökumət koalisiyası yaratmaq təşəbbüsünə Avoda partiyasının sədri Ehud Barak da etiraz edib. | ətraflı oxu >>
RUMINİYANIN PAYTAXTI BUXARESTDƏ HƏRBİ LABORATORİYADA PARTLAYIŞ BAŞ VERİB
[24 fevral 2009]
Nəticədə 1 nəfər həlak olub, daha 3-ü müxtəlif dərəcəli xəsarətlər alıb. Hərbi Elmi Araşdırma Mərkəzində bioloji, kimyəvi və nüvə silahından müdafiə ilə bağlı tədqiqatlar aparılırdı. | ətraflı oxu >>
AMERİKANIN iRAQDA İTİRDİYİ HƏRBİÇİLƏRİN SAYI 4250-YƏ ÇATIB
[24 fevral 2009]
İraqın Diyalə əyalətində Amerika əsgərləri ilə silahlılar arasında toqquşma baş verib. Nəticədə 3 Birləşmiş Ştatlar hərbiçisi və bir yerli tərcüməçi həlak olub. Beləliklə də, İraq müharibəsi başlayandan indiyədək bu ölkədə Amerikanın itirdiyi hərbiçilərin sayı 4250-yə çatıb. /İctimai TV
6 İLLİK FASİLƏDƏN SONRA İRAQIN MİLLİ MUZEYİ YENİDƏN FƏALİYYƏTƏ BAŞLAYIB
[24 fevral 2009]
Yaxın Şərqin ən böyük qədim muzeylərindən olan bina 1926-cı ildə tikilib. Muzeydə daha əvvəl mövcud olan qədim Mesopotamiyaya, Şumer, Babil və Assuriya mədəni irsinə aid olan tarixi əşyalar isə 2003-cü ildəki müharibə zamanı oğurlanıb. | ətraflı oxu >>
UKRAYNA PREZİDENTİ REFERENDUMUN KEÇİRİLMƏSİNİ TƏKLİF EDİB
[24 fevral 2009]
Ukrayna prezidenti Viktor Yuşşenko konstitusiya ilə bağlı ümummilli referendumun keçirilməsini təklif edib. Ukrayna prezidenti bu tələbini 2004-cü ildə əsas qanuna dəyişikliklər zamanı hüquq balansının pozulması ilə əsaslandırır. /İctimai TV
GÜRCÜSTANDA AZƏRBAYCANLI ƏSGƏR RAHİB MƏMMƏDOVUN ABİDƏSİ BƏRPA OLUNSA DA...
[24 fevral 2009]
Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində azərbaycanlı əsgər Rahib Məmmədovun uçub Dağılmaqda olan abidə bərpa olunsa da, vaxtilə buradakı mərkəzi küçə və orta məktəbin də qəhrəman əsgərin adına veriməsi barədə respublika hökumətinin qərarı bu rayonun rəhbərliyi tərəfindən tamamilə unudulub. /İctimai TV
SALYAN RAYONUNDA YAŞAYIŞ MƏNTƏQƏLƏRİNİN DƏ SU TƏCHİZATI YAXŞILAŞDIRILIR
[24 fevral 2009]
Bu gün Salyan rayonunun Boranıkənd, Sarvan və Marışlı kəndlərində yeni quraşdırılan modul tipli su təmizləyici qurğuların açılış mərasimi keçiriləcək. Yeni qurğular «Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında» | ətraflı oxu >>
AZƏRBAYCANDA İLK FUTBOL AKADEMİYASI FƏALİYYƏTƏ BAŞLAYIB
[24 fevral 2009]
Futbol akademiyasının açılış mərasimində FİFA-nın texniki direktoru Jan Mişel Benezet və UEFA-nın vitse-prezidenti Şenes Erzik də iştirak edib. /İctimai TV
 
İQTİSADİYYAT
Untitled Document

NEFT 2 % BAHALAŞIB, QIZIL UCUZLAŞIR…
[25 fevral 2009]
Dünya bazarında neftin qiyməti 2 faiz artaraq 40 dolları keçib. Azərbaycan neftinin satıldığı London bircasında da neft bahalaşaraq 42 dollar yarımı keçib. | ətraflı oxu >>

YAŞAYIŞ BİNALARININ ALTINDAKI OBYEKTLƏRİN İŞİNDƏ DƏYİŞLİKLİK OLMAYACAQ
[25 fevral 2009]
Yaşayış binaların altındakı obyektlər bundan sonra da kommersiya və sahibkarlıq məqsədilə istifadə oluna bilər və bununla bağlı hansısa qanunda heç bir dəyişiklik nəzərdə tutulmayıb. | ətraflı oxu >>
BİRİNCİ MƏRTƏBƏDƏ EV SƏRFƏLİDR
[25 fevral 2009]
Son illər Azərbaycanda, xüsusilə Bakının daşınmaz əmlak bazarında baş verən ən böyük dəyişikliklərdən biri də birinci mərtəbədəki mənzillərin obyektlərə çevrilməsidir. | ətraflı oxu >>
AZƏRBAYCANIN BANK SEKTORUNDA RİSQLƏR BÖYÜKDÜR
[25 fevral 2009]
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri «Standart ənd Puurs» Azərbaycanın bank sektorundakı vəziyətlə bağlı açıqlama yayıb. Böhran dövründə bank sektoru və ölkə üzrə risqləri qiymətləndirən agentlik azərbaycanın bank sistemini 9-cu qrupa aid edib.| ətraflı oxu >>
 
 

 


 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi